Ana səhifə

"Sən olmasaydın, ey Həbibim, kainatı yaratmazdım" qüdsi hədis nə mənanı verməkdədir?


YazdırSend to friend
Sual Detayı: 
"Sən olmasaydın, ey Həbibim, kainatı yaratmazdım" qüdsi hədis nə mənanı verməkdədir?
Cavab: 

Hz. Cabir izah edir: "Ey Allahın Elçisi! Anam-atam sənə fəda olsun, Allahın hər şeydən əvvəl ilk yaratdığı şeyi mənə söyləyərsiniz?" deyə soruşdum. Belə buyurdu "Ey Cabir! Hər şeydən əvvəl Allahın ilk yaratdığı şey sənin peyğəmbərinin nurudur. O nur, Allahın qüdrətiylə onun dilədiyi yerlərdə gəzib dayanırdı. O vaxt daha heç bir şey yox idi. Nə Lövh, nə qələm, nə cənnət, nə cəhənnəm vardı. Nə mələk, nə göy, nə yer, nə günəş, nə ay, nə cin və nə də insan vardı.

 

Allah məxluqları yaratmaq istədiyi vaxt, bu nuru dörd parçaya ayırdı. Birinci parçasından qələmi, ikinci parçasından Lövhü (Lövhü məhfuz), üçüncü parçasından Ərşi yaratdı. Dördüncü parçanı ayrıca dörd parçaya böldü: Birinci parçadan Ərşin daşıyıcılarını, ikinci parçadan Kürsini, üçüncü parçadan digər mələkləri yaratdı. Dördüncü qismi təkrar dörd parçaya böldü: Birinci parçadan göyləri, ikinci parçadan yerləri, üçüncü parçadan cənnət və cəhənnəmi yaratdı. Sonra dördüncü parçanı yenə dördə böldü: Birinci parçadan Möminlərin bəsirət nurunu şüurunu, ikinci parçadan -marifetullahtan ibarət olan- ürəklərinin nurunu, üçüncü parçadan tövhiddən ibarət olan ünsiyyət nurunu (La ilahə illəllah Muhammedu'rresulüllah nurunu) yaratdı." (Baxın. İmam Əhməd, Müsned IV-127; Hakim, Müstedrek II-600/4175)

 

 

Rəsulullah (s.ə.s.) bir qüdsi hədisdə : "Allah :  "Səni öz nurumdan, digər şeyləri də sənin nurundan yaratdım" buyurmuşdur. (İman Əhməd, Müsnəd IV-127; Hakim, Müstedrek II-600/4175; İbni Hibban)

 

 

Kainatda ən böyük hadisə heç şübhə yox ki, Kainatın Əfəndisi Peyğəmbərimiz (s.ə.s.) Hz. Məhəmmədin (s.ə.s.) dünyaya təşrifləri hadisəsidir.

 

 

 

 Şadı Çatan (dos. Dr.)



22-02-2010 06:04:51

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz