Ana səhifə

Quranda adı keçən Peyğəmbərlərin peşələri nələrdir?


YazdırSend to friend
Sual Detayı: 
Quranda adı keçən Peyğəmbərlərin peşələri nələrdir?
Cavab: 

Qurani Kərimdə adları zikr edilən peyğəmbər əfəndilərimizin hər birləri bir və ya bir neçə dünya işiylə məşğul olmuşlar və dünya dolanışıqlarını bu yoldan tədarük görmə yoluna müraciət etmişlər. Beləcə həm insanlara gözəl və faydalı peşələri öyrətmişlər, həm də insanlara boyun əyməkdən xilas olmuşlar. Bundan ötəri də tövhid əqidəsini kimsədən qorxmadan müdafiə etmişlər.

 

Quranda Adları Keçən Peyğəmbərlər:

Həzrəti Adəm (ə.s.)dan Peyğəmbərimizə qədər bir rəvayətə görə 124 min, digər bir rəvayətə görə isə 224 min peyğəmbər gəlmişdir. Bunlardan ancaq 28 dənəsinin adları Qurani Kərimdə zikr edilmişdir. Qurani Kərimdə adları keçən və bilinmələri vacib olan

Peyğəmbərlərin mübarək adları bunlardır:

1. Adəm.... 8. İsmayıl.... 15. Harun...... 22. Zəkəriyyə...

2. İdris...... 9. İshak.... 16. Davud..... 23. Yəhya.........

3. Nuh....... 10.Yakub... 17. Süleyman. 24. İsa............

4. Hud....... 11.Yusif.... 18. Yunus...... 25. Üzeyr*......

5. Saleh..... 12.Əyyub.... 19. İlyas...... 26. Loğman*....

6. İbrahim. 13.Şuayb... 20. Əlyasa.... 27. Zülkarneyn*

7. Lut........ 14.Musa..... 21. Zülkifl.... 28. Həzrəti Məhəmməd. (s.ə.s.)

* Bu üç mübarək şəxsə övliya deyənlər də vardır.

Quranda adı keçmədiyi halda peyğəmbər olaraq məşhur olanlar da bunlardır: Şit, Yuşa, Cərcis, Danyal

BƏZİ PEYĞƏMBƏRLƏRİN PEŞƏLƏRİ:

Hz. Adəm (ə.s.) : İlk əkinçilik mühəndisi və cütçü idi.

Hz. Şit (ə.s.) : Hallac, kazzaz, nessac = toxucuların, hörücülərin və mensucat sənayeninin ilk qurucusu idi.

Hz. İdris (ə.s.) : İynəni ilk icad edən, ona dəlik açan, iplik keçirən olduğundan, dərziçilərin- hazır paltarçıların- hörücülərin piri sayılar.

Hz. Nuh (ə.s.) : Dülgərçilərin- gəmiçilərin- dənizçilərin piri idi.

Hz. Hud (ə.s.) : Tacir idi. Bütün tacirlərin piri sayılar.

Hz. Saleh (ə.s.) : Sürülərlə dəvələr yetişdirərdi. Südlərini həm istifadə edər, həm də satıb dünyalığını təmin edərdi. Saleh peyğəmbərin dəvəsi məşhurdur.

Hz. İbrahim (ə.s.) : Kəbəni yenidən inşa edişiylə, Hz Süleyman (ə.s.)a və Memar Sinana öndərlik etmişdir.

Hz. Lut (ə.s.) : Tarixçi idi. Səyyahların, Övliya çələbilərin piridir.

Hz. İsmayıl (ə.s.) : Quru və dəniz ovçuluğu ilə dolanışığını təmin edərdi. Ovçuların piri sayılar. 70 dil bilərdi. Tərcüməçilərin də piridir.

Hz. İshaq (ə.s.) : Çoban idi.

Hz. Yaqub (ə.s.) : Çoban idi.

Hz. Yusif (ə.s.) : Saatı ilk icad edən, Torpaq məhsulları ofisini ilk dəfə quran, bolluq zamanında yığmağı, qıtlıq zamanında xalqa paylamağı düşünən bir peyğəmbərdir.

Hz. Əyyub (ə.s.) : Əkinçiliklə məşğul idi.

Hz. Şuayb (ə.s.) : Əkinçiliklə məşğul idi.

Hz. Musa (ə.s.) : Çobanlıq etmiş və Hz Şuayb (ə.s.)a xidmətçilik etmişdir.

Bir böyüyə xidmət etməkdə peyğəmbər peşələrindən biridir.

Hz. Harun (ə.s.) : Vəzir idi.

Hz. Davud (ə.s.) : Dəmiri işləyən, zireh edən və nizamlı ordular quran,

Calutun ordularını məğlub edən bir komandirdir.

Hz. Süleyman (ə.s.) : Əmr, hökmdar idi. Mis mədənini ilk dəfə işləyən Odur.

Hz. Zülkifl (ə.s.) : Çörək bişirərdi, çörəkçilərin piri idi.

Hz. İlyas (ə.s.) : Toxucu və iplikçilərin piri idi.

Hz. Yunus (ə.s.) : Balıq ovlayıb dolanardı, balıqçıların piri idi.

Hz. Üzeyr (ə.s.) : Bağban idi. Meyvə ağaclarını ilk dəfə peyvənd edən cücərti yetişdirən, budama işlərini insanlara öyrədəndir. Bağ və bağça işləriylə məşğul olanların piridir.

Hz. Loğman (ə.s.) : Həkimlik və əczaçılıq peşəsinin piridir.

Hz. İsa (ə.s.) : Ovçu idi. Ov aləti ilə dolanışığını təmin edərdi. Ovçuların piri idi.

Hz. Məhəmməd (s.ə.s.): Kiçik yaşlarda çobanlıq etmiş daha sonra ticarətlə məşğul olmuş və cihadla məşğul olmuşdur.



26-12-2009 07:18:37

Düğüme özel