Ana səhifə

Şeytanın tərəfdarlarının əksər hallarda qalib gəlməsinin sirri və hikməti nədir?


YazdırSend to friend
Sual Detayı: 
Sual: Şeytanların kainatda icad baxımından heç bir müdaxilələri olmadığı, həm Cənabı-Haqqın rəhmət və mərhəməti haqq əhlinə tərəfdar olduğu, həm haqq və həqiqətin cazibədar gözəllikləri əhli haqqa qüvvət və təşviq olduğu halda, həm inkarın iyrənc çirkinlikləri zəlalət əhlini ürkütdüyü halda, şeytanın tərəfdarlarının çox zaman qələbə çalmasının hikməti nədir? Və haqq əhlinin, hər vaxt şeytanın şərindən Cənabı-Haqqa sığınmasının sirri nədir?
Cavab: 

Əksər hallarda zəlalət və şər, mənfidir və təxribdir və yoxluqdur. Və mütləq əksəriyyət ilə hidayət və xeyir, müsbətdir və təmirdir və var olmaqdır.

Xeyir və var olmaq, çox şərt və səbəblərin bir araya gəlməsi ilə yaranan və var ola bilməsi üçün qüdrət və elm kimi sifətlərə möhtac olan bir hadisədir. İnsan bu şərtləri və səbəbləri hazırlayacaq qüdrət və elmə sahib olmadığı üçün, xeyirdə əli qısadır. Əlindən yalnız dua, iman, şüur və niyyət gəlir. İnsan digər var olma şərtlərini formalaşdıracaq bir mahiyyətə sahib olmadığı üçün, xeyirə icad nöqtəsində sahib olmaqda aciz və zəifdir. Binanın iyirmi usta ilə iyirmi gündə tikilməsi kimi.

Şər və yoxluq; Bir şərtin ləğv edilməsi və bir vəzifənin tərk edilməsi ilə baş verir. Yəni bir şeyi yox etmək, o şeyin bir şərtini ləğv etməklə ola bilər.

Məsələn; İnsanın həyatı bütün kainat fabrikinin işləməsi və çalışması ilə mümkün olduğu halda, həyatın sönməsi bir şərtin ləğvi ilə, ya da bir vəzifənin tərk edilməsi ilə ola bilər. Nəfəs almasa, yemək yeməsə insan ölər.

Kafir və zalımların peşəsi təmir və həyat vermək deyil, dağıtmaq və yox etməkdir. Dağıtmaq və yox etmək üçün də çox az məsrəf və ya cüzi bir iş kifayətdir.

Zəlalət və şərr yüz hisədən ibarətdirsə, bunun doxsan doqquzu yoxluq və mənfidir. Bir hissəsi isə yaratılma nöqtəsidir ki, yaradan Allah olduğu üçün, bu hissəyə mənfi və yoxluq deyilə bilməz. Şəri yaratmaq şər və mənfi deyil, onu iradə ilə yiyələnib işləmək şər və mənfidir.. Yəni şərin və inkarın yüz payından bir payı Allaha məxsusdur ki, bu pay şərin yaradılmasıdır. 

Xeyir və hidayətin də yüz cüzü varsa, bunun doxsan doqquzunu yaradan Allahdır. Geriyə tələb və istəmək cüzü qalır ki, bu qula aid bir hissədir. Yəni insanın ibadət və hidayəti yaratmaq nöqtəsində heç bir müdaxiləsi yoxdur, sadəcə bunları istəmə və tələb etmə payı vardır ki, bu da cüzi iradəsi ilə olur. "Əksəriyyət" təbiri ilə xeyir və hidayət üzərində insanın bu kiçik payı ayrı tutulur.

Hər kəsə malumdur ki, iyirmi adamın iyirmi gündə tikdiyi bir binanı, bir adam bir gündə viran edər. Bəli, bütün təməl orqanların və həyat şərtlərinin var olması ilə varlığı davam edən insan həyatı Xaliqi- Zülcəlal-ın qüdrətinə məxsus olduğu halda, bir zalımın, bir üzvü kəsməsiylə, həyata nisbətən yoxluq olan ölümə o insanı məhkum edər. Onun üçün, ət-təxribu əshəl (təxrib asandır) dərbi-məsəl hökmünə keçmiş.

İnsanın əlindəki zəif və nisbi olan iradə; Şərdə tam bir cinayətkar kimi təxribat edə bilər. Çünki şər yoxluğa adi, xeyir isə varlığa aiddir. Buna görə insan şərdə və günahda aktiv ikən, xeyir və yaxşılıqda isə passivdir.

Şeytan xeyir və varlıq nöqtəsində bir heçdir, lakin şər və yoxluq nöqtəsində vəziyyət fərqlidir. Məsələ, şeytanın gücü və qüvvəti deyil, onun peşəsi olan yoxluq və dağıtmaqdır. Yəni şeytanın peşəsi şər və təxrib olduğu üçün, güclü kimi görünür. Təxrib və şər bir şərtin tərk edilməsi ilə ola biləcək bir şeydir, məhz, şeytan o nöqtədə insanı aldatmaqla çox böyük dağıntıların və təxribatların qarşısını açıb muzdlu qatili ola bilir. Şeytan şəxsi və hiyləsi nöqtəsindən çox zəifdir; Amma səbəb olduğu məhv və təxribat o dərəcə dəhşətli ola bilir. Ayənin zəif deyə işarə etdiyi şeytan və hiyləsidir, yoxsa onun səbəb olduğu ziyan və təxribat deyildir.

Digər bir məqam; İnsanın fitrətində nəfs, şəhvət və qəzəb kimi elə dəhşətli hisslər var ki, bu hissiyatlar daima şeytanı dinləyir və onun hiyləsinə aldana bilir. Necə ki kiçik bir açar, böyük bir motor mexanizmini işlədir isə, şeytanın zəif hiyləsi də insanın nəfs mexanizmini işə salıb hərəkət etdirir və nəticədə böyük dağıntı və təxribatlara səbəb ola.

Məhz bu sirrdəndir ki, dəlalət əhli, həqiqətən zəif bir qüvvət ilə çox qüvvətli əhli haqqa bəzən qalib olur. Amma əhli haqqın elə möhkəm bir qalası var ki, onda tahassun etdikləri vaxt, o müdhiş düşmənlər yanaşmazlar, heç bir şey edə bilməzlər.

Əgər müvəqqət zərər versələr, “Gerçək yaxşı nəticə təqva sahiblərindir.” (A’râf Sûrəsi, 7:128.)

sirri, əbədi bir savab və mənfəətlə o zərər kompensasiya edilir. O mətn qala, o təhlükəsiz istinadgah isə, şəriəti -Məhammədiyyə və sünnəti- Ahmədiyədir (a.s.m).



22-10-2017 05:45:07