Ana səhifə

Səmavi kitablar pozulmasaydı İslam dini göndərilərdi?


YazdırSend to friend
Sual Detayı: 
Səmavi kitablar pozulmasaydı İslam dini göndərilərdi?. Zəbur və İncil nə üçün göndərilmişdir?
Cavab: 

1- Digər səmavi dinlər pozulmasaydı İslam dini mövzusuna gəlincə bu bir fərziyyədir və fərziyyələr haqqında şərh etmək də səhv olacaq. Hər şey Allahın elmindədir və gələcəkdə necə olacaqsa Allah onu o şəkildə bilməkdədir.

 

Səmavi kitablar öz zamanlarında göndərilməsi lazım olan ən mükəmməl kitablardır. Necə ki, bir ibtidai məktəb uşağına vurma cədvəlinin öyrədilməsi, nə əskikdir nə də çoxdur. Lakin universitetdəki tələbəyə vurma cədvəlinin öyrədilməsi, əbəsdir və əskikdir. Bunun kimi, Qurandan əvvəl gələn kitablar, öz zamanlarının ən yaxşısıdır və o zamanlarda onların göndərilməsi hikmətdir.

 

 

2- İncil Hz. İsaya göndərilən; Tövratın əslini təsdiqləyən, İnsanlar tərəfindən pozulan Tövratın hökmlərini doğrusunu açıqlamaq üzrə göndərilmişdir. Hz. İsa dövründə Tibb rəvacda idi.

 

Hz. Davud İsrailoğullarına göndərilən peyğəmbərlərdən. Həm peyğəmbər, həm sultan yəni hökmdar idi. Soy baxımından Yaqub (ə.s.)ın Yəhuda adlı oğuluna dayanır. Süleyman (ə.s.)ın atasıdır. Qüdsdə doğuldu. Orada yaşadı və orada vəfat etdi. Özünə İbrani dilində Zəbur kitabı verildi.

 

Özünə İbrani dilində Zəbur kitabı gəldi. Bu kitab, mənzum şəkildə olub, köhnə mənzum kitabların ən məşhurudur. Zəbur, məşhur dörd ilahi kitabdan biri olub, Tövratdan sonra göndərilmişdir. Vəz və nəsihət şəklində olub, Tövratı qüvvətləndirdi. Onu açıqlayıb onunla əməl etməyə çağırdığından,Tövratın hökmlərini qüvvədən qaldırmadı. Davud (ə.s.), həzrəti Musanın gətirdiyi dini qüvvətləndirmişdir.



17-01-2010 02:34:41

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz