Ana səhifə

Səhv Səcdəsi İlə Bağlı Məsələlər


YazdırSend to friend
Sual Detayı: 
Əssəlamu aleykum, səhv səcdəsi nə zaman edilir. Biz namazda hansı hallarla üzləşdikdə, yəni hansı vacibləri yerinə yetirmədikdə səhv səcdəsi etməli oluruq. İndidən çox sağolun.
Cavab: 

Səcdə Allaha hörmətin ifadəsi, bəndənin Rəbbinə ən çox yaxın olduğu andır. Səcdə cənazə namazı xaricindəki bütün namazların hər rükətində iki dəfə təkrarlanan önəmli bir rükndür. Namazda səhvən meydana gələn bəzi əskikliklərin ortadan qaldırılması üçün namazın axırında edilən səcdəyə səhv səcdəsi dəyilir. Ayələri oxuduqda edilən səcdəyə tilavət səcdəsi dəyilir. Allaha şükür məqsədilə edilən səcdələrə də şükür səcdəsi dəyilir.

A - Səhv Səcdəsi

1. Səhv səcdəsinin tərifi, hökmü və edilməsi.

Səhv bir şeydə yanılmaq, onu bilməyərək tərk etmək deməkdir. Yanılaraq namazın rüknlərindən birini tərk edən, namazın sonunda səcdə etməlidir ki, buna da səhv səcdəsi dəyilir. Edilmə şəkli belədir: bir rüknün gecikdirildiyi və ya bir vacibin tərk edildiyi təqdirdə son oturuşda yalnız təhiyyət oxunduqdan sonra iki tərəfə salam vərilər, sonra Allahu Əkbər dəyilərək səcdəyə gedib üç dəfə "Subhanə Rabbiyəl Alə" dəyilər. Sonra Allahu Əkbər dəyilərək oturular və yənidən Allahu Əkbər dəyərək ikinci dəfə səcdəyə gedilər. Yənə üç dəfə "Subhanə Rabbiyəl Alə" oxuduqdan sonra Allahu Əkbər dəyərək təhiyyət, salli-barik və Rabbənə duaları oxunduqdan sonra salam vərilər.

Səhv səcdəsindən qabaq iki tərəfə salam vermək Əbu Hənifə Əbu Yusufun görüşüdür. İmam Muhammədə görə yalnız sağ tərəfə salam verdikdən sonra səhv səcdəsi etmək daha fəziltlidir. Belə ki, camaatla qılınan namazlarda camaatın səhvən dağılmasına yol açmamaq üçün yalnız sağ tərəfə salamdan sonra səhv səcdəsi etmək daha uyğundur.

Şafei, Əhməd b. Hənbələ görə səhv səcdəsi salamdan qabaq edilər.

İmam Malikə görə isə səhv səcdəsi namazdakı bir noqsana görə ediləcəksə salamdan öncə, artıqlığa (əlavə) görə ediləcəksə salamdan sonra edilər. Hər iki hal birdən baş verərsə, bu təqdirdə səhv səcdəsi salamdan öncə edilər. Namazda nöqsan müəkkəd sunnəni və ya ən az iki qeyri-müəkkəd sünnəni tərk etməklə baş verər. Namazdakı artıqlıq isə namazın cinsindən olmasından asılı olmayaraq namazı pozmayacaq bir hərəkətin əlavəsi ilə baş verir. Bir rükətdə iki dəfə rükü və üç səcdə etmək kim.

Hənəfilərə görə səhv səcdəsi vacib, digərlərinə görə isə sünnədir. ((İbnül-Hümam, Fəthul-Qadir, Misir 1316/1898, I, 355, 374; əl-Kâsânî, Bədâyiu's-Sanəyi ', Beyrut 1394/1974, I, 163-179; əl-Meydani, əl-Lubab, İstanbul ty , I, 95 vd .; əz-Züheyli, əl-Fıkhul-İslâmî və Ədillətüh, Dəməşq 1405/1985, I, 87 vd.)

Hənəfilər bu mövzuda belə dəyir: Namaz qılan, bu səcdəni tərk etməklə günahkar olar, amma namazı fasid olmaz. Çünki səhv səcdəsi itmiş bir şeyin geri qaytarılmasıdır. Bu isə vacibdir. Səhv səcdəsi təşəhhüd oxumaq və salam vermək kimi vacib olan işlərdən qaynaqlanan günahı ortadan qaldırar. Fəqət bir rüknün edilməməsindən qaynaqlanan əskikliyi (məsələn, rüku etməmək) ortadan qaldırmaz.

