Ana səhifə

Şəkil asılan otaqda namaz qılmaq olar?


YazdırSend to friend
Sual Detayı: 
SALAM aleykum.Şəkil asilan otaqda namaz qilmaq olar? Bezi insanlar deyirler hemin otaqda melek olmur. dogrudur? xaiş edirem cavablandirin.
Cavab: 

Və aleykum Salam.

      Fotoşəkili ikiyə ayırmaq gərək. Canlıya âid fotoşəkillər, cansıza aid fotoşəkillər. Canlıya aid fotoşəkillər, ya yaşayacaq şəkildə boy rəsmi olar, yaxud da yaşamayacaq şəkildə yarım şəkil olar. 
    Yaşamayacaq şəkildə yarım, yaxud da baxınca seçilə bilməyəcək qədər kiçik olsa  mahzur(zərər) yoktur deyilə bilər. Ancaq boy rəsim və fotoşəkillərinə (bir ehtiyac olmadan) icazə verilməmişdir. Cansıza aid şəkillərə, yəni mənzərələrə gəlincə, bunun câiz olduğu qətidir. Çiçək, göl və meşə mənzərələri kimi görünüşlər çəkilə bilər, evlərin müəyyən yerlərinə asılıb ilâhî qüdrət təqdirlə seyr edilə bilər. 
    Canlıya âid boy şəkillərini, (insan, heyvan və digər canlı varlıqlar kimi ) otağın divarına asıb, baxınca tamamilə görünəcək halda saxlamaq, bu otaqda namaz qılmağı məkruh hala gətirmək deməkdir. Beləliklə, divarlarında canlılara aid boy şəkilləri olan otaqda qılınan namaz məkruh olar. Şəkillər qiblə yönündə  isə məkruhluq şiddətlənər, yanda isə azalar, arxada isə daha da azalmış sayılar. 
    Belə şəkillər ya endirilməli, yaxud da üzəri örtülərək namaza durulmalıdır. Boy şəkillərini bağlı bir yerdə tutmaq, ancaq lazım olduğunda görüləcək halda mühafizə etməkdə zərər yoxdur. 
    Kâğız pullarla şəxsiyyət vəsiqələrindəki vəsiqəlik şəkillər də câizdir. Bunlar canlandığı fərzedildiyində yaşamayacaq dərəcədə kiçik və yarım olan şəkillərdir. Ayrıca bəzi qeydə alınmış şəxsləri tanımaq üçün çəkilən zəruri boy şəkilləri üçün də icazə vardır. Bunlar ehtiyac şəkilləridir. Oğrular, digər günahkarlar ancaq bunlarla asanca ədalətin pəncəsinə təslim edilə bilməkdədir. Bu günki şəkillərin mühtehcen(ədəbsiz şəkillər) olmayanları tapınılmaq üçün çəkilmədiyindən, tapınılmaq üçün edilən şəkillər cümləsindən sayılmaya bilərlər. Ədəbsiz şəkillərin hər cürü isə əxlaqa, insanlığa və İslâm’a zidddir. Qaynaqlarıyla İslam Fiqhində geniş məlumat vardır.

       İslam dini səmavi bir din olub insanın dünya və axirətini abadlıq etmək üçün nazil olmuşdur. Gətirdiyi hökmlərin hər kəsin ağıl və zövqünə uyğun gəlməsi də mümkün deyil. Çünki simalar bir-birinə uyğun gəlmədiyi kimi ağıl və xasiyyətlər də bir-birinə uyğun gəlməzlər. Ağıl və məntiqi verən Allah Təala, insan üçün hansı hökm daha uyğun, hansı nizam daha gözəl isə onu bilir və onu endirir. Bunun üçün əmr, nəhy, haram və halal ilə əlaqədar olan ilahi qanun və nizamların bəzilərinə ağılımız çatmazsa da bütününə inanıb hikmətini araşdırmamız lazımdır. Araşdırma etmədən inkar etmək adamı küfrə apara bilər. Bunun üçün bu və ya bu niyə haram olsun? Ağılıma yatmır, demək böyük bir günahdır. Bir çox kimsə heykəl və şəkilin haram oluşundan danışıldığı zaman xoşlanmır, "heykəl bir sənətdir. Niyə haram olsun?'' deyib İslamın hökmünü tərəddüdsüz rədd edir. Muzeylərdə olan heykəllər üzərinə araşdırma edildiyi zaman cahiliyyət dövründə, Roma və Bizans dövlətlərinin hökm sürdükləri zamanlarda insanların bir çoxları heykəl və şəkillərə böyük etina göstərərək tapındıqları bütpərəstlik girdabına girdikləri görüləcək. İnsanı yer üzünə Xəlifə olaraq təyin edən Allah Təala, daşdan və ağacdan öz əliylə etdiyi heykəl və şəkillərə etdiyi ibadətdən onu qurtarıb layiq olduğu mövqeyə çıxarmaq üçün canlı məxluqların hər cür heykəl və şəkillərini qadağan etdi.

