Ana səhifə

Quranda qəza namazi deyilən şey yoxdu, əmr olunmayıb kı namazı vaxtında qılmadın qəza et ,bu düzdür?


YazdırSend to friend
Sual Detayı: 
salam.onceki suallarimi cavablandirdiginiz ucun evvela size teshekkur edirem Allah razi olsun lakin bir sualim var qeza namazi deyilene gore Quranda yoxdu Peygemberimiz bir zaman namazi qezaya saxlamaish vaxtinda qilmayib qeza etdiyi ucun bizde onun yolundan gedib vaxtinda qila bilmediyimize qeza deyirik. indi bezi insanlar mene deyirlerki qeza namazlarin vacib deyil esas ferzleri qil cunki Quranda qeza namazi deyilen shey yoxdu emr olunmayibki namazi vaxtinda qilmadin qeza et bu duzdur?
Cavab: 

Namazı bilərək qəzaya buraxmaq əlbəttə doğru olmaz. Ən gözəl namaz vaxtında qılınan namazdır. Ancaq bu "qəza namazı qılınmaz" mansına gəlməz. Çünki şəxsən Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) əldə olmayan səbəblərlə qəzaya qalan namazları qılmışdır.

Qəzaya qalan namazarı qılmaq fərzdir. Dörd məzhəbə görə də qəzaya qalan namazların qılınması lazımdır.

Namaz hər Müsəlman üzərinə fərz olan bir borcdur. Aldığımız bir pulu zamanında ödəmək lazımdır. Ancaq gecikdirincə ayıb olur isə də yenə də ödəmək və üzr istəmək lazım olacaq. Bunu kimi namaz borclarımızı zamanında ödəmək lazım idi. Ancaq bəzi səbəblərlə gecikmişsə onun üçün Allahdan üzr istəyib qalan borc namazlarımızı ödəməmiz lazımdır.

Namaz borcu ancaq namaz qılmaqla ödənər. Onun başqa bir ödəmə  şəkli yoxdur.

http://www.suallarlaislam.com/index.php?s=show_qna&id=3393



26-03-2014 07:01:02