Ana səhifə

Sekeratı ölüm, ölüm anında çəkilən çətinliklər haqqında məlumat verərsiniz?


YazdırSend to friend
Sual Detayı: 
Sekeratı ölüm, ölüm anında çəkilən çətinliklər haqqında məlumat verərsiniz?
Cavab: 

Sekr adam ilə ağlı arasına girən, ağlı aradan qaldıran bir hal deməkdir ki, ağlı aradan qaldıran sərxoş edici maddələrə ümumiyyətlə "müskir" ya da "musekkir" adı verilməkdədir. Bu söz qəzəb, eşq, əzab, dalğınlıq və ya bir ağrıdan ötəri gələn huşunu itirmə üçün də istifadə edilməkdə və bu hala da "sekr" deyilməkdədir ki, buradakı qəsdimiz budur. Yəni burada "sekr" ən çoxluğu olan "sekerat" ilə, öləm anındakı izdirab və huşunu itirmələr nəzərdə tutulmaqdadır .

 

Buna görə, Quranı bir termin olan "Sekeratü'l-Mevt" termini "İnsanın ölumünə dəlalət edən ölüm sərxoşluğu" mənasını verər.

 

Hamımızın bildiyi kimi ölüm, ruhun cəsəddən ayrılışıdır ki, ölümün sekeratı vardır. Necə ki ayədə ölümdən qaçan insanlara bir gün mütləq bu sekeratı ölümün gələcəyi bildirilmişdir.

 

Hz. Aişə anamızdan rəvayət edildiyinə görə, Peyğəmbərimiz (s.ə.s.) ən son xəstəliyində yanında bir qab içərisində su vardı. Rəsulullah (s.ə.s.) mübarək əllərini suya salıb üzünə sürtür və belə deyirdi: "Allahdan başqa ilah yoxdur. Şübhəsiz ölümün sekeratı vardır." sonra əllərini qaldırıb : "Refiku'l-A'la'da" deyir, ta ki ruhu alınıb əli aşağıya düşüncəyə qədər.

Hz. Aişə anamız deyir ki; "Mən Hz. Peyğəmbərin, vəfatında çəkdiyi izdirabı gördükdən sonra asan ölməsindən ötəri kimsəyə qibtə etməm" Digər bir rəvayətdə də Hz. Aişə: Rəsulullah (s.ə.s.), mənim mədəmlə boğaz çuxurum arasında (sinəmdə) olduğu halda vəfat etdi. Rəsulullah (s.ə.s.) deyil gördüyüm şeydən sonra, ölümün şiddətini kimsə üçün çirkin saymam." demişdir.

 

 

 

Dos. Dr. Süleyman Torpaq, Ölümdən Sonrakı Həyat



29-12-2009 08:56:57

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz