Ana səhifə

Qur`an necə xətm oluna bilər?


YazdırSend to friend
Sual Detayı: 
Quran cüzləri 3-4 nəfər arasında bölüşdürülüb,,Quranı xətm etmək olarmı?
Cavab: 

Bəli, bu şəkildə də xətm olar.

Toplu halda xətm etmək Peyğəmbərimiz sallallahu aleyhi və səlləm dövründə edildiyinə dair bir rəvayət bilmirik. Ancaq belə bir tətbiqat caizdir.

İslam dini ibadətlərin camaatla edilməsini tövsiyə edir. Bunun ən açıq bir dəlili, camaatla qılınan namazlara iyirmi yeddi qat çox savab verilməsidir. Üç adam camaat olmuşlarsa hər birinə doqquz deyil, iyirmi yeddi qat savab verilər. Bunun səbəbi, nur və savabın bölünməyi qəbul etməməsidir. Necə ki oxuduğumuz bir Fatihanı yaxud bir xətmi-i şərifi min adama bağışlasaq, savab minə bölünməz, hər birinə eyni savab verilər.

Nur Külliyyatında "İxlas risaləsində" bu həqiqət belə bir misalla çox gözəl işıqlandırılırlar:

"Necə ki dörd-beş adamdan iştirak niyyətiylə biri qazyağı, biri fitil, biri lampa, biri şüşə, biri kibrit gətirib lampanı yandırdılar. Hər biri tam bir lambaya malik olur. O iştirak edənlərin hər birinin bir divarda böyük bir âynası varsa, hər birinin nöqsansız, parçalanmadan birər lampa otaq ilə birlikdə âynasına girər. " (Ləm`alar, İyirmi Birinci Ləm`a)

Fərqli yerlərdəki insanların Qur'an cüzlərini paylaşaraq xətm savabı alması ilə əlaqədar hədis və ya ayələr var mı? Hatim üçün cüzləri paylaşanların eyni məkanda olma şərti var mı?

Fərqli yerlərdəki insanların ortaq xətm etməsində bir problem yoxdur. Bu şəkildə də xətm endirilə bilər.

"Ölülərinizə (ölmək üzrə olanlara) Yasin surəsini oxuyun." (Əbu Davud, Cənaiz 24, (3121); İbnu Macə, Cənaiz 4, (1448).

Hədisdə, "muhtazara (ölüm ayağında olan) oxuyun" demir, "ölülərinizə oxuyun" deyir. Alimlər əksəriyyətlə "ölülər" təbirindən ölümə yaxınlaşanları yəni muhtazarları anlamış isə də, bəziləri zahiri mənanı əsas alaraq ölülərə oxumağı əsas götürmüşdür. Amma, "ən doğrusu hər ikisinin də nəzərdə tutulduğunu anlamaqdır" deyənlər də olmuşdur.

Bir qisim Hənəfilər bu hadise əsaslanaraq "İnsan əməlinin savabını bir başqasına bağışlaya bilər, əməli qiraət, namaz, oruc, sədəqə, həcc, hansı növdən olursa olsun fərq etməz." deyə hökm etmişdir.

Mötəzilə "İnsan üçün ancaq çalışdığı vardır." (Nəcm, 53/39) ayəsini göstərərək etiraz etmiş isə də, üləma müqabil dəlillər zikr edərək Mötəzilənin fikiri rədd etmişlər (Feyzü'l-Qədr 2, 67). (İbrahim Canan, Kutub-i Sittə Tərcümə və Şərhi, Akçağ Yayınları: 15 / 238-239.)

Bunun kimi bir qrupun toplanıb Qur`an xətmi etsə hər birinə bir xətm savabı gedə bilər. Çünki hədisdən də anlaşıldığı kimi, insan bir əməlinin savabını başqa bir kimsəyə hədiyyə edə bilməkdədir. Ayrıca camaatla edilən ibadətlərdəki fəzilətin çox olmasıyla əlaqədar hədislər də bu mövzunu dəstəkləməkdədir.



25-08-2014 05:20:13