Ana səhifə

Quranı Kərimdə Hz. İsanın axırzamanda gələcəyi niyə açıq ifadə edilməmişdir?


YazdırSend to friend
Sual Detayı: 
Quranı Kərimdə Hz. İsanın axırzamanda gələcəyi niyə açıq ifadə edilməmişdir?
Cavab: 

Quranı Kərimdə Hz. İsanın qiyamətdən əvvəl təkrar dünyaya gələcəyi bir çox ayədə açıq ifadə edilmişdir.

 

Qurandan Dəlillər

 

I. Dəlil

 

"... sənə tabe olanları qiyamətə qədər inkara düşənlərin üstünə keçirəcəyəm..."

Hz. İsanın ikinci dəfə dünyaya gələcəyinə dair işarələr daşıyan ayələrdən ilki Al-İmran Surəsinin 55-ci ayəsidir:

O vaxt Allah buyurdu: “Ya İsa, həqiqətən, Mən sənin ömrünü tamam edib Öz dərgahıma qaldırıram, səni kafirlərdən pak edərəm (tərtəmiz ayıraram). Sənə iman gətirənləri qiyamət gününə qədər kafirlərə qalib edərəm. Sonra isə Mənim hüzuruma qayıdacaqsınız. O zaman ixtilaf etdiyiniz məsələlər barəsində aranızda Mən hökm verəcəyəm! (Al-İmran Surəsi, 55)

 

Allah qiyamətə qədər inkar edənlərə üstün gələn və Hz. İsaya həqiqətən tabe olan bir qrupun varlığından danışmaqdadır. Hz. İsa həyatda ikən ona tabe olanların sayı çox az idi. Və onun Allah Qatına yüksəlişinin ardından da sürətlə dində degenerasiya başladı. Sonrakı iki əsr boyunca da, Hz. İsaya iman edənlər (İsəvilər) şiddətli təzyiqlərə məruz qaldılar. Üstəlik İsəvilərin heç bir siyasi gücü də yox idi. Bu vəziyyətdə keçmişdə yaşayan Xristianların, inkar edənlərə üstün gəldiklərini və bu ayənin onlara baxdığını söyləyə bilmərik.

 

II. Dəlil

"... ölmədən əvvəl ona inanmayacaq kimsə yoxdur..."

Nisa Surəsinin 156-158-ci ayələrinin arxasından Allah, 159-cu ayədə belə buyurmaqdadır:

And olsun, Kitab Əhlindən, ölmədən əvvəl ona inanmayacaq kimsə yoxdur. Qiyamət günü, o da onların əleyhinə şahid olacaq. (Nisa Surəsi, 159)

 

Yuxarıdakı ayədə iştirak edən "ölmədən əvvəl ona inanmayacaq kimsə yoxdur" ifadəsi olduqca diqqət çəkicidir.

 

Burada bəzi təfsirçilər "o" əvəzliyinin Hz. İsa yerinə Qurana baxdığını düşünmüşlər və ayəyə Kitab Əhlinin ölmədən Qurana iman edəcəyi şəklində bir şərhdə olmuşlar. Halbuki bu ayə əvvəlindəki iki ayədə də "o" əvəzliyi müzakirəsiz bir şəkildə Hz. İsa üçün istifadə edilmişdir:

 

Nisa Surəsi, 157-ci ayə:

Və: "Biz, Allahın Elçisi Məryəm oğulu Məsih İsanı həqiqətən öldürdük" demələri səbəbiylə də (onlara belə bir cəza verdik.) Halbuki onu öldürmədilər və onu asmadılar. Amma onlara (onun) bənzəri göstərildi. Həqiqətən onun haqqında anlaşılmazlığa düşənlər, qəti bir şübhə içindədirlər. Onların bir zənnə uyğun gəlməkdən başqa buna bağlı heç bir məlumatları yoxdur. Onu qəti olaraq öldürmədilər.

 

Nisa Surəsi, 158-ci ayə:

Xeyr; Allah onu Özünə yüksəltdi. Allah üstün və güclüdür, hökm və hikmət sahibidir.

Bu ayələrin dərhal arxasından gələn ayədə istifadə edilən "o" əvəzliyinin Hz. İsadan başqa bir varlığı nəzərdə tutduğunun heç bir dəlili yoxdur.

 

Nisa Surəsi, 159-cu ayə:

And olsun, Kitab Əhlindən, ölmədən əvvəl ona inanmayacaq kimsə yoxdur. Qiyamət günü, o da onların əleyhinə şahid olacaq.

 

Quran ayələrinə baxdığımızda eyni əvəzliyin, Qurana işarə etdiyi vəziyyətlərdə, (Tarık Surəsi, 13, Təkvir Surəsi, 19, Nəml Surəsi, 77 və Şuəra Surəsi, 192-196da olduğu kimi) ayənin əvvəlində ya da sonrasında mütləq Qurandan bəhs edildiyini görərik. Ayənin əvvəlində, sonrasında və ya ayənin içində Qurandan bəhs edilmirsə, bu ayənin Quranı təsvir etdiyini söyləmək səhv ola bilər. Ayə çox açıq bir şəkildə Hz. İsaya inanılmasından və onun inananlara şahid olmasından bəhs etməkdədir.

 

III. Dəlil

 

"Şübhəsiz o, qiyamət-saatı üçün bir elmdir..."

Hz. İsanın yenidən dünyaya dönəcəyi ilə əlaqədar bir başqa ayə də Zuxruf Surəsinin 61-ci ayəsidir. Bu surənin 57-ci ayəsindən etibarən Hz. İsadan bəhs edilər:

(Ya Rəsulum!) Məryəm oğlu (İsa) misal çəkilincə sənin qövmün sevincdən güldü. (Müşriklərə xitabən: “Siz və Allahdan başqa ibadət etdikləriniz Cəhənnəmdə yanacaq odunsunuz!” ayəsi nazil olduqda, onlar öz cahillikləri üzündən: “Yəhudilər Üzeyrə, xaçpərəstlər İsaya, Bəni Məlih qəbiləsi mələklərə ibadət edirlər. Əgər bu tanrıların hamısı cəhənnəm odunda yanacaqsa, biz də öz bütlərimizin odda yanmasına razıyıq!” – deyə sevindilər). Onlar dedilər: “Bizim tanrılarımız yaxşıdır, yoxsa o (İsa)?!” Onlar bunu sənə yalnız (səninlə) mübahisə etmək (çənə-boğaz olmaq) xatirinə dedilər. Şübhəsiz ki, onlar höcətləşən (çənə-boğaz olan) bir qövmdürlər! O (Məryəm oğlu İsa) ancaq nemət (peyğəmbərlik) verdiyimiz və (Allahın qüdrəti ilə atasız yaradıldığı üçün) İsrail oğullarına örnək (ibrət) etdiyimiz bir bəndədir. Əgər istəsəydik, yer üzündə sizin əvəzinizə mələklər yaradardıq (onlar da Bizə ibadət edərdilər). (Zuxruf Surəsi, 57-60)

 

Bu ayələrin dərhal arxasından gələn 61-ci ayədə Hz. İsanın qiyamət saatı üçün bir əlamət olduğu ifadə edilməkdədir:

Şübhəsiz ki, o, (İsanın zühuru) qiyamət saatı üçün bir əlamətdir. Ona (qiyamətə) şəkk etməyin və Mənə tabe olun. Bu, doğru yoldur! (Zuxruf Surəsi, 61)

 

Bu ayənin Hz. İsanın axır zamanda dünyaya dönüşünə açıq bir işarə daşıdığını söyləyə bilərik. Çünki Hz. İsa, Quranın endirilişindən təxminən altı əsr əvvəl yaşamışdır. Bu səbəbdən bu ilk həyatını "qiyamət saatı üçün bir əlamət" yəni bir qiyamət əlaməti olaraq anlaya bilmərik. Ayənin işarə etdiyi məna, Hz. İsanın, axır zamanda, yəni qiyamətdən əvvəlki son zaman dilimində yenidən dünyaya dönəcəyi və bunun da bir qiyamət əlaməti olacağıdır. (Ən doğrusunu Allah bilər.)

 

 

IV. Dəlil

 

"... Ona Kitabı, hikməti, Tövratı və İncili öyrədəcək..."

Hz. İsanın ikinci gəlişinə işarə edən başqa ayələr də belədir:

Mələklər dedilər: “Ya Məryəm! Həqiqətən, Allah Öz tərəfindən bir kəlmə ilə sənə müjdə verir. Onun adı Məryəm oğlu İsa əl-Məsihdir ki, dünyada və axirətdə şanı uca (şərəfli) və (Allaha) yaxın olanlardandır. O, (həm) beşikdə ikən, (həm də) yaşa dolduqdan sonra insanlarla danışacaq və salehlərdən (xeyirli iş görən şəxslərdən) olacaqdır”. (Məryəm: ) “Ey Rəbbim! Mənə bir insan əli toxunmadığı halda necə uşağım ola bilər?” – dedikdə, (Allah) buyurdu: “(Bəli) elədir, (lakin) Allah istədiyini yaradır. O, bir işin əmələ gəlməsini qərara aldıqda, ona ancaq “Ol!” deyər, o da (dərhal) olar. (Allah) ona (İsaya) yazmağı, hikməti, Tövratı və İncili öyrədəcək. (Al-İmran Surəsi, 45-48)

 

Ayədə, Allahın Hz. İsaya, Tövratı, İncili və bir də "Kitabı" öyrədəcəyi xəbər verilməkdədir. Bu kitabın hansı kitab olduğu şübhəsiz əhəmiyyətlidir. Eyni ifadə Maidə Surəsinin 110-cu ayəsində də iştirak etməkdədir:

Allah belə deyəcək: "Ey Məryəm oğlu İsa, sənə və anana olan nemətimi xatırla. Mən səni Ruhu'l-Kudüs ilə dəstəklədim, beşikdə ikən də, yetkin ikən də insanlarla danışırdım. Sənə Kitabı, hikməti, Tövratı və İncili öyrətdim..." (Maidə Surəsi, 110)

 

Hər iki ayədə də keçən "Kitab" ifadəsini araşdırdığımızda, bunun Qurana işarə etdiyini görərik. Ayələrdə Tövrat və İncil xaricində göndərilən son haqq kitabın Quran olduğu bildirilməkdədir. (Hz. Davuda verilən Zəbur da Köhnə Əhdin içindədir) Bunun yanında, Quranın başqa ayələrində, "Kitab" sözü, İncil və Tövratın yanında Quranı ifadə etmək üçün istifadə edilmişdir:

Allah... Ondan başqa İlah yoxdur. Diridir, qaimdir. O, sənə Kitabı Haqq və özündən əvvəlkiləri təsdiqləyici olaraq endirdi. O, Tövrat və İncili də endirmişdi. (Al-İmran Surəsi, 2-3)

 

Bu vəziyyətdə, Hz. İsaya öyrədiləcək olan üçüncü "Kitab"ın Quran olduğunu və bunun da ancaq Hz. İsanın axır zamanda dünyaya dönüşündə mümkün ola biləcəyini düşünə bilərik. Çünki Hz. İsa Quranın endirilməsindən təxminən 600 il əvvəl yaşamışdı. Bir az sonra ətraflı olaraq görəcəyimiz kimi, Peyğəmbər Əfəndimiz (s.ə.s.)in hədislərində Hz. İsanın dünyaya ikinci dəfə gəlişində İncil ilə deyil Quranla hökm edəcəyi bildirilməkdədir. Bu da ayədəki mənaya tam olaraq uyğun gəlməkdədir. (Şübhəsiz ən doğrusunu Allah bilər.)

 

V. Dəlil

"Şübhəsiz, Allah Qatında İsanın vəziyyəti, Adəmin vəziyyəti kimidir..." (Al-İmran Surəsi, 59) ayəsi də Hz. İsanın dönüşünə işarə edir ola bilər. Təfsir alimləri ümumiyyətlə bu ayənin hər iki peyğəmbərin də atasız olma xüsusiyyətinə, Hz. Adəmin Allahın "Ol" əmriylə torpaqdan yaradılması ilə Hz. İsanın yenə "Ol" əmriylə atasız doğulmasına işarə etdiyinə diqqət çəkmişlər. Ancaq ayənin ikinci bir işarəsi daha ola bilər. Hz. Adəm cənnətdən necə dünyaya endirildisə, Hz. İsa da axır zamanda Allahın Qatından dünyaya endiriləcək ola bilər. (Ən doğrusunu Allah bilər.) Və dəlillər bu cür sıralana bilər..



26-12-2009 07:18:02

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz