Ana səhifə

Səfərə çıxan adam o gün orucunu poza bilər mi?


YazdırSend to friend
Sual Detayı: 
Səfərə çıxan adam o gün orucunu poza bilər mi?
Cavab: 

   Səfər halında olan kimsənin iftar etməsi, yəni oruc tutmaması mübahdır. Ancaq oruca niyyət edib səhərləsə, sonra səfərə çıxsa, o təqdirdə o günün orucunu tutması lazımdır. Bu, oruc yeməsini mübah edən bir səbəb sayılmaz. Ancaq ikinci və ardınca gələn günlər səfəri davam edərsə, o halda oruc tutmaya bilər.

   Bu mövzuda alimlər belə demişdir: Oruclu olaraq səhərləyən kimsə o gün səfərə çıxsa belə, bu orucu yeməsini mübah edən bir üzr sayılmaz. Əgər orucunu pozarsa, yalnız qəzasını tutması lazımdır. [(El-Muhit, Səraxsi, Fətava-yi Hindiyye.) Bax. Cəlal Yıldırım, qaynaqlarıyla İslam Fiqhi, II / 233-234.]                        

    Ramazanda ən az üç günlük (on səkkiz saatlıq) bir yerə gedəcək olan kimsə, gecədən oruca niyyət etməyə bilər. Buna görə də o gün yola çıxınca oruclu olmamış olar. Lakin bir kimsə oruc tutduqdan sonra, gündüz vaxtı səfərə çıxsa, bu səfər o ilk gün üçün bir üzr sayılmaz, orucuna davam etməsi lazımdır. Ancaq o gün yola çıxar da, ondan sonra orucunu açarsa, ona kəffarə lazım deyil, yenə yalnız qəza lazımdır. (bax. Ömər Nəsuhi Bilmən, Böyük İslam Elmihalı)

   Hafîi və Hənbəlilərə görə yolçu, gecədən niyyətləndiyi orucunu da poza bilər. Dəlil, İbn Abbas (r.anhuma) dan rəvayət edilən bu hədisdir:

 

"Hz. Peyğəmbər Ramazanda Məkkənin fəthinə çıxdı. Kedid'ə çatana qədər oruc tutdu. Orada özü də orucunu pozdu, insanlar da oruclarını pozdular." (Həmdi Döndüren, Delilleriyle İslam Elmihalı)



17-06-2017 07:15:26