Ana səhifə

Qurban bayramında və iki bayram arasında toy etmək olarmı?


YazdırSend to friend
Sual Detayı: 
əvvla salam Qurban Bayramında toy etmek olarmı?
Cavab: 

Xalq arasında danışılan bəzi məsələlər yarım və səhv başa düşülmüşdür. Bunlardan biri də "İki bayram arasında toy edilməz, nikâh bağlanmaz" düşüncəsidir.

Şərtlər və imkanlar hazır olduğu zaman ilin bütün gün və saatlarında toy edilə bilər, evlənilə bilər, nikâh bağlana bilər. Yəni nikâh üçün müəyyən bir zaman və vaxt yoxdur. "Nikâh bu gün caiz olar, bu gün caiz olmaz" deyə bir şərt yoxdur.

Bu məsələnin əslinə gəlincə, hadisə budur: Bilindiyi üzrə, Ramazan və Qurban kimi illik iki bayramımızla yanaşı bir də həftəlik bayramımız vardır. O da Cümə günü. Yəni Ramazan və ya Qurban Bayramı Cümə gününə rast verər, toy da bu günlərdə edilərsə; bu vaxt nikâh qıyma ilə məşğul olunur da Cümə namazına çatdıra bilməmək kimi bir təhlükə baş verərəsə o saat içində nikâh qıymaq caiz olmaz.

Çünki bu saat içində nikahla məşğul olmaq fərz-ı ayn olan bir ibadətin təryinə səbəb olmaqdadır. Xeyr edək deyərkən, şərə səbəbiyyət verilməkdədir.

Lakin belə bir sıxışıqlığa yol vermədən Cümə namazından bir müddət əvvəl və ya namaz qılındıqdan sonra nikâh edilərsə çox yaxşı olar, bir zərəri da qalmaz.

Onsuz da belə bir hal də çox baş verməməkdərdir. "İki bayram arasında nikâh olmaz" sözünün batil da olsa tarixi bir keçmişi vardır. Xüsusilə bu inanc İslamdan əvvəlki Cahiliyyə Ərəbləri arasında məşhur idi. Onlar Ramazan'dan sonra başlayan Şəvval ayında evlənməyi uğursuz sayar, toylarını başqa bir tarixdə edərdilər. Hər Cahiliyyə adətində olduğu kimi, bu adəti də şəxsən Peyğəmbər Əfəndimiz yıxmış, etibarsız etmişdir. Rəsul-i Əkrəm Əfəndimiz Hz. Aişə anamızla Şəvval ayında nişanlanmış, üç il sonra da yenə Şəvval ayında evlənmişdir. Beləcə iki bayram arası olan Şəvval ayında toy etmək və nikâh qıymaq sünnə olmuşdur. (Müslim, Nikah: 73)

Mənbə: Mehmet Paksu, Qadın, Ailə, Hayat, Nəsil Yayınları



07-09-2014 04:29:47