Ana səhifə

Şarhı sadr deyilən Peyğəmbərimizin (s.ə.s.) sinəsinin yarılması hadisəsi necə reallaşmışdır və nə deməkdir?


YazdırSend to friend
Sual Detayı: 
Şarhı sadr deyilən Peyğəmbərimizin (s.ə.s.) sinəsinin yarılması hadisəsi necə reallaşmışdır və nə deməkdir?
Cavab: 

Peyğəmbər Əfəndimizin Sinəsinin Yarılması
Quşluq günəşinin hər tərəfə tərtəmiz həyat saçdığı bir gözəl bahar günü idi.
Nur üzlü Əfəndimiz süd qardaşı Abdullahla birlikdə evlərinə yaxın çayırlıqda quzularını otladırdı. Bir ağacın altında çəməndən yam yaşıl xalçanın üzərinə oturmuş, şirin şirin danışırdılar. Bir müddət sonra da Abdullah ağacın sərin kölgəsində yuxuya getdi.
Kainatın Əfəndisi isə, oturduğu yerdən kainatı əhatə edən bənzərsiz gözəlliklərin Yaradıcısını düşünməyə başladı. Bu sırada quzular yayıla yayıla çox uzaqlaşmışlar idi. Onları geri çevirmək üçün Peyğəmbərimiz (s.ə.s.), Abdullahın yanından ayrıldı. Bir müddət getdikdən sonra, qarşısına ağ paltarlı iki adamın çıxdığını gördü. İkisi də gülər üzlü və sevimli idilər. Birinin əlində içi karla dolu qızıl bir tas vardı. Nur üzlü Əfəndimizin yanına yavaşca yaxınlaşdılar. Onu tutub İlahi bir xalça kimi dayanan yam yaşıl çəmənlərin üzərinə uzatdılar. Əfəndimizdə nə səs, nə səda, nə də təlaş vardı. Bu gülər üzlü, bu təmiz simalı və bu sevimli insanların özünə pislik etməyəcəyini bilirdi.
Ağacın sərin kölgəsində yatmaqda olan Abdullah bu sırada oyandı. Mənzərəni görüncə olanca sürətiylə təlaşlı təlaşlı evə vardı. Gördüyü mənzərəni ana və atasına izah etdi. Həyəcan və təlaşlarından, evlərindən necə çıxdıqlarının fərqində belə olmayan Həlimə ilə əri, bir anda Peyğəmbərimiz (s. ə. s. )in yanına gəldilər. Lakin, Abdullahın izah etdiklərindən əsər yox idi. Ortalıqda heç kim görünmürdü. Çünki, gələnlər aldıqları  vəzifələrini bir anda bitirib, gözdən itmişdilər. Yalnız ayaqda dayanan Kainatın Əfəndisinin rəngi açıq idi və gülümsəyirdi.
Çox təlaşa qapılan Həlimə və əri,
"Nə oldu sənə balam?" deyə soruşdular.
Kainatın Əfəndisi bunları izah etdi:
"Yanıma ağ paltarlı iki adam gəldi. Birinin əlində içi karla dolu bir tas vardı. Məni tutdular, sinəmi yardılar. Ürəyimi də çıxarıb yardılar. Ondan qara bir qan laxtası çıxarıb bir tərəfə atdılar. Sinəmi və ürəyimi o karla təmizlədikdən sonra ayrılıb getdilər. "1
Aradan illər keçəcək, özlərinə peyğəmbərlik vəzifəsi veriləcəkdi. Bir gün Səhabələrdən bəziləri,
"Ya Rəsulullah, bizə özünüzdən bəhs edərsinizmi?" deyəcəklər; Rəsulullah da,
"Mən atam İbrahimin duasıyam. Qardaşım İsanın müjdəsiyəm. Anamın isə yuxusuyam. O, mənə hamilə ikən Şam saraylarını işıqlandıran bir nurun özündən çıxdığını görmüşdü" dedikdən sonra, bəhsi keçən hadisəni də belə izah edəcək:
"Mən, Sad min Bekroğulları yanında əmizdirilib böyüdüldüm. Bir gün süd qardaşımla birlikdə evimizin arxasında quzuları otladırdıq. O sırada yanıma ağ paltarlı iki adam gəldi. Birinin əlində içi karla dolu bir qızıl tas vardı. Məni tutdular, sinəmi yardılar. Ürəyimi də çıxarıb yardılar. Ondan qara bir qan parçası çıxarıb bir tərəfə atdılar. Sinəmi və ürəyimi o karla təmizlədilər. "2
Bu hadisə ilə Peyğəmbər Əfəndimizin mübarək ürəyi, İlahi bir nur və Cənabı Haqq tərəfindən bir rahatlıq və bir ruh ilə genişlədilmiş olurdu. Eyni zamanda Rəsulullah Əfəndimizin nəfsi o yaşından etibarən qüdsi duyğular və İlahi nurlar ilə tə'yid edilərək, hər cür vəsvəsə və şübhədən təmiz hala gətirilirdi. Burada bunu da xatırlatmaq lazımdır ki, ürək yalnız şam qozası kimi bir ət parçası olaraq düşünülməməlidir. O, bir lətifə-i Rəbbaniyədir. Məsələyə işıq tutması baxımından Bədiüzzaman Həzrətlərinin ürək ilə əlaqədar bu şərhini də nəzərlərə ifadə etməkdə fayda vardır:
"Ürəkdən məqsəd, sanevberi (şam qozası) kimi bir ət parçası deyil. Ancaq, bir lətifə-i Rəbbaniyədir ki, məzhəri hissiyyatı, vicdan; makesi əfkarı, beyindir. Buna görə də, o lətifə-i Rabbaniyəyi tazammun edən o ət parçasına ürək təbirində belə bir lətafət çıxır ki; o lətifə-i Rabbaniyənin insanın mənəviyyatına etdiyi xidmət, cisimi sanevbərinin cəsədə etdiyi xidmət kimidir. Bəli, necə ki, bütün köçürü bədənə maü'l-hayatı nəşr edən o cisimi sanev bəri, bir maşını həyatdır; və maddi həyat onun işləməsiylə qaimdir; tünddəyə uğradığı zaman cəsəd də sükuta uğrayar. Həmçinin o lətifə-i Rabbaniyyə a'mal və əhval ilə canlandırar, işıqlandırar; nuru imanın sönməsiylə mahiyyəti, meyiti qeyri mütəhərrik kimi bir heykəldən ibarət qalar." 3
Aydın olan odur ki, maddi ürəyin iman, elm, hikmət, şəfqət kimi mənəviyyat ilə yaxın əlaqəsi vardır. Eyni şəkildə, maddi təmizliyin də mənəvi təmizlik ilə münasibəti mövcuddur. Beləliklə Rəsulu Əkrəm Əfəndimizin maddi ürəyinin yuyunub təmizləndikdən sonra elm, hikmət, İlahi nur və feyizlərlə doldurulmasını qeyri-adi görməmək lazımdır. 4

1. Sire, 1/174; Tabakat, 1/112; Taberi, 2/128
2. Sire, 1/175; Taberi, 2/128
3. Bədiüzzaman Səid Nursi, İşaratü'l-İ'caz, s. 79
4. Baxın: Məhəmməd Həmdi Yazar, Haqq Dini Quran Dili, 8/5911-5915

Salih Suruç
 



01-05-2010 12:51:18

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz