Ana səhifə

Qur'anda keçən "şübhə" və "mutmain ola bilməmək" eyni şeydirmi?


YazdırSend to friend
Sual Detayı: 
Qur'anda keçən "şübhə" və "mutmain ola bilməmək" eyni şey ola bilərmi?
Cavab: 

    Şübhə ilə mutmain ola bilməmək fərqli qavramlardı. İmanda şübhə olmaz. Ancaq bir mömin bəzi mövzularda mutmain olmaya bilər. Bunun iman və İslamiyyət'inə bir zərəri olmaz. Bununla yanaşı mutmain olmaq üçün də çalışması lazımdır.

   Şübhə

  "Rayb" olaraq keçən kəlmə, şübhə, tərəddüd, qorxu, zehini sarsıntı, əndişə mənalarına gəlir.

 Bəqərə surəsi 2-ci ayəsində Qur'an'da heç bir raybin olmadığı bildirilmişdir:

"Məhz o Kitab; özündə heç şübhə yoxdur; müttəqilər üçün yol göstəricidir."

   Şübhə isə iki şeyin bir-birinə çox bənzəməsindən dolayı zehinin seçim edə bilməməsi halıdır. Bu baxımdan dəqiqlik ifadə edə bilməyən elmin qarşısında gəlməkdədir. Şəkk də eyni şəkildə elmin qarşısında olub ziddiyyəti ifadə edər.

bir də: "Həqiqətən, biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!"– dediklərinə görə lənətə düçar edildilər. Halbuki onu nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara ancaq İsanın bənzəri göstərildi. Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların, zənnə uymaqdan başqa heç bir məlumatı (مِنْ عِلْمٍ) yoxdur. Onlar onu öldürdüklərinə yəqinliklə əmin deyillər. (Nisa, 4/157)

   Qur'ân isə, əsla şəkk və şübhələrə yer verməz. İnsanların şübhələri, ancaq onların qəlblərinin xəstəliyindən və fitrətlərinin pozulmasından irəli gəlir. Bəli, gözləri xəstə olanlar, günəşin işığını inkar edərlər; ağızları acı olanlar, şirin suya acı deyərlər. (bax. Nursi İşaratül-i'caz, 178)

   Qur'an'da keçən "rayb" kəliməsi, bütün mənaları ilə mənfi, yəni yararsız, heç bir faydalı nəticəyə aparmayan bir şübhə qəbul edildiyindən, elmi şübhə və əxlaqi şübhə deyə bir-birindən ayrıla biləcək olan şübhə və günahlandırma hallarının ikisi də ortadan qaldırılmış və iki yöndən də qəti olaraq isbatlamaqla kitabın mükəmməlliyi açıqlanmışdır. (Elmalılı, Haqq Dini, əlaqədar ayənin təfsiri)

    Qəlbin Təmin və Mutmain Olması

   İtminan, lüğətdə çətinlikdən sükunətə, qarışıqlıqdan nizama çıxmaq, sakit və bərqərar olmaq, bir şey və ya bir kimsəyə etimad etmək, qəlb bağlamaqla güvənmək və onunla hüzura çatmaq kimi mənalara gəlir.

   "İtminan" kəliməsi ayələrdə;

   - İmandan sonra qəlbdəki yaranan güvən (Bəqərə, 2/260);

   - Bir xəbərin doğruluğunu qəti bir məlumat (elm) ilə təsdiq edərək könüldən təslimiyyəti təmin etmək (Ali-İmran, 3/126; Ənfal, 8/10);

- Qeyri-adi bəzi hadisələr və möcüzələr sayəsində qəlblərdə hasil olan sükunət (Maidə, 5/113);

- Qorxduğundan əmin olmaq (Nisa, 4/103); əmin-amanlıq diyarı (Nəhl, 16/112);

- Din mövzusunda inkara məcbur edilən və bu ikrah sonunda küfr sayılan sözlər söyləyən kimsənin möhkəm imana sahib könülü (Nəhl, 16/106);

- qəlblərin zikrlə doyuması, könül bütövlüyünü qazanması (Rad, 13/28);

- ilmə'l-yəqindən aynə'l-yəqinə yüksələrək doymuşluğa çatan nəfs (Fəcr, 89/27)

   kimi mənalara gəlməkdədir.

   Hədislərdə "itminan", Qur'an'daki mənasıyla istifadə edilməklə yanaşı, bədəni və zahirî sükunət olaraq da istifadə edilmişdir. Necə ki rükudan qalxdıqdan sonra səcdəyə getmədən, ayaq üstə bir müddət gözləyərək edilən tədili ərkanın sifəti da itminan ya da tuma'nînədir.

   Yaxşılıq (birr) hədislərdə "nəfs və qəlbin itminan tapdığı; yəni tərəddüdsüz və şəksiz qəbul etdiyi şey "olaraq təsvir edilməkdədir. (Müsnəd, 5/194).

   Zikr, iman, yaxşılıq və doğruluq kimi qavramlarla yanaşı istifadə edilən və varlığı onların varlığına bağlı görülən "itminan duyğusu", qəlbdə hər cür vəsvəsə, şübhə və vəhimlərin yox olduğu, təsirli və dərin bir hüzur halı deməkdir. Necə ki Peyğəmbərimiz (s.ə.s.) doğruluq və yalanı təsvir edərkən də itminan ya da tuma'nînə qavramlarını bir ölçü olaraq verməkdədir:

"Doğruluq bir itminan və hüzur halıdır. Yalan və yalançılıq isə bir şübhə və sıxıntı halıdır." (Tirmizi, Qiyamə, 60; Müsnəd, 1/200)

   İtminan, yerləşib sabitləşmək mənasına gəldiyinə görə, heç bir şübhəyə yer verməyəcək bir şəkildə Haqqa inanmaq zövqünə çatmaq deməkdir. "Qəlbləri bomboş" (İbrahim, 14/43) ayəsində ifadə edildiyi kimi, könülləri boş, həva və həvəslərinə qapılmış kəslərin qəlb və vicdanları bu duyğunu dadmaya bilər. İman və saleh əməl xüsusiyyətinə sahib təmiz qəlblər isə, bütün insan cəmiyyətlərinin ən gözəli sayılır.

   İtminan qəlblərin qəzaya razılıq, bəla və müsibətlərə səbr, ixlas, təqva və sükunətə çatmaq surətiylə yatışmasıdır,rahatlamasıdır. Çünki,

  "Allah təqva əhli və ehsan sahibləriylə bərabərdir." (Nəhl, 16/28)

  "Allah səbr edənlərlə bərabərdir." (Bəqərə, 2/153)

   buyurulmuşdur. Bu cür itminan, Allah'a itaət və ibadətə bağlıdır. İtaət və ibadətlərdə meydana gələ biləcək bir qüsur, onu azaldar.

   Ümumiləşdrəsi olsaq, İslam, iman, itminan və nəhayət ehsan, ardarda imanda və qəlb həyatında mənəvi yüksəklik göstərməkdədir. İslam, dil ilə iqrarın; iman, qəlb ilə təsdiqin; itminan, qəlbin imanla hüzur və sükunət meydana gətirməsinin; ehsan isə, bütün bunların Allah'ı görürmüşcəsinə bir duyğuyla həyata əks olunmasının ifadəsidir. Buna görə qəlblərin mutmain olması, İslamî həyatı ruhanî dərinliyi ilə yaşamağın təməl şərtidir.



06-03-2017 06:14:59