Ana səhifə

Qiyamət qopub axirət aləmləri qurulduğunda mələklər yenədə yaradılacaq?


YazdırSend to friend
Sual Detayı: 
Qiyamət qopub axirət aləmləri qurulduğunda mələklər yenədə yaradılacaq? Yaradıldıqlarında vəzifələri nə olacaq?
Cavab: 

Bu dünyada yaradılan insanlar və digər məxluqat axirətdə yenidən yaradılacağı kimi mələklərdə axirətdə yenidən yaradılacaq.

 

Mələklərin xüsusi vəzifələri olduğu kimi hər vaxt etdikləri zikr və təsbehləri vardır. Bu səbəblə Hz. Cəbrayıl (ə.s.) hə zaman əzəmətli halıyla Allahı zikr edir, təsbeh edir.

 

Həm mələklərin tək bir vəzifəsi yoxdur. Cəbrayıl (ə.s.)ın Peyğəmbərlərə vəhy gətirməsi vəzifələrindən yalnız biridir. Eyni anda birdən çox iş edə bilərlər.

 

Axirətdə də yaradılan mələklərin bəzi vəzifələri bitsə də digərləri davam etməkdədir. Məsələn Cəbrayıl (ə.s.)ın vəhy gətirmə vəzifəsi və Əzrail (ə.s.)ın insanların ruhunu alma vəzifəsi axirətdə bitmiş olsa belə Allaha ibadət etmə, əbədi aləmdə əbədi olaraq yaradılan Allahın məxluqlarını tamaşa edib onları təfəkkür etmə və Allahın əzəmətini mütaliə etmə vəzifələri davam edəcək.



07-01-2010 06:34:06