Ana səhifə

Qadınların təbii axıntıdan ötəri dəstnamazı pozular?


YazdırSend to friend
Sual Detayı: 
Qadınların təbii axıntıdan ötəri dəstnamazı pozular?
Cavab: 

- Bu sualda iştirak edən ifadələrə görə, "Adət, istihaza və loğusa" axıntısının xaricində, normal olaraq gələn axıntıdan danışırıq ki, fiqh qaynaqlarında "rutubetü'l-ferc" olaraq ifadə edilməkdədir. Bu baxımdan bu axıntını "normal yaşlıq" deyə ifadə etmək bəlkə daha aydın olar bir təbir olar. Bu şərhlə mövzunun diaqnozunda həmfikir olmamızı təmin etmək istəyirik.- Bu problemin cavabı -Hənəfi və Şafi alimlərinin fikirlərinə görə- budur:

Hənəfi alimlərinin fikri:

- Qadınların, vajina orqanlarında gördükləri normal yaşlıq, insanların ağız, burunlarından gələn axıntı və bədənlərindən çıxan tər kimi qiymətləndirilməlidir (bx. Reddu'l-Muhtar, 1/166). Bu səbəblə, söz mövzusu yaşlıq təmiz olduğu kimi dəstnamazı da pozmaz.

Ancaq, Hənəfi fakihlərinə görə, ön-arxa yollardan çıxan hər şey dəstnamazı pozar (bx. Reddu'l-Muhtar,1/134; Meydanı, əl-Lubab, 1/17).

Diyanət işləri Başçılığı Elmihalında da bu ifadələrə yer verilmişdir: "Sidik və nəcis yollarından hər hansı bir mayenin və ya bir maddənin çıxması" da dəstnamazı pozar (a. g. e, 1/199).

Şafi alimlərinin fikiri:

- İmam Nəvəvi əsərlərində qadın orqanından çıxan yaşlığın ən səhih görüşə görə nəcis olmadığını təmiz olduğunu ifadə etmişdir (əl-Məcmu, 2/570; əl-Minhac-e's-siracu'l-vehhac ilə birlikdə, s. 23).

İbn Həcər, bunu belə açıqlamışdır: Nəvəvinin  bəhs etdiyi yaşlıq, məzi ilə tər arası bir tonda olan və qadın orqanının içindən (ön səthdəki içdən) gəlib yuyunması vacib olmayan bir axıntıdır. Doğum əsnasında, uşaqla birlikdə və ya daha əvvəl gələn və orqanın dərin qisimindən (rəhm tərəfindəki içdən) gələn axıntı nəcisdir (bx. Tuhfet'ı-Muhtaç/Şirvani, 1/3o1; ayrıca bx. Reddu'l-Muhtar, 1/313).

Bəzi alimlər mövzunu üç ölçüdə ələ almışdır. Buna görə, Qadının orqanından gələn axıntı, əgər taharət almada yuyunması lazım olan (oturarkən ortaya çıxan) yerdən gəlirsə, bu qətiliklə təmizdir. Əgər bu yaşlıq, orqanın ən dərin yerindən gəlirsə, bu da qəti olaraq nəcisdir. Əgər, bu axıntı, orqanın-yuyunması lazım olmayan yerdən olmaqla birlikdə- yenə də ön-iç sayılan yerdən gəlirsə, bu mövzuda iki görüş vardır. Ən səhih görüşə görə təmizdir. Digər bir görüşə görə nəcisdir (bx. İanetu't-talibin, 1/104, Tuhfet'ı-Muhtaç/Şirvani, 1/3o1).

İmam Nəvəvi bu mövzuda bunları ifadə etmişdir: "Kişi və ya qadının ön və ya arxa tərəflərindən (Sidik və ya nəcis yollarından) sidik, nəcis, yel, qurd, irin, qan, daş və ya başqa hər hansı bir maddə çıxdığında dəstnamaz pozular. Bu çıxan şeyin mutad olub olmaması arasında bir fərq yoxdur. Məsələn, yel, kişi və ya qadının ön və ya arxa yolundan çıxsın, fərq etməz, dəstnamaz pozular. Bu barədə -Şafi məzhəbində- bir ixtilaf yoxdur  (bx. Nəvəvi, Məcmu, 2/4).

- Bütün bu şərhlərdən anladığımız qədəri ilə, qadın orqanından çıxan -bu yaşlıq mənasındakı- axıntı, vajinanın ön-iç qisimindən gəldiyi üçün bunu təmiz olaraq qəbul etmək lazımdır. Lakin, bunun dəstnamazı pozmayacağını söyləmək asan görünməməkdədir. Çünki, ilk başda "Reddul-muhtar"dan aldığımız "vajina orqanlarında gördükləri normal yaşlıq, insanların ağız, burunlarından gələn axıntı və bədənlərindən çıxan tər kimi qiymətləndirilməlidir" şəklindəki ifadədən başqa, qaynaqlarda, bu mövzuya müsbət yaxınlaşmamızı, dəstnamazın pozulmayacağını tələb edən bir ifadəyə rast gələ bilmədik. Əvvəlcə alimlərin ümumi ictihadına uyğun hərəkət etmək lazımdır. Ancaq xüsusi ilə vəsvəsə içində olanlar ilə bu yaşlığa tədbir ala bilməyənlər bu fətva ilə əməl edə bilərlər.



01-02-2010 02:54:13

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz