Ana səhifə

Şiəliyin pozulma səbəbi nədir?


YazdırSend to friend
Sual Detayı: 
Şiəliyin pozulma səbəbi nədir?
Cavab: 

Şiəlik əslində bir təriqət və ya məzhəb deyil. Əhli Beyt məhəbbətini əsas alan bir təriqət şəklində ortaya çıxmışdır. Məsələnin tarixi seyrinə baxdığımızda Şiəliyin bir təriqət şəklinə inkişafı belə olmuşdur:

 

Teymur, Osmanlı Sultanı İldırım Bəyaziti məğlub etdikdən sonra Anadoludan götürdüyü otuz minə qədər əsiri İrana aparmışdı. Bunları Ərdəbilə yerləşdirmişdi. Bunlar zamanla, Şah İsmayılın babası olan və Ərdəbil Şeyxi olaraq da bilinən Şeyx Əliyə intisap etdilər və ondan təriqət dərsi aldılar. Bir müddət sonra Teymur, hərdənbir ziyarətə getdiyi Ərdəbil Şeyxinin özündən bir arzusu olub olmadığını soruşduğunda, şeyx, "Heç bir diləyim yox, yalnız Anadoludan əsir olaraq gətirmiş olduğun Türkləri sərbəst buraxmağını istəyirəm." dedi. Teymur, şeyxin bu arzusunu məmnuniyyətlə qəbul etdi və onları sərbəst buraxdı.

 

Bu əsirlər, bu vəsilə ilə, şeyxə olan məhəbbətlərini həddindən artıq dərəcədə çoxlaşdırdılar. Şeyxin bu sufilərinin bir qisimi Anadoluya döndü, bir qisimi də Ərdəbildə qaldı. Ərdəbil Şeyxi, Anadoluya dönən bu müridləri ilə əlaqəsini davam etdirdi. Ərdəbil Şeyxinin təriqətində "Hz. Əli məhəbbəti" əsas alındığı üçün, bu təriqətə davam edənlər Hz. Əli sevgisi ilə tamamən boyandılar. Bunlara bu xüsusiyyətlərindən ötəri "Şiə" deyildi.

 

Əslində bu əsirlərin əcdadları və özləri, bu təriqət ilə bağ qurana qədər, Əhli Sünnə inancında idilər. Bu təriqətlə əlaqələrini sıxlaşdırdıqdan sonra, tamamı ilə Ərdəbil təkkəsinin əmrinə girdilər. Oradan gələn hər əmri, hərifiyyən yerinə yetirməyə səy göstərdilər. Belə ki, bu müridlər vergi, sədəqə və zəkatlarını belə Ərdəbilə təsis etdilər.

 

Bunların bu fədakarca səyləri və qarşılıqlı dialoqları, gedib gəlmələri davam etdi. Hətta Ərdəbildən göndərilən və şeyxin "xəlifəsi" olaraq adlandırılan şəxslər, Anadoluda "nəzir" və "sədəqə" adı ilə pul yığır və bu pulları gizli olaraq İrana göndərirdilər. Beləcə Ərdəbil Şeyxinin təkkəsi getdikcə genişləyir, müridləri çoxalırdı.

 

Bu Şeyxin əsl məqsədi, gərək İranda, gərəksə Anadoluda müridlərini çoxaldaraq irşat postundan səltənət taxtına, şeyxlikdən şahlığa keçmək idi. Ancaq bu arzusuna nail ola bilmədən ölüncə, yerinə oğlu Şeyx Cüneyd keçdi. O da atasının gizli əməlini davam etdirməyə davam etdi. Bunu hiss edən o zamanın İran hökmdarı Cinahşah, onu İrandan çıxartdı. Bunun üzərinə Şeyx Cüneyd Anadoluya gəldi. Onun altı il davam edən bu Anadolu ziyarəti, təriqətinə çox mürid qazandırdı.

 

Yalnız bir şeyx deyil, eyni zamanda bir "seyid" ünvanı ilə də gəzdiyi üçün gözlədiyinin çox üstündə tərəfdar yığdı. Artıq Ərdəbil təkkəsi Anadoluda güclənmiş, kiçik hesab edilməyəcək qədər böyük bir təsir sahəsinə sahib olmuşdu.

 

Şeyx Cüneyd də atasının aqibətinə uğradı. Yerinə keçən oğulu Şeyx Haydar da eyni məqsədi izlədi. Bütün səy və ehtiraslarına baxmayaraq o da siyasi məqsədinə çata bilmədi. Nəhayət oğlu Şah İsmayıl, atasının və babalarının yuxularını reallaşdırmağa təəssüf ki, müvəffəq oldu. 13 yaşında ikən Anadoludakı müridlərindən təşkil etdiyi bir ordu ilə, o gün İranda hakim olan Ağqoyunlulara hərb elan etdi və Ağqoyunlu  hökmdarını aşırdaraq irşat postundan səltənət taxtına çıxmağa müvəffəq oldu və Səfəvilər Dövlətini qurdu.

 

Həqiqət budur ki, Kitab və Sünnəni bilən və gərəyi kimi yaşayan həqiqi bir Şiə, ancaq Allahı Təalanı məbud olaraq tanıyar. Özünü, İslamın bir fərdi olaraq bilər, Peyğəmbərimizi, ən son Peyğəmbər, Qurani Kərimi də son səmavi kitab qəbul edər. Bu süni ayrılığın ortadan qalxmasının tək yolu, Quranın işığı altına girmək və Onu yeganə ölçü qəbul etməkdir. Necə ki Cənabı Haqq Qurani Kərimdə, "Hamınız Allahın ipinə sıx sıx sarılın və ayrılmayın." buyurmaqla, bütün Müsəlmanların Quran ətrafında toplanmasını əmr etməkdədir. Müsəlmanların birlikləri ancaq beləcə təmin edilə bilər, ayrılıqlar Onun prinsipləri ilə ortadan qaldırıla bilər. Hər cür xurafat və boş sözlərdən ancaq beləcə uzaq qalına bilər.

 

 

Məmməd Qırxıncı



06-02-2010 03:41:19