Ana səhifə

Rahib Bahiranın Peyğəmbərimiz (s.ə.s.) üzərində nə müşahidələri olmuşdur?


YazdırSend to friend
Sual Detayı: 
Peyğəmbərimizin (s.ə.s.) əmisi Əbu Taliblə birlikdə Şam səfəri necə reallaşmışdır və bu səfər əsnasında rahib Bahiranın Peyğəmbərimiz (s.ə.s.) üzərində nə müşahidələri olmuşdur?
Cavab: 

Kainatın Əfəndisi Peyğəmbərimiz (s.ə.s.) on iki yaşına girmişdi.

Artıq fərqli bədən və simaya sahib idi. Siması ətrafa tərtəmiz nurlar saçırdı. Könülü hüzur dolu idi.

Onu yanında saxlayan Əbu Talib isə o sırada böyük bir dolanışıq çətinliyi içində idi. Bunun üçün də ticarətlə məşğul olmağa başlamışdı. Bu məqsədlə də Qureyşin o il ticarət karvanına qatılaraq Şama getməyi qərarlaşdırdı.

Yol hazırlıqları edilirdi. Edilən hazırlıqlar Peyğəmbər Əfəndimizin (s.ə.s.) gözləri qarşısında cərəyan edirdi. Halıyla çox sevdiyi əmisi özündən bir müddət ayrılacaqdı. Amma o buna necə dözə bilərdi? İllər əvvəl də həm möhtərəm atasını, həm də əziz anasını belə iki səyahət sonunda itirmişdi. İndi isə, himayəçisi Əbu Talib belə bir səyahətə çıxacaq və günlərlə özündən uzaq qalacaq idi. Nəzakətli və lətif ruhu bu ayrılığa necə dözəcəkdi?

Əbu Talib kimi, ev xalqı da Kainat Əfəndisinin başına yolda bir şeylərin gəlməsindən qorxduqları üçün bu səyahətə qatılmasını istəmirdilər... Ancaq O, əmisiylə birlikdə getməyi candan arzulayırdı. Günlərlə kədərli dayandıqdan sonra əmisinə açılmaq məcburiyyətində qaldı. Həsrət və hüzn dolu mübarək səsiylə ona belə xitab etdi:

"Əmiciyim! Məni hara və kimə buraxıb gedirsən? Burada nə anam var, nə də atam."

Bu sözlərini gözyaşlarıyla bir çiçək kimi bəzəyən Kainatın Əfəndisinin dərin hüzn və kədərinə deyil özünü canı kimi sevən Əbu Talib, ən daş ürəklilər belə dözə bilməzdi. Şəfqət duyğusunu coşduran bu ifadələr qarşısında Əbu Talib dərhal qərarını dəyişdirdi. Kainatın Əfəndisi də əmisiylə birlikdə gedəcəkdi.

Əfəndimizin könlü bu qərardan sonra sevinclə doldu. Hazırlıqlar tamamlandı və əmisiylə birlikdə ticarət karvanına qatıldı.

Karvan, çölləri aşa aşa Busraya çatdı və burada fasilə verdi. Busra, Şam ilə Qüds arasında (Şamın 90 km. cənubunda, Köhnə Şamda deyilən) suyu bol və bağçalarla örtülü bir qəsəbə idi.

 

Rahib Bahiranın Müşahidə və Təsbiti

Busra bazarınayaxın kiçik bir monastırda o sıra bir rahib yaşayırdı: Bahira.1 Bu rahib, Xristianların o zaman xatiri sayılar bir alimi idi. Çünki, monastırda bir kitab vardı ki, orada ibadətə bağlanan hər rahib, o kitabdan oxuyaraq Xristianların ən elmlikimsəsi olardı. O günə qədər gəlmiş keçmiş bütün rahiblər də o kitabdan istifadə etmişdilər. 2

Qureyşin ticarət karvanı, hər il olduğu kimi bu il də rahibin bu monastırına yaxın bir yerdə yerləşdi. Qəribədir ki, daha əvvəlki illərdə oraya gələn Qureyş karvanının heç biriylə maraqlanmayan, danışmayan Bahira, bu səfər karvana gözlənilməz bir sürpriz ilə yaxın əlaqə göstərdi, hətta özləri üçün bir ziyafət verdi.

Bu marağın, bu ziyafətin səbəb nə idi?

Karvandakıları düşündürən sual bu idi.

Rahib, karvanda o ana qədər rast gəlmədiyi bəzi qəribəliklərə şahid olmuşdu. Monastırda, Qureyş karvanını seyr edərkən, bir buludun Əfəndilər Əfəndisini kölgələdiyinigörmüşdü. Karvan gəlib bir ağacın altına çatanda, eyni buludun ağacı da kölgələdiyini; ağacın budaqlarının isə, nur uşağın üstünə sanki əyilib kölgə saldığını müşahidə etmişdi.

Bu qəribəliyi görən rahib Bahira onları yeməyə çağırmaq istədi. Məkkəlilərə bu xəbəri göndərdi:

"Ey Qureyşlilər! Sizə yemək hazırladım, Bu ziyafətimə, böyüyünüz, kiçiyiniz, azadınız, köləniz daxil hamınızın gəlməsini istəyirəm."

Bahiranın bu qəribə rəftarı yeməyə gələn Qureyşli tacirlərin diqqətindən qaçmadı. Səbəbini maraqlandılar və soruşdular:

"Ey Bahira! Vallah, bu gün səndə tam fərqli bir hal var. Biz sənə hər gəlişimizdə dəyirik. İndiyə qədər bizə belə bir şey etdiyin vaqe deyil. Səndəki bu hal nədir?"

