Ana səhifə

Şiəliyin doğuşu necə olmuşdur?


YazdırSend to friend
Sual Detayı: 
Şiəliyin doğuşu necə olmuşdur?
Cavab: 

Ən böyük hidayət məşəli olan Quranı Azimüşşanın nazil olması ilə bütün insanlıq aləmində yeni bir aləm başlamışdı. İnsanlar ürək və ruhlarının təbii ehtiyacı olan “Haqq Din”ə qovuşma sevinci içində idilər. Şirkdən tövhidə, zülmətdən nura, xurafatlardan həqiqətə, cəhalətdən elmə qovuşmuşlar. Quranın həyatı prinsipləri, onları hər an maddi və mənəvi ucalığa doğru aparırdı.

 

Rəsulu Əkrəm Əfəndimizin dövründə İslam Məkkə, Mədinə, Hicaz və ətraf  bölgələrdə mütləq hakimiyyətini qurdu. Artıq cəhalət və zülmət dövrü, yerini səadət və nur dövrünə buraxmışdı.

 

Hz. Əbubəkr və Ömər (r.ə.) dövrlərində qısa zaman içərisində edilən bənzərsiz fəthlərlə Suriya, Misir, İraq və İranın fəthinə müvəffəqiyyətli olundu.

 

Bu böyük inkişaf, İslam düşmənlərinin, xüsusi ilə Yəhudilərin həsəd və kinlərini qabartdı. Yəhudilər, İslamın qısa zamanda göstərdiyi böyük inkişaf qarşısında dəhşətə qapılır və beyinləri çatlayacaq kimi olurdu. Üstəlik bir çox Yəhudi camaatlarının İslama girişi də onları tamami ilə dəli etdi. İslamın bu sürətli və parlaq yayılışı mütləq dayandırılmalı idi.

 

Vaxtı ilə, Xristianlara qarşı dəzgahlanan oyunun, indi Müsəlmanlara qarşı oynanması lazım idi. Uzun müzakirələrdə oldular və sonunda Mədinədə İbni Səbanı səhnəyə çıxardılar. Abdullah İbni Səba hahambaşıydı və böyük bir komitəçi idi.

 

İbni Səba, təxribat proqramını başlıca iki əsas üzərinə qurdu. İlk olaraq, Müsəlmanlar arasında ayrılıq çıxarmaqla, İslamın inkişafına mane olacaq; ikinci mərhələdə İslami inanc və etiqada xurafatlar qataraq, onlar arasına, qiyamətə qədər sürəcək bir fikir ayrılığı soxacaqdı. Bu iki hədəfin reallaşması üçün komitələr quracaq və onlar vasitəçiliyi ilə Müsəlmanlar arasındakı birlik ruhunu, məhəbbət, uhuvvet kimi mənəvi bağları zəiflədərək ortadan qaldırmaq üzrə sıx fəaliyyət göstərəcəkdi. Hər bir ifsat mərhələsinin arxasından dərhal vəziyyət qiymətləndirməsi ediləcək, planlanan hədəflərlə alınan nəticələr nəzarət ediləcək, dəyişən və inkişaf edən şərtlər altında yeni hədəflərin reallaşması üçün yeni planlar ediləcək və tətbiq sahəsinə soxulacaqdı.

 

İbni Səba, Müsəlmanlar arasında çıxardığı ixtilaflarla və iç hərblərlə birinci məqsədinə tam müvəffəq olmuşdu.

 

İbni Səba, bu vətəndaş müharibələri ilə əsas məqsədinə yaxınlaşmış olurdu. Çünki onun əsl məqsədi, İslam inancına xurafatlar soxaraq onu öz safından çıxarmaq idi.

 

Bu gün döyüşən möminlər sabah barışa bilər və təkrar bir araya gələrək İslam birliyini yenidən təsis edə bilərdilər. Müsəlmanlar arasında da qiyamətə qədər davam edə biləcək bir ayrılıq çıxararaq onları inanc cəhətdən parçalamaq, ayırmaq zərurət edirdi. İndi ediləcək ən əhəmiyyətli iş, inancları əsl xəttindən azdırmaq üçün dinə xurafatlar soxmaq idi. İbni Səba bu işə, “Əhli Beyt” söhbətini istismar etməklə başladı. Əhli Beytin ən qızğın bir tərəfdarı olaraq səhnəyə çıxdı. Xilafətin başdan bəri Hz. Əlinin haqqı olduğunu və ondan haqsız olaraq qəsb edildiyini ətrafa yaydı. Hz. Əli və övladlarını, “İlahlar Xanədanı” halına gətirərək İslam Dinini Xristianlıqda olduğu kimi tövhid əsasından azdırmağa təvəssül etdi. Sonunda, İbni Səba başçılığındakı bir qrup, Hz. Əlinin (r.ə.) hüzuruna çıxaraq ona: “Sən Rəbbimizsən, İlahımızsan,” dedilər. Hz. Əli, bu müşriklərin bir qisimini yandırtdı. İbni Səbanı isə, ordu içində tərəfdarlarının çoxluğu səbəbi ilə, fitnə və zəifliyə gətirib çıxaracağı narahatlığından, yandırtmaqdan imtina etdi. İranın köhnə hökumət mərkəzi olan Medayinə sürgün etdirdi.

 

Çox təəssüf ki, Medayin, İbni Səbanın pozğun fikirlərinin çıxarılmasına çox uyğun bir zəmin idi. İbni Səba burada, vaxtı ilə Hz. Əlidən qaçan Xaricilərlə görüşdü və rəisləri Evfa oğulunu tapdı. Evfa oğulunun Hz. Əliyə qarşı bir hərəkətdə olmaq istədiyini anlayınca, ona: “Belə bir hərəkətlə Əlini məğlub edə bilməzsiniz, ancaq siz məğlub olarsınız.” dedi. Evfa oğulu, İbni Səbaya fikirini soruşduqda, o da: “Üç fədai ilə bu işi həll edərik.” dedi.

 

Bu danışmadan sonra, Hz. Əli, Hz. Müaviyə və Hz. Əmr İbnül-Asın öldürülməsində razı qaldılar. Bu məqsədlə üç sui-qəsdçini yola çıxardılar. Üç səhabə, Ramazanın 17-ci günü səhər namazını qılacaqları sırada öldürüləcəkdilər. Təqdiri İlahi ilə Hz. Müaviyə və Əmr İbnül-As bu sui-qəsddən xilas oldular. Lakin İbni Mülcem adlı sui-qəsdçi Hz. Əlini, şəhidliyinə səbəb olan zəhərli bir qılınc ilə yaralamağa müvəffəq oldu.

 

İbni Səba, İbni Mülcemi Hz. Əlini öldürtmək üzrə yola çıxardıqdan sonra, Məymun oğlunu bir neçə adamı ila Kufəyə göndərmişdi. Məymun oğlu orada: “Əli ölmədi, uruç etdi, səmaya çıxdı. İndi o, buludların üzərindədir. Çox keçmədən geri dönəcək və qılıncı ilə bütün dünyaya ədalət paylayacaq...” kimi xurafatlar yayacaqdı.

 

İbni Səba, yaxın iş yoldaşları ilə birgə İranda edəcəkləri xəyanət fəaliyyətlərinin planlarını hazırladılar və işə qoyuldular. Ogünkü ictimai vəziyyət də onların bu planlarını tətbiqə son dərəcə əlverişli idi. Belə ki:

 

İslam çox qısa bir zamanda geniş bir sahəyə yayılmışdı. Bu dərəcə geniş və məşhur bir coğrafiya üzərində İslamın bütün məna və incəliklərini, hikmət və həqiqətlərini, yeni Müsəlmanlığı qəbul etmiş millətlərə, intiqal etdirmək, mizaçları fərqli qövmləri İslami putada əritmək və yoğurmaq, hələ yeni qurulmuş bir İslam Dövləti üçün fövqəladə çətin bir iş idi. İslamın çatdığı hər yerdə, İslama kütlələr halında qatılmalar olurdu. Hərçənd bu vəziyyət, Müsəlmanları sevindirirdi. Lakin, mənəvi xəmir lazımlı şəkildə yoğurula bilmir, ideal mənada Müsəlmanlar çox yetişə bilmir, bu səbəbdən də ideal hiss və yaşayış baxımından Müsəlmanlar arzu edilən konsistensiyada inteqrasiya oluna bilmirdi. Xalq təbəqələri, işlənməmiş xam torpaq kimi idilər. Bu vəziyyət, xüsusi ilə özünü İranda açıq bir şəkildə göstərirdi.

 

Yeni Müsəlman olmuş kəslər, köhnə səhv inanclarından tamamı ilə xilas olmuş deyildilər. Əsrlərdən bəri gəlmiş xurafat və batil inancların təsirində qalaraq ruhları, ağılları, ürəkləri boyanmış bu insanlara İslamın qorxudan, saxtalardan və xurafatdan uzaq olan aydın, dəqiq, saf həqiqətlərini olduğu kimi qəbul etmək xeyli çətin gəlirdi. İslam bu fanatik insanlar tərəfindən haqqı ilə həzm edilə bilmir və haqq din ürəklərə və hisslərə tam mənası ilə yerləşmirdi. Pisxoloji olaraq istəyirdilər ki köhnə inanclarını, ənənə və adətərini də İslamla birlikdə davam etdirsinlər. Digər tərəfdən, xilafət mövqeyi də, bu ölkədə xəbərdarlıq və irşat xidmətini lazım olan səviyyədə edə bilmirdi. O diyarlardakı insanlara, İslamı bütün təşkilatları ilə yerləşdirmə və onların şübhə və tərəddüdlərini aradan qaldırma xidməti, böyük ölçüdə axsayırdı. Çünki, İslam çox geniş bir sahəyə yayılmış, səhabələrin böyük bir qismi iç fitnələrdə vəfat etmiş, digər bir qismi uzlət həyatını seçmiş, bir qismi də ictimai həyata müdaxilə edə bilməyəcək qədər yaşlanmışdı.

 

Bu əhəmiyyətli vəzifənin laqeydlik edilməsi nəticəsində, bu yeni diyarlar uzun müddət sahibsiz qaldı. Fəth zamanında aldıqları ilk feyz və elmlə Qurana və imana aid həqiqətləri hamısı ilə anlaya bilməmişlər idi.

Yəhudi kimi fitnəçi bir qövm, bu ictimai vəziyyətdən faydalanmağı bacardı.

 

İbni Səbanın, İranda mənfi fikirlərini yerləşdirməsində əhəmiyyətli bir faktor da xalqın psixoloji quruluşu idi. Onların iç dünyasında, ağıldan çox hiss hökm edirdi. Könülləri həqiqətdən çox əfsanə və xurafatlara açıq idi.

Digər tərəfdən əsrlərcə sürən səltənətlərinin və milli qürurlarının, vaxtilə kölə hesab etdikləri Ərəblər tərəfindən söndürülməsini də heç cür həzm edə bilmir, ağıl planında olmasa belə, hiss planında İslama qarşı bir həzmsizlik göstərirdilər.

 

İbni Səba, bütün bu faktorları qiymətləndirməsini bildi. Yoldaşlarını yığaraq onlara, “Biz əsl hərbə yeni başladıq. Bilmiş olun ki, bu, Müsəlmanlar arasında qiyamətə qədər davam edəcək bir döyüşün başlanğıcıdır. İndi, biz Əlini təqdis edəcəyik və etdirəcəyik. Ona, yerinə görə ilahlıq yaraşdıracağıq, yerinə görə peyğəmbərdir deyəcəyik, yerinə görə də xilafətin, Əlinin haqqı olduğunu, lakin Əbubəkr, Ömər və Osmanın onun bu haqqını qəsb etdiklərini izah edəcəyik.”

 

İbni Səba və yoldaşları, bu qərarı aldıqdan sonra ətrafındakı adamlarını, bu fikirləri yaymaq üzrə vəzifələndirdilər. Bunlar, “Xilafət Əlinin haqqı idi. Xilafətə layiq Əli və övladlarıdır. Bu haqq, onlardan qəsb edildi. Üç xəlifə, xüsusi ilə Ömər, bu haqqı qəsetməklə Allahın iradəsinə qarşı gəldilər... Allahın iradəsinə itaət üçün Əlidən yana çıxmaq lazımdır...” deyə təlqinlərə başladılar. Bu təlqinlər, xalq tərəfindən qəbul görüncə, daha da irəli gedərək insanlara ilahlıq isnad edən “Hulul Əqidəsini” İslam inancına soxmaq üçün səy göstərdilər. İslam inancını əsl xəttindən azdıraraq, tövhid əqidəsinə döşəməyə zidd bir inanışı yaymağa başladılar. “Hulul Əqidəsi” İranlıların köhnə dinlərində də vardı. Bu baxımdan, bu batil etiqad onlarda asanlıqla tərəfdar tapdı.

 

Əvvəl, Hz. Əliyə (r.ə.) ilahlıq izafə etdilər. Daha sonra, bu ilahlığın, onun övladlarına da intiqal etdiyi iddiasında oldular və nəticədə İranda bir ilahlar xanədanı ortaya çıxdı.

 

Hz. Əlinin (r.ə.) vəfatında İbni Səba, “Ölən Əli deyil, onun surətinə girən bir şeytandır. Əli indi göylərə çıxmış və buludlar üzərində taxt qurmuşdur.” deyərək onun ölümünə hulul əqidəsi paralelində bir şərh gətirdi.

 

Beləcə, Misirdə “Sebeiyye Məzhəbi”nin qurulması ilə toxumu atılan Şiəlik, İranda yaşıllaşmağa, inkişafa başladı. Və bundan iyirmidən çox təriqət törədi.

 

Məmməd Qırxıncı



06-02-2010 03:42:47

Düğüme özel