Ana səhifə

Quranda niyə "Allah buyurdu", "Allah dedi" kimi ifadələr var?


YazdırSend to friend
Sual Detayı: 
Quranda niyə "Allah buyurdu", "Allah dedi" kimi ifadələr var?
Cavab: 

Qurani Kərim Allah tərəfindən Peyğəmbərimiz Hz. Məhəmməd (s.ə.s.)ə vəhy yoluyla endirilən son ilahi kitab olub Allahın sözü/kəlamı olaraq qəbul edilir. Beləliklə hər müsəlmanın Quranın Allahın kəlamı olduğuna inanması lazımdır.

Bunun üçün Quranda Allahın hər şeyin yaradıcısı olduğu vurğulandığı kimi, Qurani Kərimin də Allah tərəfindən endirilmiş olduğu vurğulanar. Bu səbəbdən Allahın buyurması və söyləməsindən məqsəd Quranda zikr edilən ayələr yəni Allahın buyruqları, hökmləri, əmr və qadağanlarıdır.

Quranda "Mən-Biz " müraciətlərindən istifadə edildiyi kimi, Allah və digər adları da istifadə edilməkdədir. İnsanlar, Allahın mahiyyətini bilə bilməzlər. Onun ad və sifətlər kimi ünvanlarla tanıyarlar. Allah ləfzə-i cəlal, bütün ad, sifət və ünvanları içinə alan əhatəli bir ismi-əzamdır. Sözgəlişi, Xaliq deyildiyi zaman, yaradıcı, qafur deyildiyi zaman bağışlayan, Rəzzaq deyildiyi zaman ruzi verən ağla gəlir. Halbuki Allah deyildiyi zaman həm Rəzzaq, həm Qafur, həm Xaliq kimi bütün ad və sifətləri  ağla gəlir. Bu səbəblə Allah ləfzə-i cəlal Quranda iki min dəfə zikr edilmişdir. İnsanlar ancaq Allah ləfzə-i cəlalın pəncərəsindən onun ad, sifət və şəxsi adını mülahizə edə bilərlər. Bu mülahizəni zehinlərə yerləşdirmək üçün bu ad tez-tez nəzərə verilməkdədir.  Bu adın üçüncü tək şəxs kimi istifadə edilməsi ayrıca böyüklüyü də ifadə etməkdədir.


http://www.sorularlaislamiyet.com/index.php?s=show_qna&id=34087



19-08-2010 02:55:08

Düğüme özel