Ana səhifə

Quranda niyə deyilir ki, "bəlkə bağışlanarsınız"?


YazdırSend to friend
Sual Detayı: 
Quranda niyə deyilir ki, "bəlkə bağışlanarsınız"?
Cavab: 

Gələcəyin pərdəli olmasının hikməti, insanların qorxu və ümid arasında bir tarazlıqda olmalarını təmin etməkdir. Çünki insan ancaq bu iki halı tarazlıqda tutmaqla, istiqamətli bir həyat yaşaya bilər. Etdiyi ibadətlərlə cənnəti qazanacağını görən bir mömin, qürura düşə bilər. Günahlar içində ömür keçirən biri, aqibətinin cəhənnəm olduğunu görsə, "necə olsa batdıq" deyib, tamamilə günahlara dala bilər.
Halbuki gələcəyin pərdəli olması, birinci adamı qürurdan, ikinci adamı da ümidsizlikdən qurtarar. Çünki ibadət içində ömür keçirən biri qürura düşsə, böyük zərərə uğrayacağı kimi, günahlara batan biri, səmimi bir tövbəylə həyatının son günündə belə olsa xilas ola bilər.
Qurani Kərimdəki "Allahdan qorxun, olar ki rəhmətinə məzhər olarsınız" (Ənam, 155) şəklindəki ayələrdə belə bir incəlik vardır. Bu kimi ayələrdəki (olar ki, ümid edilər ki, bəlkə) Quran oxuyanlar üçün "təracci" ifadə edər. Yəni, "belə etdikdə ilahi rəhmətə nail olmağı ümid edə bilərsiniz, amma qətilik duyğusuna qapılmayın!" şəklində bir dərs verər.



09-10-2010 09:10:49