Ana səhifə

Səhv səcdəsi necə edilir?


YazdırSend to friend
Sual Detayı: 
Səhv səcdəsi necə qılınır?
Cavab: 

   Namaz qılındığı zaman baş verən qüsurları düzəltmək məqsədilə namazın sonunda edilən əlavə səcdəyə “Səhv səcdəsi” deyilir. Səhv səcdəsi aşağıdakı hallarda edilir:

   a) Namazın fərzlərindən birinin unudularaq gecikdirilməsi, 

   b) Namazın vaciblərindən birinin unudularaq gecikdirilməsi və yaddan çıxması zamanı.

Qeyd: fərzlərdən biri unudularaq və ya bilərəkdən tərk edilsə, namaz pozulmuş sayılır. 

   “Səhv səcdəsi” bu qüsuru aradan qaldırmaz. Vaciblərdən hər hansı biri bilərəkdən tərk edilsə, bu zaman namaz yenidən qılınmalıdır, “Səhv səcdəsi” edilməz. Aşağıda göstərilən hallarda “Səhv səcdəsi” etmək lazımdır:

   • Fərz namazlarının ilk iki rükətində, Nafilə namazların bütün rükətlərində “ Fatihə” surəsini oxumağı unutmaq.

   • “Fatihə”dən sonra oxunacaq surəni və ayəni “Fatihə”dən əvvəl oxu­maq. 

   • “Fatihə”dən sonra oxunacaq surəni unutmaq. Ancaq unutduğunu rükuda xatırlasa, təkrar dikəlib “Fatihə”ni, ardınca da surə və ya ayə oxunmalıdır. Sonra rüku edib, salam verdikdən sonra “Səhv səcdəsi” edi­lir.

   • “Vitr namazının” təkbiri və ya “Qunut duası” unudularsa, rükuda ikən yenidən dikəlib bunları oxumaq lazım deyildir. Sadəcə olaraq “Vitr” namazının sonunda “Səhv səcdəsi” etmək kifayətdir.

   • Unudaraq bir rükətdə “Fatihə “surəsini iki dəfə oxumaq.

   • Dörd rükətli namazlarda ikinci rükətdən sonra oturmağı unudaraq birbaşa 3-cü rükətə qalxmaq. Əgər ayağa tam qalxmış halda isə və ya buna yaxın vəziyyətdədirsə, oturmaq olmaz. Yalnız namaz sonunda “Səhv səcdəsi” etmək lazımdır. Bu, ayağa qalxmaq istənilən an xatırlanarsa, otu­rub “Ət-Təhiyyat” duası oxunmalıdır.

   • İlk oturuşda “Ət-Təhiyyatu” duasını oxumağı unutmaq.

   • “Qunut duasını” və ya təkbirlərini unutmaq.

   • Rükət sayları qarışdırılarsa: Bu birinci dəfə baş verdikdə, namaz yenidən təkrar qılınmalıdır. Yox, əgər bu hal tez-tez təkrarlanarsa, hansı rükətdə olduğuna qənaəti çoxdursa, onu qəbul edərək namaza davam etmək lazımdır.

Qeyd: Namaz əsnasında “Səhv səcdəsi”ni zəruri edən bir neçə səhv edilsə, bunlar üçün bir dəfə “Səhv səcdəsi” etmək yetərlidir. 

Səhv səcdəsi necə edilir?

   Namazın son oturuşunda “Ət-təhiyyatu” oxunduqdan sonra sağ tərəfə salam verilir. Ardınca isə Allahu Əkbər deyərək, səcdə edilir. Üç dəfə səcdədə “Sübhanə Rəbbiyəl-Ala”, daha sonra isə Allahu Əkbər deyərək, oturmaq. Yenidən Allahu Əkbər deyərək iki dəfə səcdə edilir. Səcdədə yenə 3 dəfə “Sübhanə Rəbbiyəl Ala” dedikdən sonra Allahu Əkbər deyərək oturmaq.

   Bu oturuş zamanı Allahummə salli, Allahummə barik və Rabbənə ati­na duaları oxunur, sonra isə sağa və sola salam verilir.



05-05-2012 03:37:13