Ana səhifə

Saqqal qırxmaq və ya saqqal buraxmanın hökmü nədir?


YazdırSend to friend
Sual Detayı: 
Saqqal qırxmaq və ya saqqal buraxmanın hökmü nədir?
Cavab: 

Saqqal, Rəsulu Əkrəm Əfəndimizin əhəmiyyətli sünnələrindən biridir. Heç bir alim fərz olduğunu irəli sürmədiyi üçün, tərkində də fərzin tərki kimi bir hökm verilməmişdir. Saqqal sünnəsində Şafi ilə Hənəfi arasında fərqli görüş vardır. Şafiyə görə saqqal sünnədir.

Hənəfi də və digər iki məzhəbdə isə hökm fərqlidir. Saqqalı buraxdıqdan sonra kəsmək, məkruhdur.

 

Dinimiz bu mövzuda bir zərurət gətirmədiyi üçün bəzi insanların saqqal buraxmamasına niyə buraxmırsan deyilməz. Dinimiz saqqal buraxmamağı məhrum etməmişdir tərk edən sünnə savabından məhrum qalar amma günahkar da olmaz.

 

Peyğəmbər Əfəndimizin (s.ə.s.) gətirdiyi əsas, qanun və prinsiplər həyatın bütün mərhələlərini içinə alar.

Peyğəmbərimizin yaşayışı ən gözəl bir nümunə və möminlər üçün ən açıq bir misaldır. Bu xüsusu Rəbbimiz Qurani Kərimdə belə ifadə edər : «Həqiqətən Allahı, axirət gününü arzulayanlar və Allahı çox zikr edənlər üçün, sizə Allahın Rəsulunda (izləyəcəyiniz) çox gözəl bir nümunə vardır.» (Əhzab, 21)

 

Peyğəmbərimizin bəzi sünnələri vardır ki, bunlar, onun fitri rəftarları şəklindədir. Geyinməsi, yeyib içməsi, bədəninin baxımı və təmizliyi bu qabildəndir. Bunların bir çoxu davranış  sinifinə girməkdədir. Möminlər isə, bu sünnələrə uyğun gəlməklə hərəkətlərini nurlandırmış olarlar.



26-02-2010 05:51:02

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz