Ana səhifə

Qırxlama deyə bir şey vardır?


YazdırSend to friend
Sual Detayı: 
Qırxıncı günü tamam olduqda uşağa qüsul almaq gərəklidir, gərəklidirsə bunu nece etməliyk?
Cavab: 

Yaşayan xalq inanclarımızda körpənin və ananın qırxının çıxmasında "qırxlan"dıqlarını və təmizlənməsi istənilən qabqacaqların da "qırxlan"dığını eşidirik. Ancaq dini mənada belə bir tətbiq yoxdur və əsla doğru deyil.

Bu tətbiqlərə inanmaq və bunları etmək Dində olmayan bir şeyi Dindən saymaq mənasına gələ bilər. Bu baxımdan təhlükəlidir və əsla etməmək lazımdır.



26-01-2010 09:44:47