Ana səhifə

Səbirlə əlaqədar hədislər? Müsibətlərin mükafatı nədir?


YazdırSend to friend
Sual Detayı: 
Səbirlə əlaqədar hədislər? Müsibətlərin mükafatı nədir?
Cavab: 

1- Sualınıza ən gözəl cavab olduğuna inandığımız zəngin əhatəli bir ayənin tərcüməsi belədir:

"Biz mütləq sizi bir az qorxu ilə, bir az aclıq ilə, yaxud mala, cana və ya məhsullara gələcək nöqsanlıqlarla sınayarıq. Sən səbr edənləri müjdələ! Onlar elə kəslərdir ki, başlarına müsibət gəldiyində, ‘Biz Allaha aidik və vaxtı gəldiyində əlbəttə ona dönəcəyik' deyərlər. Rəbbləri tərəfindən bol bağışlama və rəhmətə tabe olanlar onlardır. Hidayətə çatanlar da ancaq onlardır"(Bəqərə, 155-157).

Heç bir müsibət, bir tikanın batması da qarşılıqsız qalmaz, onun da bir mükafatı vardır. Bu hədisdə bu həqiqəti görməkdəyik:

Hz. Əbu Hureyre izah edir: Hz. Peyğəmbər (s.ə.s.) belə buyurdu:  "Bir Müsəlmana hər hansı bir müsibət, bir çətinlik, bir kədər, bir əziyyət, bir qəm toxunsa, hətta özünə bir tikan belə batsa, mütləq Allah bunları onun günahlarına kəffarə edər" (Buxari, Marda,1; Müslim, Birr, 52).

Səbirlə əlaqədar çox hədislər vardır. Misal olaraq  İmam Əhmədin rəvayət etdiyi bu hədislə kifayətlənək:

Hz. Peyğəmbər (s.ə.s.) buyurdu ki; "Allahın möminlər üçün ön gördüyü qərarı məni olduqca sevindirməkdədir. Belə ki; özünə bir xeyir yaxşılıq toxunsa Rəbbinə həmd edər və şükr edər. Başına bir müsibət gəlsə həmd edər və səbr edər. Hər vəziyyətdə -hətta xanımının ağzına qoyacağı bir loxmadan ötəri də - mömin üçün bir bir mükafat vardır"(Əhməd b. Hənbəl, 1/173).

Bu hədis də göstərir ki, möminin həyatı daim qazanclı çarxlar içində dönməkdədir. Çətinliklərdə səbir edər, mükafat alar, fərahlıqda şükr edər, mükafat alar. Nə xoşbəxt istiqamət dairəsində həyatını keçirən möminlərə!

 

2-  Bir müsəlmanın başına gələn hər çətinlik onun haqqında mütləq xeyirdir: Ya keçmiş günahlarını silər, ya gələcək bəla və müsibətlərə mane olar, ya ilahi bir xəbərdarlıqdır, ya da mənəvi mövqeyinin daha da artması üçün bir imtahandır.



22-02-2010 06:02:51