Ana səhifə

Qiyamət əlamətlərindən Türklərlə döyüş haqqındakı hədisi açıqlayarsınız?


YazdırSend to friend
Sual Detayı: 
Qiyamət əlamətlərindən Türklərlə döyüş haqqındakı hədisi açıqlayarsınız?
Cavab: 

Hz. Əbu Hureyrə (r.ə.) izah edir: "Rəsulullah (s.ə.s.) buyurdu ki:

 

"Ayaqqabıları tükdən bir qövmlə döyüşmədikcə qiyamət qopmaz. Siz, üzləri örtüklü qalxanlar kimi, gözləri kiçik, burunları yastı olan bir qövmlə döyüşmədikcə qiyamət qopmaz." [Buxari, Cihad 95, 96, Menakıb 25; Müslim, Fiten 62, (2912); Əbu Davud, Melahim 9, (4303, 4304); Tirmizi, Fitən 40, (2216); Nəsəi, Cihad 42, (6, 45).

 

ŞƏRH:

 

Burada, Müsəlmanların mütləq döyüşəcəkləri bir qövmün fizioloji təsviri edilməkdə, lakin adı verilməməkdədir. Bu təsvirə görə, ayaqqabıları, qoyun yunu, keçi tükü və ya dəvə yunu kimi şeylərdən emal ediləcək. Üzləri də qalxan kimi geniş və burunları da yastı olacaq.

 

Mühəddislər, bu qövmün Türklər olduğunda müttəfiqdirlər. Buxarinin bu hədisə verdiyi bablardan birinin adı; بَابُ قِتَالِ التُّرْكِ "Türklərlə Döyüş Babı"dır. Hədisin burada yazılan vəchində Türk sözü keçməsə də, Buxarinin eyni babda qeyd etdiyi ardınca hədisdə Türk sözü də keçər: "Kiçik gözlü, qırmızı üzlü, yastı burunlu, üzləri örtüklü qalxanlar kimi olan, (tükdən məmul paltar geyən) Türklərlə döyüşmədiyiniz müddətcə qiyamət qopmaz.."

 

Hədisdə, üzün qalxana bənzədilməsi Beyzaviyə görə üzün geniş və yumru olmasındandır, örtüklü deyilməsi də sərtliyidir.

 

Ayaqqabılarının tükdən olmasından məqsəd, bəzi şərhcilərə görə, saçlarının ayaqqabılarına dəyəcək qədər uzun olmasıdır. Bəziləri də: "Bundan məqsəd onların, ayaqqabılarını hörülmüş və yundan olmalarıdır" demişdir. Bu gün çobanların və hətta kəndlilərin hələ istifadə etdikləri və keçədən edilən "kepenk"in nəzərdə tutulmuş olması da olabiləcəkdir. Ayaqqabılarının da tükdən olması, keçmiş dövrlərdə geyilən və tükü yolunmamış dəridən edilən çarığa işarə də ola bilər. Çarığın iç qismi, yerin sərtliyini yüngülləşdirmək məqsədiylə keçə ilə bəslənib möhkəmləndirilməsi də hədisi təyid edən bir vəziyyətdir.

 

 

"Bədiüzzamana görə, "Türklər Fahrı Kainat (s.ə.s.)ın da tərifinə məzhər olmuşdur: ". Bir neçə yerdə Türklərdən əhəmiyyətlə bəhs etmiş hədis var. Lakin bu hədisin həqiqi surəti nə olduğunu, yanımda kutubu hədisiyə olmadığından bilməyirəm. Bir nümunəsi Sultan Fateh haqqındakı hədisdir."



22-02-2010 06:05:30

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz