Ana səhifə

Qaranlıqda namaz qılınarmı? Namaz qıla bilmək üçün işığın ölçüsü nə olmalıdır?


YazdırSend to friend
Sual Detayı: 
essalaum eleykum ve rehmetullah,qaranliq otaqda namaz qilmaq olar?
Cavab: 

Və aleykumussalam və rahmətullah.

Qaranlıq və ya yarı qaranlıq bir yerdə namaz qılmanın məkruh olduğuna, nə namazın məkruhları bölməsində, nə də başqa yerlərdə rast gəlmədik. Yalnız namaz qılarkən gözləri yummaq məkruh olduğu bildirilməkdədir. Bunun da səbəbi, namaz əsnasında baxılması məndup olan səcdə yerlərinin görülməsinə əngəl törətdiyi üçündür. Çünki, qiyamda ikən səcdə ediləcək yerə baxmaq namazın ədəbindən və mənduplarındandır. (Təhtavi, s. 288)

Qaranlıq və ya yarı qaranlıq bir yerdə namaz qılmaq, ancaq bu şəkildə xoşagəlməz olar: Namaz qılınacaq və ya səcdə ediləcək yerin təmiz olub olmadığı barəsində şübhə edilir və ya pis olduğuna dair bir ehtimal varsa, namazın fərzlərindən olan nəcasətdən təharət(təmizlik) yerinə yetirilmədiyi yaxud təmizliyi barəsində şübhə edildiyi zaman namaz qılmaq xoşagəlməz olar.

Lakin, səccadənin və ya səcdə ediləcək yerin təmizliyi haqqında dəqiq bir məlumat və qənaətinin varsa, qaranlıq da olsa belə bir yerdə namaz qılmaq məkruh olmaz. Çünki, burada bir də zərurət vardır. Çünki, insan, ancaq məcbur qaldığı zamanlarda qaranlıq bir yerdə namaz qılar.

(Mehmed Paksu, Ailəyə Özəl Fətvalar)



13-08-2014 04:22:15