Bahira, sirrini açıqlamadı və bu cavablakifayətləndi:

"Bəli, həqiqətən doğru söylədiniz, amma nə də olsa sizlər qonağımsınız. Bunun üçün sizi qonaq etmək, yemək yedirmək istədim. Buyurun yeyin!"

Dəvətə razılıq edildi və süfrəyə oturuldu. Ancaq, karvandan süfrədə bir tək adam əskik idi: Bahiranın axtardığı Kainatın Əfəndisi. Nur Uşaq yaş etibarilə ən kiçikləri olduğundan karvanın əşyalarını gözləməklə vəzifəli olaraq ağacın altında otururdu.

Bahira, bütün diqqəti ilə süfrədəkiləri süzməklə məşğul idi. Ancaq, axtardığı nurlu sima yox idi aralarında. Soruşdu:

"İçinizdə yeməyə gəlməyən, geridə qalan kimsə varmı?"

Cavab verdilər:

"Xeyr, ey Bahira, sənin dəvətinə razılıq edib gəlməyən kimsə yox. Yalnız bir uşaq var. Əşyalarımızı gözləmək üzrə buraxılmış bir uşaq."

Müqəddəs kitabları diqqətlə araşdırmış olan və onlardan son peyğəmbərin xüsusiyyət və əlamətlərini öyrənmiş olan Bahira, onun da gəlməsini israrla istədi.

Qureyşli tacirlər Bahiranın bu israrlı istəyini rədd etmədilər və Kainatın Əfəndisi Nur Uşağı da götürüb gətirdilər. Əfəndilər Əfəndisi süfrədə yemək yeməklə məşğul ikən, Bahiranın gözləri bütün diqqət və heyrətləriylə onun üzərində gəzirdi. Hər halını, hər hərəkətini diqqətli baxışlarla süzməkdə idi.

Bahira, axtardığını tapmışdı. Məqsədinə çatmışdı. Çünki, bütün diqqətiylə süzməkdə olduğu Nur Uşağın hər halı və hər hərəkəti yanındakı kitabda yazılı idi.

Yemək yeyildi və süfrədəkilər dağılarkən Bahira, Kainatın Əfəndisi Peyğəmbərimiz (s.ə.s.)-in qulağına əyildi və

"Bax cavan, Lat və Uzza haqqı üçün sənə soruşacağım şeylərə cavab ver."

Nur gözlərdə bir narahatlıq, bir nifrət əlaməti.

"Lat və Uzza adına məndən bir şey istəmə. Vallah onlardan nifrət etdiyim qədər, heç bir şeydən nifrət etməm."

Bahira, əvvəlki təklifindən imtina etdi.

"O halda Allah haqqı üçün, sənə soruşacaqlarıma cavab ver."

Peyğəmbər Əfəndimiz,

"İstədiyini soruş" buyurdu.

Soruşduğu hər suala aldığı cavab Bahiranı heyrətlər içində buraxırdı. Çünki onun son peyğəmbər haqqında bildiklərinə eynilə yatırdı. Son olaraq Kainatın Əfəndisinin kürəyinə baxdı və Peyğəmbərlik Möhürünü gördü.

Artıq Bahirada, şəksiz şübhəsiz qəti qənaət hasil olmuşdu: Bu gənc, gözlənilən Son Peyğəmbər idi.

 

Rahib Bahira ilə Əbu Talib Baş-başa

Rahib Bahira, bu diaqnozundan sonra, Əfəndimizin əmisi Əbu Talibin yanına gəldi. Aralarında bu danışma keçdi:

"Bu uşaq sənin nəyin olar?"

"Oğlum."

"Xeyr, o sənin oğlun deyil. Bu uşağın atasının həyatda olmaması lazım."

"Bəli, doğru söylədin, o mənim öz oğlum deyil, qardaş oğlum."

"Yaxşı, atasına nə oldu?"

"Anası bu uşağa hamilə ikən vəfat etdi."

"Bəli, doğru danışdın."

Bahira tərəfindən, artıq hər şey açıq-aşkar və qəti idi.

Sonunda, Peyğəmbərimiz (s.ə.s. )in əmisinə bu tövsiyəni edərək haqqpərəstliyini göstərdi:

"Qardaş oğlunu dərhal məmləkətinə geri apar. Onu həsəd aparan Yəhudilərdən qoru. Vallah, Yəhudilər uşağı görüb də, mənim fərq etdiklərimi onlar da fərq etsələr ona pislik edərlər. Çünki, sənin bu qardaş oğlunun irəlidə böyük şan və ad qazanacaq. Dayanma, onu dərhal geri apar. "3

Bu tövsiyə üzərinə Əbu Talib, mallarını orada sataraq əziz qardaş oğlu ilə Məkkəyə geri döndü. 4

 

1. Bahiranın əsl adı Circis və ya Sercisdir. Avropalı tarixçilər, "Serciyus" deyərlər. Özü bir Yəhudi alimi ikən, sonraları Xristianlığı qəbul etmişdir. (Sire, 1/191, haşiyə: 1.)

2. Sire, 1/191

3. A. g. e., 1/191-194; Tabakat, 1/153-155; Ensab, 1/96-98; Taberi, 1/194-195

4. Sire, 1/194; Tabakat, 1/155; Ensab 1/97

 

 

Saleh Suruç



02-05-2010 12:33:55

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz