Ana səhifə

Qiblə necə təyin olunur?


YazdırSend to friend
Sual Detayı: 
EVDE QIBLENI NECE TEYIN EDIRLER??? ALLAH RAZI OLSUN SIZDEN MENE COX KOMEYINIZ OLDU
Cavab: 

 Və aleykum Salam.

 1.Qibləni təyin etmənin qısa yolu ətrafınızda, qonşuluqda namaz qılan birindən bunu soruşmaqdı. Ama onların da səhv bilmə ehtimalı var. Ona görə də ən gözəli aşağıdakı usullarla özünüz qibləni təyin edib, bilməyənlərə və yalnış bilənlərə bunu ən dəqiq bir şəkildə çatdırmaqdır

  2. Kompasdan istifadə etməklə. Əgər Bakıda yaşayırsınızsa onda  kompasn 207-cı dərəcəsi qibləni göstərəcək.Yaşadığınız şəhərə görə  sitədə şəhəri seçin və ona uyğun qiblə dərəcəsini ("kıble Açısı" yazılıb) görəcəksiniz.Məsələn.Sumqayıt-206, Naxcıvan-196.

  3. Sitədə sağ tərəfdə xəritənin altında "Kıble Açısı"ın sağında "Kıble Saatİ" yazılıb. Məsələn Bakı üçün qiblə saatı (24.05.2014) 14:19-dur. Saat 14:19-da  günəşin olduğu istiqamət qiblə istiqamətidir .

  Allah rızasına uyğun əmməllərlə məşğul etsin bizləri.Amin

Qiblə istiqaməti necə təyin olunar? Günəş ilə qiblə təyini necə edilir?



21-05-2014 04:45:09

Düğüme özel