Ana səhifə

Qur'an-ı Kərimdə oğurluq edənin əlinin kəsilməsi əmr edilməkdədir. Bu oğurluq cinayətin cesası, insan hüquqları baxımından ağır bir cəza sayılmazmı?


YazdırSend to friend
Sual Detayı: 
oğurluq edənin əli nə üçün kəsilməlidir?
Cavab: 

    "Başqasına aid bir malı, qorunduğu yerdən, sahibinin xəbəri olmadan gizlicə almaq." mənasına gələn oğurluq, mala və mülkiyyət hüququna qarşı işlənən təməl cinayətlərdən biridir. Alın tərindən və məşru (halal) qazancdan formalaşan sərvətin qorunması İslâm'ın təməl prinsipləri arasındadır. İslâm əməyi və mülkiyyəti müqəddəs saymış, mülkiyyətə haqsız olaraq əl uzatmağı cəzalandırmışdır. Beləliklə bütün ilâhî dinlərdə və hüquqi sistemlərdə olduğu kimi, İslâm'da da oğurluq həm hüquq nizamı baxımından cinayət, həm də dini baxımdan və əxlaqi cəhətdən böyük günah və ayıb sayılmışdır.

    Oğurluq, başqasının tər tökmək surətiylə qazandığı malını oğurlayıb, qəlbini yaralayan böyük bir xəyanət, vicdana sığmayan bir cinayətdir. Bu cinayət, hər əsrdə və hər yerdə mövcud olmuş və olmaqdadır. Bunun üçün; uca İslam dini, verilən cəza, edilən işə uyğun olsun deyə bu insafsızlığı edən kimsə üçün ağır bir sanksiya gətirib əlinin kəsilməsini əmr etmişdir. Bu əmr, tətbiq olunsaydı oğurluq hadisələri ən az səviyyəyə düşərdi.

   Oğurluq; kitab, sünnə və icma dəlilləriylə qadağan edilmişdir. Qur'ân'da belə buyurulur:

"Oğurluq edən kişi və qadının əllərini kəsin." (Maidə, 5/38).

   Hz. Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurmuşdur:

"Sizdən əvvəlkilər bu səbəblə həlak oldular; onlar, möhtərəm bir kimsə oğurluq etdiyi zaman, oğrunu sərbəst buraxarlar. Zəif bir kimsə oğurluq edəndə da, ona cəza tətbiq edərdilər." (Əş-Şövqəni, Neylü'l-əvtar, VII, 131,136).

    Oğurluq sabit olduqda, əl kəsmə (had cəzası) tətbiq edilər. Had cəzası gərəkmədiyi hallarda isə zərərin kompensasiya edilməsi yolu seçilər.

    İslâm hüquqçuları cinayət və cəzada qanunîliyi, ədalət və haqpərəstliyi təmin etmək məqsədiylə oğurluq günahının hansı şərtlərdə işlənmiş sayılacağı, cəzanın tətbiq oluna bilmə şərtləri, təkrarlama, məcbur etmə və əfv kimi halların cəzaya təsiri mövzularını ayrı-ayrı müzakirə etmişlər və bu mövzuda zəngin bir hüquqi doktrinası formalaşmışdır. Qısaca, oğurluq günahının tam meydana gəlməsi üçün aclıq, zərurət, məcbur etmə kimi, oğurluq günahını işləməyi qismən və ya tamamilə üzrlü edəcək bir bəhanənin olmaması, cinayətin bilərək və istənərək işlənməsi, oğurluq edənin öncədən məhkumluğu, oğurlanan malın hüquqi cəhətdən qoruma altında olması və müəyyən bir miqdardan çox olması kimi şərtlər qoyulmuşdur.

     İslam hüququnda cəzalar, günahı önləmək üçün lazım olan ilkin tədbirlər alındıqdan sonra, tətbiq olunma imkanı olan ən son və məcburi müdaxilə xüsusiyyəti daşıyır. Buna görə, İslâm'ın təməl məqsədinin, bəzi kimsələri cəzalandırmaq deyil, əksinə oğurluq günahının işlənməsinə imkan buraxmayacaq tədbirləri almaq, iqtisadi və ictimai inkişafı və tarazlığı təmin etmək, insanların maarifləndirmək və istiqamətləndirmək olduğu burada təkrar xatırlanmalıdır. Cəmiyyətdə bütün bu səylərin müvəffəqiyyətli olması, dini təhsil və tədrisin, cəmiyyətin ümumi əxlaqi dəyərlərinin, buna əlavə olaraq qanuni tənzimləmələrin və tətbiq olunan rəsmi siyasətin bir-biriylə uyğun olması zəruri bir əhəmiyyət daşıyır.

