Ana səhifə

Səfərdə namazlar necə qılınar? Hənəfilərə görə səfərdə “cəmi-təqdim” və “cəmi-təxir” edilirmi ?


YazdırSend to friend
Sual Detayı: 
Esselamualeykum. Səfər namazı qılarkən artıq vaxtı girmiş namazamı növbəti namaz birləşdirilir, yoxsa növbəti namazamı əvvəlki namaz birləşdirilir (daha aydın, məs: günortanı qılarkən içində ilkindini, yoxsa ilkindini qilarkən içində günortanı)? Allah elminizə bərəkət versin.
Cavab: 

Və aleykum Salam və Rahmətullah.

   "Şübhəsiz Namaz möminlərə müəyyən vaxtlarda  fərz edilmişdir" (Nisa,4/103) âyət-i cəlîləsinə  görə hər namazın vaxtında qılınması fərz-i ayındır. Bu səbəblə iki vaxt namazını bir vaxtda qılmaq (ki fiqhdə buna Cəmus-Səlâteyn  deyilir) Hənəfî məzhəbinə görə caiz olmaz. Çünki, iki vaxtı bir yerdə qılmaq, ya birini vaxtı girmədən qılmaq və ya vaxtı çıxdıqdan sonra qılmaq yoluyla olar. İkisi də səhih deyil. Vaxtı girmədən namaz qılınmaz. Namazı vaxtından sonraya da saxlamaq câiz  deyil. Ədâ yerinə keçməz,yəni qılınmış sayılmaz.

   Bu qaidənin yalnız hacılara məxsus olmaq üzrə iki istisnası vardır. Biri Ərəfatda “cəmi-təqdim”, digəri Müzdəlifədə “cəmi-təxir”. Çünki Peyğəmbər Əfəndimiz sallallahu aleyhi və səlləm  buralarda namazlarını iki vaxtı birləşdirərək qılmışdırlar.

   Salim İbn Abdullah (Allah ondan razı olsun) atasından belə rəvayət edir:

”Rəsulullah(sallallahu aleyhi və səlləm) səfərə tələsdiyi zaman axşam namazını gecikdirərək gecə ilə birlikdə qılmışdır”(Müslim, Müsafirin, 45)

   Eyni zamanda Muaz İbn Cəbəldən (Allah ondan razı olsun) rəvayətə görə, o belə demişdir:

” Hz Peyğəmbər ilə Təbük səfərinə çıxıdq.Allah Rəsulu günorta ilə ikindini, axşamla gecəni birlikdə qıldı.” (Müslim, Müsafirin, 52,53; Əbu Davud, 1, 285; İbn Macə , 1, 340.)

   İki namazı birləşdirməyin yalnız Ərəfat və Müzdəlifədə mümkün olduğu fikrini mənimsəyən hənəfilərə görə, bu və buna oxşar hədislərdən Allah Rəsulunun (Allah`ın Salamı və Salatı onun üzərinə olsun) birinci vaxtı vaxtının sonunda, ikinci namazı da vaxtının əvvəlində qıldığını söyləmişlər. Beləliklə hər iki namaz bir vaxtda qılınmış olur, lakin hər biri öz vaxtında yerinə yetirilir.

   Ənəz İbn Malikdən (Allah ondan razı olsun) rəvayətə görə, o belə demişdir:

”Allah Rəsulu günəş ən zirvə nöqtədən qərbə meyl etməzdən əvvəl yolçuluğa çıxdıqda , günorta namazını ikindi vaxtına qədər təxirə salar, sonra dayanaraq günorta və ikindini qılardı.Yola çıxmamışdan günəş qərbə meyl etmişsə, günorta namazını qılar, sonra yola çıxardı.” (Müslim, Müsafirin,56; Əbu Davud,Səfər,5,H.No:1218)

   Ənəsdən gələn bu rəvayət daha aydındır: “ O, səfərdə tələsərkən günorta namazını ikindi namazının başlanğıcına qədər gecikdirər, sonra ikisini birlikdə qılardı.” (Müslim, Müsafirin,57,58.) .Burada birləşdirmə şəklən olur, həqiqətdə isə hər iki namaz öz vaxtında qılınmışdır.Buna hənəfilər “suri cəm” (şəkli birləşdirmə) deyirlər. 

   Allah Rəsulu sallallahu aleyhi və səlləm  dövründə vida həccindən başqa səfər, xəstəlik, şiddətli yağış və sairə kimi çətinliklərdə də günorta ilə ikindi və axşamla gecə namazlarının birləşdirilərək qılındığı nəzərə alınaraq, dinən məqbul bir üzürü olanın bunu adət etməməsi şərtiylə bundan faydalanması  mümkün və caizdir.

   1-Şafilərdə səfər əsnasında qəsr caizdir. Cəm edilməsi daha uyğundur. Cəm`lə birlikdə qəsr etmək niyyətində olanın bunu ürəyindən keçirməsi kifayətdir. Hənəfilərdə həcc xaricində cəm yoxdur. Hənəfilərin səfərdə olarkən iki rükət qılması vacibdir. Dörd rükət qılınacağı təqdirdə iki rükət sünnət olar.

   2-İkindi namazını(əsr) zamanında qılacağını ümid edən kimsə cəmi-təqdim etdiyində ikindi namazını qılana qədər səfərilik davam edəcəksə bu namaz cəm' edilə bilər. Ancaq namazını zamanında qıla biləcəyini ümid edən kimsə bunu zamanında qılması uyğun olar. cəmi-təqdimdə, ikinci namazı qılmağa başlayana qədər səfərin davam etməsi şərtdir. İkinci namaza başlamadan əvvəl iqamət edəcəyi diyara çatsa, artıq bu namazı öz vaxtı içində qılması lazım gəlir.

   3-Namazlarını cəm edən kimsə şərtlərinə əməl edərək namazlarını birləşdirdikdən sonra namazı vaxtında qılma fürsəti tapsa da bu namazları yenidən qılmaz.



23-04-2014 08:01:53