Səhv səcdəsi imama və təkbaşına namaz qılana lazımdır. İmama uyan şəxs namazında çaşarsa, səhv səcdəsi etmək ona lazım dəyil. İmam çaşdığı təqdirdə özü üçün əsil, camaat üçün isə ona tabe olaraq səhv səcdəsi lazımdır. İmama uyan şəxsin, imam səhv səcdəsi etdiyi təqdirdə onun da səhv səcdəsi etməsi lazımdır. Əgəri İmam səhv səcdəsi etməzsə bu səcdə camaatın üzərindən qalxar. Çünki camaat imama uymuşdur. Fəqət məsbuq sadəcə səcdələrdə imama uyar, salamda ona uymaz.

Səhv səcdəsi vaxt namazını qılmağa əlverişli vaxtlarda lazımlıdır. Məsələn, səhər namazını qılarkən salam vərdikdən sonra günəş çıxsa və ya ikindi namazında günəş batsa, bu şəxsdən səhv səcdəsi düşər.

Cümə və bayram namazlarında camaat çoxdursa, camaatı çaşdırmamaq üçün səhv səcdəsini tərk etmək daha uyğundur. Bir şəxs səhv səcdəsi edərkən yanılarsa, yənidən səhv səcdəsi etməsi lazım dəyil.

2. Səhv səcdəsinin dayandığı dəlillər

Səhv səcdəsi sünnə dəlilinə dayanır. Abdullah b. Məsud (Allah ondan razı olsun) belə nəql edir:

"Sizdən biri namazında şübhəyə düşərsə, doğrusunu araşdırsın və namazını qənaətinə görə tamamlasın. Sonra salam verərək səhv səcdəsi etsin. Yəni yanıldığı üçün iki səcdə etsin.” (Buhârî, Salat, 31; Müslim, Məsacid, 88, 89; Əbû Dâvud, Salât, 190, 191, 193; Nəsâî, Sehv, 24, 25; İbn Mâcə, İqamə, 132, 133; Mâlik, Muvatta ', Nida, 61-63; Əhməd b. Hənbəl, I, 190, 193, 204-206)

Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) belə demişdir:

" Rəsulullah buyurmuşdur ki, sizdən biri namazı üç rükət yoxsa dörd rükət qıldığı haqda şübhəyə düşərsə, şübhəsini atsın və qəti olaraq bildiyi nədirsə, namazını ona görə tamamlasın. Salam verməzdən əvvəl də iki səcdə etsin. Əgər beş rükət qılıbsa, bu səcdələr namazına şəfaətçi olar. Əgər tam qılıbsa, bu iki əlavə səcdə şeytanın ondan uzaqlaşdırılmasına səbəb olar" (Buxârî, Səhv, 6, 7; Müslim, Salât, 19, 20; Əhməd b. Hənbəl, III, 12, 37, 42).

Abdullah İbn Cühanənin (Allah ondan razı olsun) belə dədiyi rəvayət edilir:

Rəsulullah bir gün günorta namazında ikinci rükətdən sonra oturmadan qalxmış və camaat da ona uymuşdu. Namazın axırında biz salam vərməsini gözləyərkən, salamdan qabaq oturduğu yərdə iki səcdə edərək salam vərdi.(Buxari, Səhv, 1) Yənə bir dəfə Allah Rəsulu günorta namazını beş rükət qıldırmış, səhabələr: "namaza əlavəmi oldu?" dəyə soruşduqda, salamdan sonra iki səcdə etmişdir. (Buxari, Səhv, 2) Əbu Hüreyrədən rəvayətə görə yənə günorta və ya ikindi namazı qıldırarkən Allah Rəsulu sallallahu aleyhi və səlləm iki rükətdə salam vərmişdir. Bir səhabənin namaz əskikmi oldu dədiyini eşidən Peyğəmbər əshaba qardaşınızın dədiyi doğrudurmu deyə soruşduqdan sonra qalxaraq iki rükət də qıldırmış və səhv səcdəsi etmişdir. (Buxari, Səhv, 3)

Hz. Peyğəmbər və əshabının müəyyən vəziyyətlərdə səhv səcdəsi etməsi, bu səcdənin vacib olduğunu göstərir. Həccin vaciblərindən biri tərk edildiyi təqdirdə bunun ortadan qaldırılması üçün qurban kəsildiyi kimi səhv səcdəsi də namazdakı əskikliklərin tamamlanması üçün vacib sayılmışdır.

