Ana səhifə

Qız qaçırmaq caizdir?


YazdırSend to friend
Sual Detayı: 
Qız qaçırmaq caizdir?
Cavab: 

İbtidai cəmiyyətlərdə, kobud qüvvətə söykənən zorakı evliliklər çox yaşanmışdır. Belə dövrələrdə və elə ətraflarda nə bir qızcığaz öz istədiyini özü seçməkdən əmin ola bilər, nə də qızı yetişdirən ana ata balalarının gələcəyindən qorxu duymadan yaşaya bilərlər. Çünki hər an bir kobud qüvvət sahibinin hücumuna məruz qala bilərlər. Qızlarını qaçırmağı ağlına qoymuş bir ibtidai düşüncə, hər şeyi alt-üst edə bilər. Ana ata və ailəni asanca dövrə xaricinə itələyib razılığı olmayan qızı qaçıraraq sonunda evlənməyə razı salacaq vəziyyətə gətirə bilər.

Bu cür zorakı evliliklər kobud qüvvətin hakim olduğu ibtidai cəmiyyətlərdə qorxuducu ölçüdə yaşanmışdır. Belə bir qaçırma hadisəsindən sonra iki ailə də başdan bunu namus məsələsi edib düşmən kəsilmişlər, bir müddət bu düşmənliklərini davam etdirdikdən sonra çarəsiz qalıb olanları unutmağa çalışmaq və bir razılaşma zəmini tapıb barışmak məcburiyyətində olduqlarını anlamışlar. Yəni bir bədbəxt başlanğıc təməli üzərinə xoşbəxt ailə yuvası tikməyə məcbur qalmışlar.

Kobud qüvvətlə işini həll etməyi seçən təcavüzkarın bundan sonra razılaşmağa uyğun mədəni insan görünüşü verməsini isə, ayının kimsəyə qapdırmamaq üçün ov ətini torpağa basdırıb qorxudaraq kimsənin yeməyəcəyi vəziyyətə gətirdikdən sonrakı təcavüzkarlıqdan keçmə halına bənzədərlər. Əti xarasb etdikdən sonra artıq kimsənin əlindən alma təşəbbüsünə keçməyəcəyindən əmin olan ayı, təcavüzkarlıqdan keçər, ətrafıyla uyğun hala gələr.

Təbii bu təşbeh və şərh, razılığı olmayan qızı zorla qaçırıb artıq kimsənin istəməyəcəyi hala gətirən zorba üçün edilmişdir. Əgər qızın razılığı daxilində bir qaçışsa bu, əlbəttə vəziyyət eyni ağırlıqda bir təşbehə layiq olmaqdan çıxar; kaş ki ailəsiylə razılaşaraq qurulsaydı bu qohumluq xahişinə çevrilər.

Bu cür qız qaçırma hadisələrində laqeydliyin çarəsi, nikahdır!. Qızı qaçırmaqla halallıq gəlməz. Halallıq ancaq razılığıyla bəli deyən qızın nikahından sonra olar. Bu səbəbə görə nikah razılaşması təxir edilə bilməyəcək bir məcburiyyətdir.

Hənəfiyə görə heç olmasa iki ədalətli şahidin hüzurunda edilən sərbəst istəyə bağlı nikah, etibarlıdır. Ancaq belə bir nikahdan sonrakı münasibət haramlıqdan qurtarar, halallıq gətirər. Yetər ki tərəflər heç olmasa iki şahidlə evlilik haqqlarını isbat etmə imkanına qovuşmuş, inkar ehtimalından xilas olmuş olsunlar

Şafiyə görə isə, iki xarici şahid kafi olmaz. Qızın vəlisinin icazə və razılığı da alması lazım gəlir. Yəni qaçırmaqla qanuni evlilik başlamaz. Hadisədən xəbəri olan ana atanın icazəsiylə edilən nikahdan sonra qanuni evlilik olar.

Aydın olan odur ki, qız qaçırmaq surətiylə yuva qurma təşəbbüsləri qızın razılığı xaricində isə tamamilə qanunilikdən uzaq ibtidai bir zorbalıqdır. Razılığıyla reallaşdırılmışsa, bu dəfə nikah hadisəsi ilk çarə olaraq ən qabaqda görünməkdədir.

Bundan ötəri İslamda qurulacaq yuvanın təməli, kobud qüvvətə və ibtidailik üzərinə atılmaz. Qarşılıqlı anlayış və razılıq təməli üzərinə tikilər xoşbəxt ailə yuvası. Ailələr gənclərin xoşbəxt olacaqları seçimlərinə dəyər verməlilər. Bəzən bir inad və heçnədən böyük səhvlər edilir, təmiri mümkün olmayan təxribatlar ola bilir.

Gənclər isə hər tərəfi qırıb tökmə bahasına etdikləri icazəsiz seçimlərinin səhvini ancaq hisslərinin təzyiqindən xilas olduqdan sonra anlaya bilir, onlar da dərin peşmanlıqlar duyurlar. Amma iş işdən keçmiş, bu peşmanlıqlar fayda gətirməz hala gəlmişdir.

Artıq bundan sonrakı çarə, aranı açacaq şəkildə keçmişi qurdalamaq deyil, tam əksinə birliyi təmin edəcək şəkildə gələcəyə baxmaq, gənclərin gələcəyini düşünməkdir..

Allah (c.c) intiqam arxasında qaçanları deyil, əfv və xoşgörüş içində olanları sevər. Böyüklüyün şanından olan da əfvdir; intiqamçı bir zehniyyətlə küsülüyü davam etdirmək deyil.



Əhməd Şahin



16-12-2010 07:43:37