Ana səhifə

Quranda hər şey açıq aşkar olduğu halda, nə üçün Quranı anlamaq üçün təfsir kitabları oxunur?


YazdırSend to friend
Sual Detayı: 
Quran ayələrinin ən qəti dəlillərlə dəstəkləndiyi, gözəlcə açıqlandığı, bundan məqsədin də başqasına qul olmamaq, ibadət etməmək olduğu bildirilərkən nə səbəbə təfsir kitabları oxuyuruq? ..
Cavab: 

     Quran və hədislərdə onlarla yerdə elmin dəyərinə, alimin qiymətinə, elm öyrətməyin və öyrənməyin fəzilətinə diqqət çəildildiyi halda, müəllim və tələbəni qarşı-qarşıya gətirmək, tələbəni müəllimin qulu, köləsi olaraq qəbul etmək çox yersiz bir düşüncədir.

    Allahın sonsuz elminin bir təzahürü olan Quran bilgisini, alim-cahil hər kəsin anlaya biləcəyi bir kitab olaraq görmək sizə də qəribə gəlmir mi? Aşağıda tərcümələri verilən ayələr bu mövzuda əhəmiyyətli bir ölçünü bizə verməkdədir:

     "Halbuki onların (birdən çox mənaya işarə edən mütəşabih ayələrin) həqiqətini, gerçək şərhini Allahdan başqası bilməz. Elmdə qüvvətli olanlar isə: "Biz ona olduğu kimi iman gətirdik. Hamısı də Rəbbimizin qatından gəlmişdir." deyərlər. "(Ali-İmran, 3/7).

     Bununla yanaşı, alimlərin önəmli bir qisiminin qəbul etdiyi mənaya görə, ayənin tərcüməsi belədir:

    "Halbuki onların (birdən çox mənaya işarə edən mütəşabih ayələrin) həqiqətini, gerçək şərhini Allah`danElmdə dərinləşənlərdən başqası  bilməz." (bax. Təbəri, Razi, Qurtubi, əlaqədar ayənin təfsiri).

     Hər iki şərhə görə də əgər hər kəs eyni şəkildə hər şeyi bilirsə, "Elmdə dərinləşənlər" ifadəsinin nə mənası var?

     "Məhz bəzi həqiqətləri izah etmək üçün, biz bu cür misallar gətiririk, amma bunları ancaq alimlər anlayar." (Ənkəbut, 29/43).

     "Rəsulum! De ki: Heç bilənlərlə bilməyənlər bir olarmı? Doğrusu ağıl sahibləri, ancaq bunları layiqincə düşünər." (Zumər, 39/9).

     "Ən xeyirliniz Quranı öyrənən və öyrədəndir." (Kənzul-ummal, h. No: 2351-2354)

mənasındakı hədislər də alim ilə alim olmayanları ayırmaqdadır.

    - Hər şeydən əvvəl burada, Qur`anın Açıq-Aydın Olmasının Ölçüsünü araşdırmaqda fayda vardır.

     Əvvəla Quranda yer alan  müzakirə mövzusu "təfsili / açıqlıq / açıq-aydın / açıqlama" dən məqsəd, hər kəsin hər mövzunu tək başına anlaya biləcək aydınlıqda olduğunu düşünmək mümkün deyildir. Belə bir anlayış, praktikadakı reallıqlarla açıqca ziddiyyət təşkil etməkdədir. Çünki yüz minlərlə təfsirin varlığına baxmayaraq, yenə də Quranın bütün sirlərinin tamamilə anlaşılamadığı, inkar edilə bilməz bir gerçəkdir.

     Qur`an-ı Hakimin gün keçdikcə yeni-yeni həqiqətlərə mənbə olması, sanki zamanın qocalması nisbətində Qur'anın əhatə olaraq gəncləşməsi və müxtəlif həqiqətləri həmsöhbətlərinə bildirməsi; bu qədər inkişaf edən elmi təcrübələrə baxmayaraq, hələ tədqiqatçılar tərəfindən hər gün Quran-ı Kərimdə şərhə və araşdırmağa möhtac yeni bakir sahələrin kəşf edilməsi, söz mövzusu "açıqlıq" anlayışının zənn edildiyi qədər açıq olmadığını, əksinə başqa mənalarının olduğunu göstərməkdədir.