   Haqq Təâlâ oğurluğun cəzasını əmr etmişdir. Bu ümumi şərtlər altında isə oğurluğa cəsarət edən bir əlin, İslâm sosial təşkilatı içərisində qanqren olmuş bir üzv kimi kəsilməsi gərəkli olar.

   Ey möminlər! Oğru kişi və oğru qadının da, yəni şübhə və bəhanədən azad olaraq oğurluğu ortaya çıxan gərək kişi və gərək qadın oğruların da qazandıqları işə bir cəza, Allah'dan bir nekâl, yəni bir daha etməmələri üçün haqqı ilə bir bağ, bir qandal olmaqla əllərini kəsin. Çünki Allah həm Aziz (üstün), həm Hakîm (hikmət sahibi) dir. Əmrinə qarşı gəlinməz, hökmünü hikmətlə verər. "Haqq" O'nun yüksək himayəsində, cəza O'nun hikməti cümləsindəndir. Zülm və fitnə-fəsad törətməyə razı olmayan, xeyir və haqqa çalışmaq üçün əl və qüdrət ehsan edən; Allah'dan lazımınca qorxmağı, vəsilə axtarmağı, mübarizəni əmr edən; kasıbları qorumaq, sıxıntılı olanları qorumaq, düşkünlərə kömək etmək üçün bu qədər ayələr və hökmlər endirən; infaq, zəkat, sədəqə, yardımlaşma hökmləriylə gücü olanlara vəzifələr fərz edən, zənginlərin mallarından dilənçilərə, düşkünlərə müəyyən bir haqq verən Allah Təâlâ'nın bu əmrlərini, bu hökmlərini icra və tətbiq edən Müsəlman sosial cəmiyyəti içində Allah'dan qorxmayaraq, Allah'a yaxınlaşmaq üçün gözəl vəsilələr diləyində olmayaraq və Allah yolunda mücahidə etmək üçün nəfsinin, şəhvətinin istəklərinə sabr edə bilməyərək, başqasının hüququna gizlicə əl uzatmaq özünün nə haqqı, nə də haqqı olduğu şübhəsi olmayan bir malı, Allah görmürmüş kimi oğurlamağa cəhd etmək, əlbəttə, Allahın izzətinə bir təcavüz və gizlidən gizliyə bir hərbdir. Və belə bir əlin cəzası da kesilmektir.

  O halda cinayət ilə cəza arasında bərabərliyin olmadığı zənn edilməsin. Çünki bu cəza yalnız malın qarşılığı deyil, gizli bir xainlik və Allah'ın izzətinə bir təcavüz olan oğurluq felinin cəzasıdır. Bu əl özünü atəşə salmış və ya qılınca uzatmışdır. Bu, gərək ona və gərək ona tabe olub azanlara Allah tərəfindən sabit bir qandaldır. Bununla həm oğru fəsaddan təmizlənər, həm də digərləri.

    Sonra Allah Təâlâ'nın izzətinə bu şəkildə təcavüz edənləri bu cəzaya layiq qılması və belə davamlı bir qandala qoyub həddini bildirməsi yalnız bir qəzəbin əsəri deyil, sırf hikmətdir. Bu cəza tətbiq edilən sosyal cəmiyyətdə oğurluğun kökü kəsilər. Kəsilməyə layiq əl tapılmaz olar. O şərt ilə ki, haqqı ilə  tətbiq edilsin və hər şübhədən təmizlənmiş olaraq tətbiq edilsin də heç bir haqsızlığa yol verilməsin. Əks halda Allah'ın izzət və hikməti də tərs şəkildə ortaya çıxar. Haqsız yerə bir mal oğurlayan əlin cəzası kəsilmək olarsa, haqsız yerə bir əl oğurlayan əllərin cəzasının nə olması gərəkdiyi təsəvvür olunsun!

    Yəni oğurluq edib öz əlinin kəsilməsinə səbəb olaraq özünə zülm etmiş olan oğru kişi və ya oğru qadından hər hansı biri, əli kəsildikdən sonra tövbə edib əməllərini düzəldərsə, Allah əfv edən və mərhəmətli olduğu üçün tövbəsini -hər halda-qəbul edər. Və axirətdə ona başqa əzab etməz, rəhmət və məğfirət edər. Bu halda əli kəsilmiş və tövbəkar olmuş olanlara daha əvvəl oğurluq edib deyə pis gözlə baxmamalı, şəfqət göstərib kömək edilməlidir.

 



02-04-2017 06:04:06