Ana səhifə

Qur`an`da bəzi ayələrdə keçən andların mənası və sebebi nədir?


YazdırSend to friend
Sual Detayı: 
Salam Aleykum Quranda bezi ayelerde kecen andlarin menasi ve sebebi nedir? MELEN:and olsun Turi sinaya,and olsun esire,bukimi andlar ne anlama gelir?
Cavab: 

 Və aleykum Salam

İnsanoğlu tarix boyu danışdıqlarına və sözlərinə qüvvət vermək, həmsöhbətini inandırmaq, sözlərinin doğruluğuna güvənilməsini istəmək və bunu təmin etmək üçün anddan istifadə etmişdir. Yəni andlı ifadələr istifadə etmək, insanoğlunun yad olduğu bir üslub deyil. Qur`an`da keçən andlı ifadələr də, insanın anladığı səviyyədən insana xitab edən Allah`ın şübhəsiz bir sözüdür.

Ayələrdə də görüləcəyi kimi, Cənâb-ı  Allah şəxsən Öz Uca Adı üzərinə and içdiyi kimi (Hicr, 15/92); peyğəmbərlərinə (Yâsîn, 36/1), peyğəmbərlərin yaşadığı və ya vəhyin gəldiyi diyarlara (Tûr, 52/1-3; Bələd, 90/1), mələklərə (Sâffât, 37/1; Nâziât, 79/1-2), Qur’ân’a (qıa, 56/77; Tur, 52/2), qiyâmət gününə (Qiyâmət, 75/1), kâinâtda var olan önəmli varlıqlar üzərinə, məsələn qələmə (Qələm, 68/1), səmaya (Burûc, 85/1; Târık, 86/1), günəşə (Şəms, 91/1), aya (Şəms, 91/2), gecəyə (Leyl, 92/1), səhərə (Fəcr, 89/1), quşluq vaxtına (Duhâ, 93/1), zamana (Əsr, 103/1), ulduza (Nəcm, 53/1), havaya (Zâriyât, 51/1) və bitkilərə (Tîn, 95/1) and içmişdir.

Qur`an, aləmlərin Rəbbi sifətiylə Allah`dan, qullarına gələn İlahi kəlamlar məcmuəsidir. Bizim fikir, idrak etmə və anlayış səviyyəmizə enən Qur’ân-ı Hakîm’in, ayələrində və bəyanlarında andlı ifadələrə yer verməsi də, bizim idrâk etdiyimiz şəkildə anlaşıqlığını, ciddiliyini və sözlərində xilafı olmadığını anlamamızı təmin etmək üçündür. Cənâb-ı Haqq, bəzən andla ayələrini təsdiqləmiş və qüvvətləndirmiş; bəzən də bir sıra varlıqları and mövzusu edərək bu varlıqların insanlıq üçün dəyərinə və qiymətinə işarə etmiş və diqqətləri bu varlıqlar üzərinə çəkmişdir.

Cənâb-ı  Allah, insanların âyələrə olan îmân və güvənlərini təmin etmək, verdiyi xəbərləri qüvvətləndirmək, əhəmiyyətli varlıqlar və nəsnələr üzərində təfəkkürü təşviq etmək, əhəmiyyətli nemətləri xatırlatmaq; Qur’ân’ın verdiyi xəbərlərin, qiyâmət gününün, âxirət gününün, öldükdən sonra dirilişin, hesabın, Cənnətin və Cəhənnəmin haqq olduğu mövzusunda insanları inandırmaq və bunlarda olabiləcək şek və şübhəni ortadan qaldırmaq kimi hikmətlərlə, âyələrini andlı ifadələrlə möhkəmləndirmişdir.

Mövzuya mənâ-yı ismiylə deyil, mənâ-yı hərfiylə baxmamız lazımdır. Yəni, Allahın üzərinə and içdiyi hər şey, öz başlarına qiymətli deyil, Allahın yaratmış olması etibarilə ucadır, dəyərlidir və qiymətlidir. Cənâb-ı Allah Öz Zâtının ucalığını bildirmək və isim və sifətlərinin təcəllilərinin kamâlını və bənzərsizliyini göstərmək üçün varlıqlar üzərinə müxtəlif şəkillərdə diqqətləri çəkmişdir. Hər şey Allah`ın qüdrətinin və xilqətinin bənzərsiz şəkildə təcəllisi və tasarrufu deyilmi? Zatı Uca olan Cənâb-ı Allah, bənzərsiz və sonsuz isim və sifətlərinin əsəri olan varlıqlar üzərinə and içməklə, əslində qüdrətinin və xilqətinin müxtəlif təcəllilərinə, dolayısıyla qüdrətinin əzəmətinə, hikmətinin kamâlına, rəhmətinin əhatə ediciliyinə, xilqətinin bənzərsiz gözəlliyinə and içmiş olmaqdadır. (bax. Nursi, Məktubat, s. 378)

Allahın üzərinə and içdiklərinə bir nümunə olaraq, "And olsun əsrə ki..." ( Əsr, 103/1) ayəsini qısaca açıqlamaq istəyirik:

Bu kərim ayədə Cənâb-ı Haqq, yaratdığı varlıqlardan biri üzərinə and içir. Bu nöqtədə düşünülməsi lazım olan iki xüsus vardır. Bunlardan birincisi, Allah nə üçün and içər?

And ümumiyyətlə söylənən bir sözə, ortaya atılan bir iddiaya həmsöhbətini inandıra bilmək üçün, hörmət edilən, iki tərəfdən də müqəddəs olaraq bilinən və adı anıldığında, söylənən sözün yalan və səhv olmayacağı qəbul edilən bir varlığın adını zikr etmək, beləcə qarşı tərəfə iddianın doğru olduğu mesajını verməkdir. Çox vaxt isə and üçün adı verilən varlıq, qüdrətli və aldadan kimsəni cəzalandırması gözlənilən bir varlıqdır. Müsəlmanların bu mənada Allah`dan (Cəllə Cələluhu) başqasının adına and içməsi haramdır.

Yaxşı Allah (subhanəhu və təala) nə üçün and içir? Əlbəttə ki, Allah`ın (subhanəhu və təala) belə bir şahid gətirməyə, sözünün doğruluğunu isbat etmək üçün bir başqa varlığa ehtiyacı yoxdur. Onun bu andından qəsd, and içdiyi varlıqla əlaqədar olaraq insanların səhv düşüncələrini düzəltmək və insanların diqqətini anddan sonra gələn ifadənin əhəmiyyətinə çəkməkdir. İnsanlar bəzən varlıqların dəyərlərini olduğundan daha aşağı göstərər və onlara uğursuzluq, pislik və çirkinlik sifətlərini yaraşdırarlar. Halbuki onlar Allah`ın (c. c.) yaratdığı digər varlıqlar kimi şərəflidir və bu pis sifətlərə sahib deyil. İnsanlar bəzən də bu varlıqlara, onlarda olmayan sifətlərlə nəzər edərlər və onlarda üluhiyyət vəhm(xəyal) edərlər. Bu da doğru deyil. Onlar yalnız Allah`ın (c. c.) yaratdığı varlıqlardır. İşdə Allah Təala (c. c.) bu varlıqlara and içərək bunların nə insanların su-i zənn etdiyi kimi uğursuz və dəyərsiz varlıqlar olduğunu, nə də insanların onlarda vəhmetdiyi kimi bir üluhiyyət xüsusiyyətlərinin olmadığını, bunların yalnız Allah`ın (c. c.) əsərlərindən olduğunu vurğulamaq üçün üzərlərinə and içmişdir.

Düşünülməsi gərəkən ikinci xüsus isə "Əsr" ın mənasnı və Allah`ın (c. c.) nə üçün onun üzərinə and içdiyidir.

Bir görüşə görə "Əsr" zaman (ət-dəhr) deməkdir. Zaman insanların həyatlarını, hərəkətlərini əhatə edən bir hadisədir. Etdiyimiz yaxşı və ya pis bütün işlər, zaman içərisində gerçəkləşər. Rahatlıq, çətinlik, xəstəlik, səhhət, zənginlik, kasıblıq həmişə zamanın içində meydana gəlir. Buna görə zaman, insanların diqqətini çəkən bir hadisədir. Zamana and içməklə, insanların diqqətləri daha sonra deyiləcək sözlərə çəkilmişdir.

Ayrıca cahiliyyə Ərəbləri zərər və ziyanı, zamanın pisliklərinə bağlar idi. Bu gün belə insanlar başlarına bir iş gəldiyində günlərin və rəqəmlərin uğursuzluğundan bəhs etməkdələr. Beləcə Cənabı Haqq, əsrə yəni zamana and içərək, insanlara pisliyin zamanda deyil özlərində olduğunu ifadə etmişdir.