     Bunları tək-tək qeyd  etmək, belə bir sual-cavab həcminə sığdırmaq mümkün görünmür. Bu səbəblə ümumi bir yanaşma tərzini təmin edəcək bir neçə nöqtəyə diqqət çəkməkdə fayda vardır:

    a. Quranın, "ayələri açıqlanmış kitab" olaraq dəyərləndirilməsi, onun hər kəs tərəfindən bilinəbiləcəyi deyil, mövzuların Allah tərəfindən gərçəyə uyğun olaraq açıqlandığını ifadə etməkdədir.

   b. Məşhur təbirlə və daha doğru variantıyla: "həm Ərəbcə həm də Râbça" olan Quran ayələrinin açıqlığı da Rabçadır. Əgər elə olmasaydı, ərəb dilini bilən hər kəsin bir allamə; bir Zəmahşəri, Sekkâkî, Fəxrəddin Razi, Qazı Beydavi vs. olması lazım idi.

   c. "Şübhəsiz ki, biz onlara, inanan bir toplum üçün yol göstərici və rəhmət olaraq, elm üzrə açıqladığımız bir kitab gətirdik." (Əraf, 7/52)

   ayəsində göstərildiyi kimi, Qurandakı bu "açıqlama" işi, elmi qaydalara bağlı olaraq edilmişdir. Onların bilinməsi isə elmi təcrübəyə, elmi bazaya möhtacdır. Hər dövrdə bir sıra yeni şərhlərin gətirilməsi, fərqli bilgi təcrübəsinin bir təzahürüdür.

    d. İndi bu ayəyə baxaq

"Biz, gecəni və gündüzü bir ayət (dəlil) olaraq yaratdıq. Necəki,Rəbbinizin nemətlərini araşdırmanız, ayrıca illərin sayı və hesabını bilməyiniz üçün gecənin qaranlığını silib (yerinə əşyanı) gündüzün işığını gətirdik. Biz hər şeyi açıq aydın izah etdik." (Əl-İsra, , 17/12)

   Bəli biz iman edirik ki, Allah Quranda bu mövzu da daxil hər şeyi açıq aşkar izah etmişdir. Ancaq biz bir şeyə daha iman edirik; o da budur: Bu ayədə söz mövzusu edilən və açıqlanmış olduğu ifadə edilən xüsusları, -etiraf etməliyik ki, bir parça Astronomiya və coğrafiya məlumatımıza baxmayaraq- tamamilə anlaya bilmirik. Deməli, "açıqlıq" anlayışı, fərqli təbəqələrə fərqli bir ölçüsü ilə görünməkdədir. Normal bir vətəndaş, ilin aylarını və günlərini sayaraq, bir təqvim daxilində intizamlı bir həyata davam edə bilər. Ancaq mütəxəssis bir elm adamı bu mövzuda çox fərqli şeylər bilər və Allahın o heyrət verici sənəti və əzəməti qarşısında səcdə edə bilər.

    e. Quranın bir çox ayəsində elmə və elm sahiblərinə xüsusi bir əhəmiyyət verilmişdir. Halbuki, əgər bilənlərlə bilməyənlər Quranı anlamaqda eyni səviyyədədirlərsə, elmin heç bir dəyəri olmayacaq. Bu isə boş bir sözdür. Demək Quranın bilən kəslər tərəfindən açıqlanmağa ehtiyacı vardır.(daha doğrusu bizim ehtiyacamız var)

     Bundan başqa, bir çox dini məsələni hər kəsin bilib həll edə bilməyəcəyi bir həqiqətdir və bu çox təbiidir. Başa düşülməsi çətin bir çox müşkülü ancaq müctəhidlər, alimlər həll edə bilər.

    Demək ki Quranın açıq bir bəyana sahib olması, hər yerindən duranın anlayacağı tərzdə olduğu mənasına gəlməz. Quranın açıq ifadəsiylə Hz. Muhəmmədin (sallallahu aleyhi və səlləm) təbliğdən başqa bir vəzifəsi də Təbyin/ Quranı açıqlamaq olması, bu gerçəyin açıq göstəricisidir. Tarix boyunca, İslam alimləri Hz. Peyğəmbərin təbliğ vəzifəsini icra etdikləri kimi, tebyin / şərh vəzifəsini də davam etdirmişlər.



10-12-2016 11:30:50