Ana səhifə

Qüsl Nə Vaxt Lazımdır?


YazdırSend to friend
Sual Detayı: 
Qüsl Nə Vaxt Lazımdır?
Cavab: 

Qüslü gərəkdirən hallar üçdür:

1 - Cünüblük (cənabət) halıdır. Bu, iki səbəbdən irəli gəlir:

a. İstər oyanıq halda olsun, istərsə yuxu halında olsun, hər hansı bir təmas və ya cinsi münasibət olmadan, kişi və qadından şəhvətlə məninin çölə atılması. Məninin (sperma) şəhvətsiz boşalmasından ötəri cünüblük halı meydana gəlməz. Bu səbəblə qüsl almaq da lazım deyil. Yalnız dəstəmaz pozulmuş olur.

b. Cinsi münasibətdə olmaq ... Burada məninin gəlməsi (inzal) şərt deyildir. Cinsi münasibətin özü cünüblük (cənabət) səbəbidir.

2 - Qüslü fərz qılan ikinci hal, qadınların heyz halıdır. Qadınların heyz halları sona çatanda, qüsl almaqları fərz olur.

3 - Qüsl almağı fərz qılan üçüncü vəziyyət, yenə qadınlara məxsus bir hal olan nifas, yəni doğumdan sonrakı lohusalıq halıdır. Nifas halından qurtulan bir qadına da qüsl almaq fərz olur.



04-01-2016 10:26:29