Ana səhifə

Rəcəb ayında yalnız 1 və 4-cü günlər oruc tutmaq lazımdır? Başqa günlər tutmaq olmaz?


YazdırSend to friend
Sual Detayı: 
Receb ayinda 1 /4gunler tekce oruc tutmaq lazimdi?olmaz bawqa gunler utaq?
Cavab: 

Və aleykum Salam və rahmətullah.

    Rəcəb ayının gün içindəki ən savablı ibadəti, orucdur. Bu oruc nafilə orucdur. Yəni tutulsa savabı vardır. Tutulmazsa bir qorxusu və günahı yoxdur. Sadəcə Allah təalanın verdiyi bu böyük fürsətdən məhrum olarıq. İşin əslinə baxılsa, hədislərdə Peyğəmbərimizin Ramazan ayı xaricindəki orucları nəql edilərkən, onun Hicri ayların 13, 14 və 15`ində oruc tutduğu göstərilər. Bu günlərə də "ağ günlər" mənasında "eyyam-ı bıyd" deyilir.

     Yəni ayın ən parlaq olduğu bütöv ay günləridir. Hətta belə ki, Peyğəmbərimizin bu orucları heç tərk etmədiyi, hər ay tutduğu nəql olunar. Çünki bu günlərdə insan bədənində bəzi psixoloji dəyişmələr olduğu üçün, bu günlərin orucla keçirilməsi tövsiyə edilmişdir. Peyğəmbərimizin hər həftə nafilə olaraq tutduğu bir başqa oruc da Bazar ertəsi və Cümə axşamı günləri oruclarıdır.

    Hz. Âişə Radiyallâhu Anhâ nəql edir: 

“Rəsulullah Sallallâhu Aleyhi Vəsəlləm  Bazar ertəsi və Cümə axşamı günlərində orucla savab axtarardı." (Tirmizî, Savm: 44; Nəsai, Savm: 70; İbni Mâcə, Sıyam: 42)

   Hz. Əbu Hüreyrə Radiyallâhu Anh nəql edir: 

Rəsulullah Sallallâhu Aleyhi Vəsəlləm buyurdular ki: "Əməllər Allah Təâlâya bazar ertəsi və cümə axşamı günləri ərz edilər. Mən də əməlimin oruclu ikən ərz edilməsini istəyirəm." (Tirmizî, Savm: 44)  

    Rəcəb ayı həmişə xalq arasında üç ayların ilk ayı olaraq bilinər və oruc ayları olaraq tanınar, digər aylara nəzərən bu aylarda daha çox oruc tutular. Onsuz da üçüncü ay olan Ramazanda oruc tutmaq fərzdir. Bir yerdə Rəcəb və Şaban ayında tutulan oruclar Ramazana bir hazırlıq və alışma dövrüdür. Bəzi kitablarda Rəcəb ayı orucu ilə əlaqədar müxtəlif hədislər rəvayət edilər. Lakin hədis alimləri bu hədislərin rəvayət zənciri və gəlişi haqqında sağlam məlumat olmadığını söyləyərək diqqətli olunmasını tövsiyə edərlər.
   Ancaq səhih hədis qaynaqlarında Rəcəb ayı orucu haqqında bu iki hədis qeyd edilər. Abdullah ibn Abbas, Peyğəmbərimizin Rəcəb ayı orucunu nəql edərkən bu rəvayəti zikr edər:

 Abbâd ibni Hanif nəql edir:
Sa’id ibni Cübeyr Rahiməhullah`a, Rəcəp ayındakı orucdan sordum. Mənə bu cevabı verdi:
İbni Abbas Radıyallahu Anhümâyı dinlədim, belə demişdi:

“Rəsulullah Sallallâhu Aleyhi Vəsəlləm Rəcəp ayında, bəzi illərdə elə oruc tutardı ki biz, ‘(Deyəsən) heç yeməyəcək (ayın hər günündə tutacaq)’ deyərdik. (Bəzi illərdə də elə) yeyərdi ki biz, ‘(Deyəsən) heç tutmayacaq’ deyərdik.” (Buxari, Savm: 53; Müslim, Siyâm: 179; Əbû Dâvud, Savm 55)

    Bu hədisdə həm bir təşviq var; Rəcəb ayında oruc tutmanın əhəmiyyəti dilə gətirilir. O biri yandan da bu ayda Ramazan ayı kimi dayanmadan, heç ara vermədən oruc tutulmaması tövsiyə edilir. Peyğəmbərimiz hər iki şəkli də tətbiq etmişdir ki, Müsəlmanlar iki seçim arasında sərbəst buraxılmış. İstəyən ara-ara tutar, istəyən daha sıx oruc tutar.

    Mucəsətü’l-Bahilî Radiyallâhu Anh rəvayət edir.

Rəsulullah Sallallâhu Aleyhi Vəsəlləm belə buyurdu:
“Haram aylarından bəzisini tut, bəzisini  burax, haram aylarda tut və burax, haram aylarda tut və burax.”
Bâhilî deyir ki:
“Rəsulullah Sallallâhu Aleyhi Vəsəlləm ‘Tut’ dedikçə, üç barmağını yumdu, ‘Burax’ deyincə də üç barmağını buraxdı.” (Əbû Davud, Savm: 54)

   Beləcə Pəyğəmbərimizin o adama, “Üç gün tut, üç gün ara ver” dediyi anlaşılır.
   Haram ayları, Zilqadə, Zilhiccə, Məhərrəm və Rəcəp aylarıdır.    

    Rəcəp ayında davamlı olaraq bir ay boyu oruc tutmaq uyğun görülmür. Bunun səbəbi, Rəcəp ayının Ramazan ayına bənzəməsindən qaçınılmasıdır.

    Muâzetu’l-Adəviyyə nəql edir: 

Hz. Âişə Radiyallâhu Anhâdan soruşdum: 

“Rəsulullah Sallallâhu Aleyhi Vəsəlləm hər ay üç gün oruç tutarmıydı?”

“Bəli!” deyə cavab verdi.

Mən təkrar, “Ayın hansı günlərində oruc tutardı?” dedim.

“Hansı gündə oruc tutduğuna əhəmmiyət verməzdi” deyə cavab verdi.  (Müslim, Sıyâm: 194; Əbu Dâvud, Savm: 70; Tirmizî, Savm: 54)

Əbu Zər Radiyallâhu Anh nəql edir: 

Rəsulullah Sallallâhu Aleyhi Vəsəlləm buyurdular ki: 

“Kim hər ayda üç gün oruç tutarsa, işte bu, ıl orucu olar. Allah Təâlâ bu xüsusu təyit etmək üçün Kitabında bu âyəti endirdi: 

“Kim bir xeyr işləyərsə o ondan on misliylə qəbul edilər.’ (Ən’am 160) Bir gün on misliylə qəbul edilir.”  (Tirmizî, Savm: 54; Nəsâi, Savm: 82)



01-05-2014 07:05:58