Qur`anda beş vaxt namaz əmr olunub, vitr namazı yoxdur?


Və aleykumussalam.
Vitr namazını qılmaq üçün sadəcə 5 dəqiqə vaxt lazımdır.
Qur`an-i Kərimdə namazın necə qılnma qaydası da yoxdu, bəs onu hardan öyrənmişik, əlbətdə ki, Qur`an`ı ilk təfsir edib onu açıqlayan Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm`dən. Vitr də onu kimi.
Vitr namazı Qur'an'da keçməməkdədir. Amma bu təfsirdə vitrə işarə olunduğu da qeyd olunub. Vitr namazı haqqında müxtəlif hədislər mövcuddur. Bəzisinin Tərcüməsi belədir:
"Ey Qur'an əhli, vitr namazını qılın! Çünki Allah təkdir, tək'i sevər" (Buxârî, Dəavat, 69; Müslim, Zikr, 5-6; Nəsâî, Qıyamul-Leyl, 27; Tirmizî, Vitr, 2 Əbu Davud, Vitr, 1).
"Üç şey vardır ki, mənə fərzdir. Lakin sizə fərz deyil. Quşluq namazı, qurban namazı və vitr namazı" (əz-Zeylai, Nasbu'r-Raye, II, 105).
“Allah sizə bir namazı daha artıqdan əlavə etmişdir. Bu namaz da vitr namazıdır. Vitr namazını, işa ilə sübh vaxtı doğulana qədər keçən zaman içində qılın" (Əhməd b. Hənbəl, əl-Müsnəd, 180, 206, 208; V, 242; VI, 7).
"Vitr haqqdır. Beş rükət ilə vitr namazını qılmaq istəyən, qılsın. Üç rükət ilə qılmaq istəyən, qılsın və tək rükət ilə qılmaq istəyən, yenə qılsın" (Nəsâî, Qıyamul-Leyl, 40; Əbu Dâvud , Vitr, 3; İbn Mâcə, İqamə, 123).
Hz. Aişə anamız (r.an); "Hz. Peyğəmbər üç rükət ilə vitr qılar və üç rükətin sonunda salam verərdi" demişdir (əz-Zeylai, Nasbu'r-Raye, II, 118). İbn Ömər və İbn Abbas da; "Vitr namazı, gecənin sonunda qılınan bir rükətdir" demişlər (Müslim, Müsâfirûn, 153; Əbu Davud, Vitr, 3; Nəsəi, Qıyamul-Leyl, 34).
Əbu Hənifə yuxarıdakı hədislərə əsaslanaraq, vitr namazını bayram namazları kimi vacib olaraq qəbul etmişdir. Əbu Yusuf, İmam Muhəmməd və digər üç məzhəb imamlarına görə isə, vitr namazı müəkkəd sünnədir.
Hənəfilərə görə vitr namazı üç rükətdir və sonunda salam verilər. Dəlil olaraq da, Hz. Aişə'nin rəvayət etdiyi hədisi göstərirlər. Malikilərə görə vitr namazı bir rükətdir. Ondan öncə işanın fərzindən sonra qılınan iki rükət sünnə var. Bunların arası salam ilə ayrılır. Hənbəlilərə görə də, vitr namazı bir rükətdir. Lakin üç və ya daha çox rükət olaraq da qılına bilər. Şafiilərə görə vitr namazının ən azı bir rükət, ən çoxu on bir rükətdir. Bir rükətdən çox qılınacaqsa, öncə iki rükətə niyyət edilir və sonunda salam verilər. Sonra vitr namazının bir rükətinə niyyət edilir və sonunda salam verilər (əl-Kasani, Bedaius Sanai 'Beyrut, 1974, I, 270 vd .; əz-Zuhayli, əl-Fıkhu'l-İslâmî və Edilletuhu, Dəməşq, 1984, I, 820 ).
Düğüme özel
- Tahiyyətul məscid namazı nə vaxt qılınır? Zəval vaxtında tahiyyətul məscid namazı qılmaq olarmı?
- Üzrlü kimsə necə dəstəmaz alıb namaz qılar, cümə namazı üçün nə vaxt dəstəmaz alar?
- Qəza namazına necə niyyət edilir? Neçə vaxt namazım qəzaya qalmış bilmirəmsə nə etməm lazımdır ?
- Namazlar Hansı Vaxtlarda Qılınır?
- Namazı tərk edənin axirətdəki cəzası nədir? Namazı vaxtın sonlarına doğru gecikdirmənin bir cəzası var mıdır?
Üzv olmaq istəyirsinizsə Bura basın.
Əgər üzv deyilsinizsə Bura basın.