Ana səhifə

Qadınlar üçün qaş almaq caizdir?


YazdırSend to friend
Sual Detayı: 
Qadınlar üçün qaş almaq, qaşları yolmaq, üzdəki tükləri götürmək, qaşların arasında və kənarlarında bitən tükləri almaq caizdir?
Cavab: 

Cənabı Haqq hər insanı ayrı bir gözəllikdə yaratmışdır. Birlik möhürünün açıqca oxunduğu insan simasındakı gözəllik, fitri və təbii olanıdır. Bunu mühafizə etmək, sahib olduğu xüsusiyyət və gözəlliklərə şükr edib, Allahın uyğun hesab edib lütf etdiyi qədərinə razı olmaq qulluğun bir dərəcəsi və işarəsidir.

 

Bunun üçün həyati və zəruri bir məsləhət yoxsa, bədəndə olan mövcud vəziyyəti dəyişdirməyə getməmək lazımdır. Çünki belə rast gələ edilən bir qənaət insanı ağır bir məsuliyyət altına soxa bilər.

 

Bir zərurət yoxkən insan bədəni üzərində edilən dəyişiklikləri şiddətlə qadağan edən Peyğəmbərimiz (s.ə.s.), başına əlavə saç taxana, dərisinə döymə edənə və etdirənə, gözəlləşdirmək məqsədi ilə dişini nazildib seyrəkləşdirənə, qaş və kirpiklərini yolan qadınlara, Allahın yaratdıqlarını dəyişdirdikləri üçün ilahi rəhmətdən uzaq qalmış olacaqlarını bildirmiş və xəbərdarlıq etmişdir.

 

Fiqh alimləri bu hədisdən hərəkət edərək üzündə saqqal və bığ bitən qadının onları aradan qaldırmasının caiz olacağını; ancaq qaşları naziltmənin, təbii şəklindən çıxarmanın, kirpikləri düzəltmənin və ya taxma kirpik istifadə etmənin caiz olmadığını ifadə edərlər. Çünki diş, qaş və kirpik bir üzvdür. Əslində olmayıb sonradan bitən üzdəki ətlər isə bu sinifə girmədiyindən, qadının bunları aradan qaldırmasın da bir üzrlü görülməməkdədir. Eyni şəkildə qadının qıçındakı tükləri aradan qaldırmasında da bir üzrlü yoxdur.

 

 (Dr. Jale Şimşək)



01-02-2010 02:51:22

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz