Ana səhifə

Qılınmayan namazın qəzasını qəza namazı qılmadan necə təlafi etmək olar?


YazdırSend to friend
Sual Detayı: 
Salam aleykum. Mən 2 il namazimi demek olarki qilmamisam yeni herden qilirdim herden yox indi qeza etmeden qiliram cox adam deyir qezalarivida qil ama men qila bilmirem nece defe istemisem alinmayib sizden bunu sorusmaq istiyirem men geride qalan 2 ilin qeza boslugunu namaz qilmadan nece doldura bilerem? yeni bunun basqa yolu var? evvelceden tesekkur edirem
Cavab: 

Namaz hər müsəlman üzərinə fərz olan bir borcdur. Aldığımız bir pulu zamanında ödəmək lazımdır. Ancaq gecikdirincə ayıb olur isə də yenə də ödəmək və üzr istəmək lazım olacaq. Bunu kimi namaz borclarımızı zamanında ödəmək lazım idi. Ancaq bəzi səbəblərlə gecikmişsə onun üçün Allahdan üzr istəyib qalan borc namazlarımızı ödəməmiz lazımdır. Namaz borcu ancaq namaz qılmaqla ödənər. Onun başqa bir şəkli yoxdur.
İnsanların xeyir ilə şəri, haqq ilə batili ayırd edə bilmələri yetkin olduqdan sonra mümkün olduğundan, Rəbbimiz məhşərdə dünya həyatımızın uşaqlıq dövrəsindən hesab soruşmamaqda, ancaq yetkin olduqdan sonrakı günlərimizdən başlayaraq namaz, oruc kimi ibadət mükəlləfiyyətlərimizi sual etməkdə, beləcə dini mükəlləfiyyətlərimiz yetkinlik çağından sonra başlamış olmaqdadır. - Bu qədər var ki yetkinlik zamanı tarix olaraq qəti deyil. Kişi (12), qız (9) yaşından başlayaraq, (15) yaşlarına çatana qədər keçən hər ay və gündə yetkinliyə çatma hissi təşəkkül edə bilər. Oğlanda ihtilam olma, qızda isə ay halı görmə şəklində özünü göstərən bu bəşəri və cinsi hissin başladığı gündən etibarən mükəlləfiyyətlərin hər biri ayrı-ayrı əməl dəftərinə ya "yerinə yetirdi", ya da "gətirmədi" şəklində yazılar.
Bu mövzuda faydalı olacaq bəzi məlumatlar verək.
1- Buluq çağı qəti olaraq bilinmirsə kişilər yaşlarından 12 ili, qadınlar isə 9 ili çıxararaq qalan illərdə namaz qılmayan bütün vaxtlar hesab edilib yazılar.
2- Qəza namazlarınızı hər namazda bir namaz qəzası edərək edə bilərsiniz. Beləcə həm nəfsinizə çətin gəlməz həm də hesabı asan olar.
3- Bu şəkildə Allah sizə ömür verdikcə bütün borclarınızı ödəyəcəyinizə niyyət etsəniz və buna başlasanız, sonra Allah sizi borclarınızı bitirmədən hüzuruna alsa inşallah bu niyyətinizdən ötəri onları etmisiniz kimi olarsınız. Çünki həyatda qalsaydınız onsuz da ödəməyə başlamış və davam edəcəkdiniz. Allah sizə bu fürsəti verəcək bir həyat nəsib etsin.

Qəza namazlarının necə qılınacağı mövzusu üçün daxil olun:

http://www.sorularlaislamiyet.com/subpage.php?s=show_qna&id=28



05-03-2010 06:20:01

Düğüme özel