 

Surət qadağasının söykənildiyi müəyyən rəvayətlər belə sıralana bilər:

a) Hz. Ayşənin nəql etdiyinə görə Hz. Peyğəmbər, evində üzərində salıb (İsa`nın çarmıxa gəriliş səhnəsini təsvir edən şəkil) olan hər şeyi qırmışdır (Buxari, "Libas", 90).

b) "Qiyamət günündə ən şiddətli əzaba məruz qalacaq olanlar musavvirlərdir" (Buxari, "Libas", 89).

c) "Bu surətləri edənlərə qiyamət günündə ‘Yaratdıqlarınıza can verin' deyilərək əzab ediləcək" (Buxari, "Libas", 89).

d) Hz. Ayşə`dən rəvayət edildiyinə görə, Ayşə bir dəfə üzərində (heyvan) şəkilləri olan bir döşək almışdı. Hz. Peyğəmbər bunu görüncə qapının qarşısında gözlədi və içəri girmədi. Hz. Ayşə, Rəsulu Əkrəmin üzündə məmnunsuzluq işarələrini görüncə, "Ya Rəsulullah! Allahdan və Allahın Rəsulundan bağışlanma diləyirəm. Bir qüsurmu işlədim?" dedi. Hz. Peyğəmbər, üzərində şəkil olan döşəyi göstərərək "Bu döşəyin burada nə işi var?" buyurdu. Ayşə "Ya Rəsulullah! Onu, gah oturasın, gah söykənəsin deyə sənin üçün almışdım" dedi. Sonra Hz. Peyğəmbər, "Bu şəkilləri edənlərə qiyamət günündə əzab edilər və onlara ‘Haydı baxaq, etdiyiniz bu surətlərə bir də can verin' deyilər. İçində şəkillər olan evə mələklər girməz" (Buxari, "Libas", 95; hədisin şərhi üçün bax. İbn Həcər, Fethu'l-bari, V, 228-229; Kamil Miras, Təcridi Sarih Tərcüməsi və Şərhi, VI, 414).

e) "Mələklər, içərisində it və təsvir olan evə girməzlər" (Buxari, "Libas", 88).

f) "Mələklər, içərisində surət olan evə girməzlər; parça üzərindəki naxış müstəsna" (Buxari, "Libas", 92).

g) Hz. Ayşə öz oturduğu evin zalına üzərində timsallar olan bir pərdə çəkmişdi. Hz. Peyğəmbər səfərdən döndüyündə bunu görüncə "Qiyamət günündə ən şiddətli əzaba çarpdırılacaq olanlar Allahın yaratmasına bənzəməyə çalışanlardır" buyurdu. Ayşə, sonra bu pərdədən bir və ya iki yastıq etdiklərini söyləmişdir (Buxari, "Libas", 91).

h) Hz. Ayşənin, üzərində təsvirlər olan bir pərdəsi vardı və bunu otağının bir tərəfinə çəkmişdi. Hz. Peyğəmbər bunu görüncə, Hz. Ayşəyə "Bu pərdəni qarşımdan qaldır; üzərindəki təsvirlər namazda ikən həmişə mənə görünüb dayanır" demişdir (Buxari, "Libas", 93).
Ahməd ŞAHİN

 

Mələklər şəkillər olan evə gələr?



30-04-2014 09:09:36