Ana səhifə

Səf, hər hansı əngələ görə ayrılarsa digər tərəfdə namaz qılma olarmı?


YazdırSend to friend
Sual Detayı: 
Salamun aleykum.Cmaatla namaz qılarkən minbər səfı ayırırsa digər tərəfdə namaz qılmaq olar?Bəziləri deyir səf qırıldığına görə düzgün deyil.
Cavab: 

Va aleykumussalam!

Namaz qılarkən minbərin və ya dirəyin səfi bölməsi namaza heç bir maneə törətmir. Bu tərcümədən hədis oxuyub fətva verənlərin sözüdür. Abdullah ibn Məs`ud  (Allah ondan razı olsun) kimi alim səhabə fətva verir ki, ən azı üç nəfər bir yerdə dayandısa bu müstəqil bir səf olur və onun iki dirək arasında olması problem deyil. Müstəqil səfin digər səflə bağlanması deyə bir şərt də yoxdur. 

Sualda keçən etiraz yəqin ki mövzuyla əlaqədar gələn bir hədis rəvayətinin yanlış şərh edilməsindən qaynaqlanmış ola bilər.

Əlaqədar rəvayət və bu rəvayətin dəyərləndirilməsi belədir:

Qurrə radıyallahu anh nəql edir:

"Rəsulullah aleyhissalâtu vassalam zamanında, sütunlar arasında saf təşkil etməkdən mən edilər, sütunların olduğu yerdən uzaqlaşdırılırdıq." (İbn Macə, İqamətu's-salat, 53)

Bu hədisdəki qadağa haram mənasında deyildir. İmama tabe olanların sütunlar arasında səfa dayanması məkruh sayılmışdır.

Məscidin digər yerlərində boş yerlər varkən dirəklərin arasında saf tutmaq əlbəttə tövsiyə edilməz. Çünki bu vəziyyətdə camaatdan ayrılmağa səbəb olacaqdır.

 

Əgər saflar sığışmırsa, sütunlar arası da saf tutmağa uyğundursa, heç bir qorxusu yoxdur. Belə vəziyyətlərdə sütunlar arasında da minbərin sağ tərəfində də saf tutula bilər.



20-06-2015 06:45:28