3. Səhv səcdəsi aşağıdakı hallarda vacibdir

Namazın tam olması üçün onun fərz, vacib və sünnələrinə dəqiqliklə riayət etmək lazımdır. Bəzi vəziyyətlər var ki, həmin vəziyyətlərdə namaz tam olaraq yərinə yətirilmir və səhv səcdəsi vacib olur. Bu vəziyyətlər aşağıdakılardır:

Namazın fərzlərindən biri tərk edildiyi təqdirdə bunun namaz daxilində qəza edilməsi mümkündürsə qəza edilər. Fərzin gecikdirilməsindən ötrü namazın sonunda əlavə səhv səcdəsi də edilər. Unudaraq və ya unutmayaraq belə bir fərzin və ya bir rükətin əskik qılınması kimi vəziyyətlərdə namaz batil olar. Və yənidən qılınması lazımdır. Çünki namazın əsas hissəsini təşkil edən bir rükn və ya şərtin əskikliyi səhv səcdəsi ilə tamamlanmaz.

Namazdakı bir vacibin qəsdən tərk və ya təxiri isə pis bir işdir. Buna görə səhv səcdəsi lazım deyil. Amma belə bir namaz yenidən qılınmalıdır. Ancaq fatiha surəsi və  ya birinci oturuşun bilərək və ya yanılaraq tərk və ya təxir edilməsi vəziyyətində isə səhiv səcdəsi lazımdır. Bir sünnənin tərkindən ötrü səhv əcdəsi lazım dəyil. Amma qəsdən tərk etmək savabdan boyun qaçırmaq deməkdir. Səhv səcdəsinin səbəbləri bunlardır:

1. Namazın fərzlərindən biri gecikdirildiyi təqdirdə səhv səcdəsi lazımdır. Dörd rükətli fərz namazın ilk oturuşunda salli-barik dualarını oxumaq sonrakı fərzləri gecikdirəcəyi üçün belə vəziyyətdə səhv səcdəsi vacibdir.

2. Namazın vaciblərindən biri unudularaq tərk edildikdə səhv səcdəsi vacibdir. Bu da vacibi tamamilə tərk etdikdə və ya gecikdirdikdə lazımdır.Vaciblər bunlardır:

a. Fərz namazlarının ilk iki rükətində fatihənin hamısını və ya bir hissəsini tərk etmək.

b. Fərz namazlarının ilk iki rükətində fatihədən sonra üç qısa ayə oxumağı tərk etmək.

c. Namazlardakı səsli və gizli oxuma qaydalarına riayət etməmək. Bir şəxs gizli oxunan günorta və ikindi namazlarında səsli oxuyarsa və ya imamın səsli oxuduğu namazlarda gizli oxuyarsa namazın sonunda səhv səcdəsi etməlidir. Gizli oxumaq əvəzinə fatihənin bir qismini səsli oxuyan geri qalanını gizli oxumalıdır. Bunun əksi isə, yəni səsli bir namazda fatihənin bir qismi gizli oxunarsa, fatihə yənidən səsli olaraq oxunar.

ç. Üç və ya dörd rükətli namazların ilk oturuşunda təhiyyətı tərk etmək.

d. Son oturuşda təhiyyət oxumağı tərk etmək.

e. Bir rükətdəki eyni hərəkətləri təkrar edərkən sıraya riayət etməmək. Bu, hər rükətin ikinci səcdəsinə şamildir. Məsələn: bir şəxs bir rükətdə ilk səcdədən sonra yanılaraq sonrakı rükətə qalxar və o rükəti səcdələrilə bərabər yerinə yetirərsə, amma namazın sonunda bunu xatırlayıb tərk etdiyi bu səcdəni yerinə yetirərsə sıraya uymadığına görə bu şəxsə səhv səcdəsi etmək vacibdir.

g. İftitah təkbirindən sonra rükuya gedib, yanıldığını anlayaraq geri dönüb Fatihə və əlavə sürə oxuyan kimsə, rükünü yenidən edər və tərtibə riayət etmədiyi, sıranı pozduğu üçün də səhv səcdəsi edər. Bunun kimi tilavət səcdəsini yerində etməyib tərk etmək də səhiv səcdəsini tələb edir.

Bundan əlavə namazda ayaq üstəykən üzrsüz olaraq oturulduğu, oturan yerdən ayağa qalxılmadığı vəziyyətlərdə olduğu kimi bir fərzin yerini dəyişdirmək və ya təxir etmək də səhiv səcdəsini tələb edir.

h) Rüku və səcdədə tədili-ərkanı tərk etmək. Səhih (doğru) görülən görüşə görə, yanılaraq tədili-ərkanı tərk edən kimsənin səhv səcdəsi etməsi vacib olar. Fərz namazlarda qiraətin yərini dəyişdirmək. Məsələn: əlavə surədən sonra fatihə oxumaq və ya dörd rükətli namazların son iki rükətində fatihədən sonra əlavə surə oxumaq və s. vəziyyətlərdə səhv səcdəsi lazımdır.

h. Vitr namazının qunutunu tərk etmək.

x. Qunut təkbirini tərk etmək.

ı. Bayram təkbirlərinin hamısını və ya bir qismini tərk etmək. Yaxud bayram namazının ikinci rükətinin rüku təkbirini tərk etmək. Bu vəziyyətlərdə də səhv səcdəsi lazımdır. Çünki bunlar vacib təkbirlərdir. Birinci rükətin rüku təkbiri isə buna daxil dəyildir.

3. Namaza namazdan olmayan bir şeyi əlavə etmək: iki dəfə rükuya getmək kimi....

4. Yanılaraq tərk edilən hərəkətə yənidən dönmək. Bir şəxs yanılaraq ilk oturuşu etməzsə, sonra bu oturuşu xatırlayarsa əgəri oturuş vəziyyətinə yaxındırsa geri dönərək oturar, yaxın dəyilsə geri dönməz və namazın sonunda səhv səcdəsi edər.

Son oturuşu yanılaraq tərk edərək beşinci rükətə qalxan şəxs beşinci rükətin səcdəsini etməyibsə geri dönərək oturar və sonda səhv səcədsini edər. Əgər beşinci rükətin səcdəsini edibsə namaz pozular. Artıq qıldığı namaz nafilə hesab olunar. Belə vəziyyətlə qarşılaşanın bu namazı altı rükət olaraq qılması isə məndubdur. Bu hökm Əbu Hənifə və İmam Muhammədə görədir.

Əgər son oturuşda təşəhhüd miqdarı oturduqdan sonra yanılaraq ayağa qalxar və bu oturuşu birinci oturuş zənn edərək salam vərməyibsə: beşinci rükətin səcdəsini etməyibsə oturar, edibsə bu rükətə bir rükət də əlavə edərək namazı tamamlayar ki, bununla da fərz namaz tamamlanmış olar. Çünki son oturuş öz yərində olmuşdur. Artıq qılınan iki rükət isə nafilə əvəzi olar.

5. Namazda rükət sayında şübhəyə düşmək:

Bir şəxs namazda üç və ya dörd rükət qıldığından şübhələnərsə, əgər yanılma hadisəsi ilə ilk dəfə qarlaşırsa, yəni bu kimi şübhələnmələr o adamda davamlı bir adət halına gəlməmişsə namazını yenidən qılmalıdır. Bunu yenidən qılmaq üçün oturaraq salam verməsi daha uyğundur. Çünki Allah Rəsulu sallallahu aleyhi və səlləm; Sizdən biri namazında neçə rükət qıldığı barəsində şübhəyə düşərsə namazını yenidən qılsın "(Zeyləi, bu hədis üçün  “qərib" demişdir. bax. Nasbu'r-Rayə, II, 173) buyurmuşdur.