Digər bir görüşə görə (Əbu Müslim) "Əsr", ilkindi vaxtı deməkdir. Allah (c. c.) quşluq vaxtına (Duha) and içdiyi kimi, günün digər ucu olan ilkindi vaxtına da and içmişdir. Ayrıca ilkindi vaxtının əhəmiyyətini bildirən bir çox hədisi şərif vardır. İlkindi, artıq günün sonunun yaxınlaşdığı, insanların işlərini bitirmək üçün məşğul olduğu, qazanc və ya itki hesablarının edildiyi bir vaxtdır. Və bu xüsusiyyəti ilə qiyamətdən öncəki, və ya ölümdən öncəki son vaxtlara bənzəməkdədir. Artıq hüsranda olan və ya səadət içərisində olan insan, hesab verməyə hazırlanmaqdadır.

Ayrıca cahiliyyə Ərəblərinin bu vaxtda işlərini bitirərək, Kəbə ətrafına toplandığı, burada işsiz gücsüz insanların dedi-qodu və digər müxtəlif pis işlərə daldığı, bunun nəticəsində müxtəlif döyüş və çirkin nəticələrin hasil olduğu rəvayət edilmişdir. Bunun nəticəsində Ərəblər, ilkindi vaxtının uğursuzluğuna hökm etmişlər və əslində özlərində olan pisliyi, ilkindi vaxtına yükləmişlərdi. İşdə Allah (c. c.) bu vaxta and içərək, insanlara onun, Allah`ın (c. c.) yaratdığı şərəfli bir varlıq olduğunu ifadə etmişdir.

Üçüncü görüşə görə, "Əsr" ilkindi namazı deməkdir. Buna dəlil olaraq Bəqərə Surəsinin 238. ayəsində keçən "və, ...orta namaza (ilkindi namazına) da davam edin." əmri göstərilməkdədir. Hz. Hafsa'nın(Allah ondan razı olsun)  Mushaf'ında bu ayənin şərhi "ilkindi namazına (salat il-Asri)" şəklində keçməkdədir. Peyğəmbər Əfəndimiz(s. a. v) bir hədisində

"İlkindi namazını qılmayan kimsə, sanki uşaqlarını və malını-mülkünü itirmişdir." buyurmuşdur. (Buxari, Məvakit, 14; Müslim, Məsacid, 200, 201).

İlkindi namazı, gündüz vaxtı qılınan ən son namaz olması etibarı ilə də çox qiymətli bir namazdır. Elə buna görə də Allah (c. c.) ona and içmişdir.

Dördüncü və son görüşə görə "Əsr", Peyğəmbər Əfəndimizin yaşadığı zaman dilimidir. Zaman, Hz. Adəm`dən Hz. Musa`ya qədər ilk əsrlər, Hz. Musa`dan Hz. Peyğəmbərə qədər orta əsrlər, Hz. Peyğəmbərdən sonra isə son əsrlər (axır zaman) olaraq üçə ayrılmışdır. Hz. Peyğəmbərlə birlikdə İslam bütün insanlara və cinlərə, onları qaranlıqlardan aydınlıqlara çıxarmaq üçün göndərilmiş, vəhy son dəfə enmişdir. Və Allah (c. c.),

"Siz insanlar üçün çıxarılmış ən xeyirli bir ümmət oldunuz." (Âl-i İmran, 3/110)

buyuraraq, Peyğəmbərimizin ümmətini övmüşdür. Elə buna görə də, Allah (c. c.) Peyğəmbər əfəndimizin yaşadığı zamana and içmişdir.

Nəticə olaraq "Əsr" kəliməsi, müxtəlif mənalara gələn müştərək bir ləfzdir. Və bunlardan birinə istiqamətli qəti bir ipucu yoxdur. O halda "Əsr" ə bu mənaların hamısı aid ola bilər.

 

Qaynaqlar:

Və'l-Əsr Təfsiri - Ahməd Hamdi Aksəki

Təfsiri Kəbir - Fahruddin Ər-Razi

Haqq Dini Qur'an Dili - Elmalılı Hamdi Yazır.

Safvet üt təfasir - Muhamməd Ali Əssabuni



05-05-2014 12:44:41