Əgər belə bir kimsəyə çox dəfə şübhələnmə halı gəlirsə, qalib olan qənaətinə görə namazına davam edər. Üç və ya dörd rükətdən hansı haqqındakı qənaəti daha güclüdürsə o tərəfi seçər. Çünki tez-tez vəsvəsəyə düşən kimsənin namazını yenidən qılmasında çətinliklər vardır. Hz. Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu mövzuda belə buyurmuşdur:

"Sizdən biri şübhələndiyi zaman doğrunu araştırsın və namazını tamamlasın" (Buxârî, Salât, 31; Müslim, Məsacid, 88, 89, Əbu Davud, Salât, 190, 191, 193; Nəsai, Səhv, 24, 25)

Namazda şübhələnib, neçə rükət qıldığı barəsində qəti bir qənaətə gələ bilməyən kimsə ən az rükəti əsas alaraq namazına davam edər. Çünki ən azı haqqındakı məlumatı qətidir. Belə bir kimsə oturması lazım gəldiyinə qənaət gətirdiyi hər yerdə oturmalıdır. Beləcə fərz və ya vacib olan bir oturuşu tərk etməmiş olar. Məsələn; dörd rükətli bir namazda, qılmaqda olduğu rükət birinci mi, yoxsa ikinci mi olduğu barəsində şübhə edən kimsə araşdırmasına görə əməl edər. Əgər araşdırması bir nəticə verməzsə ən az olan bir rükəti əsas alaraq namaza davam edər. Ancaq bunun ikinci rükət olma ehtimalından ötrü oturar, çünki ikinci rükətdə oturmaq vacibdir. Sonra qalxıb bir rükət əlavə qılar və oturar. Bu mövzuda dəlil Allah Rəsulunun bu hədisidir:

"Sizdən biri namazında şübhə edər, üç mü yoxsa dörd mü qıldığını müəyyən edə bilməzsə, şübhəni atsın və ən az rükəti əsas alaraq namazına davam etsin" (Zeyləi, Nasbü'r-Rayə, II, 174).

Bir kimsə namazda iki dəfə və ya daha çox yanılsa, hamısı üçün namazın sonunda bir tək səhv səcdəsi (iki səcdə) etməsi kifayətdir. Çünki Rasulullah sallallahu aleyhi və səlləm belə buyurmuşdur:

"Sizdən biri yanıldığı zaman iki dəfə səcdə etsin" (İbn Mâcə, İqamə, 129). Bu hədis iki dəfə yanılmaya da aiddir.

Digər tərəfdən bu son hədis, rükûlü və səcdəli olan bütün vacib, sünnə və digər nafilə namazlardakı yanılmaları da əhatəsinə almaqdadır, yəni onlara da aiddir.

Tək başına namaz qılanın aşkar və ya gizli oxumasından ötrü zâhiru'r-rivâyə'yə görə, səhv səcdəsi lazım deyil. Ancaq gizli oxunacaq yerdə, məsələn; günorta namazında səsli oxuması bilərəkdən edilmişsə pis bir iş etmiş olar.

Təkbaşına namaz qılanın gündüz qılacağı nafilə namazlarında səsli qiraət oxuması məkruhdur.

İmam, məsələn sübh namazında Fatihəni yanılaraq gizli oxuyub, sonra xatırlasa, əlavə edəcəyi surəni səsli oxuyar, Fatihə yenidən oxuması lazım deyil.

Dörd və ya üç rükətli fərz və ya vitr namazlarında birinci oturuşda, Təhiyyət oxunduqdan sonra, yanılaraq "Allahummə salli alə Muhammədin və alə əli Muhamməd" deyilməsi və Əbu Hənifədən bir rəvayətə görə bu Təhiyyətdən sonra bir hərf belə artıq edilməsi səhiv səcdələrini tələb edir. Lakin son oturuşlarda təhiyyətdən sonra Qur'an oxunması, dua edilməsi, səhiv səcdələrini tələb etmir. Çünki son oturuş dua və səna yeridir. Qur'an isə dua və səna içinə alır.

Namazda zikrlər, dua və təhiyyət səsli oxunduqda da səhv səcdəsi lazım olmaz. İmam yanıldığı zaman, camaatın ona xatırlatma şəkli  haqqında Allah Rəsulu belə buyurmuşdur:

"Belə bir vəziyyətdə kişilər "Subhanəllah" deməli, qadınlar isə əl çırpmalıdırlar" (Buxari, Səhv, 9; əş-Şövkani, Nehyül-Evtar, II, 320 vd.)



01-09-2014 02:05:54