Ana səhifə

Şübhə nədir və bir qisim insanların narahat olduğu qədər qorxulacaq bir şeydirmi?


YazdırSend to friend
Sual Detayı: 
Şübhə nədir və bir qisim insanların narahat olduğu qədər qorxulacaq bir şey ola bilərmi?
Cavab: 

   Şübhə, insanı gizli gizli gəmirən və yavaş-yavaş ölümə aparan, qorxunc bir xəstəlikdir. İnsan; bir dəfə inanc, düşüncə və təsəvvürləri ilə özünü bu xəstəliyə qapdırdımı, artıq həyatî bütün funksiyalarıyla, rûhî bütün duyğularıyla iflic olmuş sayılar.

    Şübhə və şübhəçiliyin iki təmələ əsaslandırılması mümkündür:

    1. İrâdî olaraq mənimsənilən, keçmişdəkilərin reybîlik dedikləri şübhəçilik;

  2. Daxili idrak və xarici müşahidə natarazlığından; niyyət və nəzər inhirâfından (sapmaq); məlumatda, bilgidə tərkib qabiliyyətinə sahib olmamaqdan ortaya çıxan digər bir şübhəçilik ...

    İkinci bənd şübhəçilik, demək olar ki hər yerdə üzərində durduğumuz bir mövzudur və qənaətimcə aradan qaldırılması də mümkündür. Birinci bənddəki şübhəçilik isə, bir fitrət, xilqət xəstəliyidir. Bu növ şübhəçilər üçün Spinoza; "Həqiqi reybi'nin (şübhəçi)  vəzifəsi susub oturmaqdır." demişdi. Kaş ki bu nəsihəti dinləmiş olsaydılar. Heç olmazsa zərərləri başqalarına toxunmaz; sadəcə nəfslərinə müstəsna qalardı.

   Faktiki şübhənin, bir də elmi məqsəd ilə şərtləndirilmiş və müvəqqəti olanı vardır ki, o cür şübhəyə kimsənin deyəcəyi bir şey yoxdur. Gəl ki, bizim burada xəstəlik dediyimiz şübhə, Dr. Paul Sollierin də ifadə etdiyi kimi "həll edilməsi qeyri-mümkün və həll edilə bilməyəcək kimi olan şübhədir." Belə bir şübhə, davamlı olaraq şüurumuzu təzyiq altına alar və davam edər. Sonra bütün əhval-i rûhiyemizi və bütün zehni fəaliyyətlərimizi iflic edər. Bu hala gəlmiş bir insan ruhu, min bir tərəddüdün mərkəz nöqtəsi olduğu kimi, min bir qərarsızlığın, iç-içə kəsişib durduğu qarmaqarışıq və içindən çıxılmaz yollara bənzəyir.

     Şübhələrini aşa bilməmiş və onlara söz dinlədə bilməmiş bir insan üçün; fiziki iqtidarsızlıq, zehni və əxlaqi qarışıqlıq və inhiraflar qarşısı alınmaz, qaçınılmaz hadisələrdəndir.

    Şübhə insanın davranışlarında qatılıq, ruhunda sıxıntı və bacarıqsızlıq hasil edər. Buna görə də şübhəçi insanlar, bədənə aid olan işlərdə həmişə qaçmaq arzusu; yorğunluq gətirən şeylərə qarşı da nifrət göstərərlər. Heç bir iş görmədən yorulmuş bu cür tiplərə, psixiatriyanın qoyacağı diaqnozlar nə qədər iddialı olursa olsun, bunlar haqqında, daxili çatışmazlığın rolunu inkar etmək mümkün olmayacaqdır.

    Şübhənin zehin üzərindəki təsirinə gəlincə; bu xəstəliyə mübtəlâ olanlar davamlı və ciddi zehni fəaliyyət göstərə bilməzlər. Az çox beyni uzun müddət şübhə dalğalarıyla sarsılmış bir insanın səlim düşünməsi bir xeyli müşküldür. Belələrinin ən bariz xüsusiyyəti, diqqətlərinin zəifliyə uğraması, zehinlərinin aktivliyini itirməsi və yaddaşlarının sıxıntıya düşməsi kimi hallardır. Artıq, bu tiplər üçün, hər şey get-gedə qeyri mümkün bir hala çevrilər və önlərinə "olmazlardan" aşıla bilməyən təpələr çıxar. Onların önündə bir tək açıq qapı və gedilə bilən bir tək yol vardır; o da başqalarını tənqid yolu. Bununla yaşayar və bununla varlıqlarını davam etdirərlər.

   Bir də şübhənin, əxlaqı təzyiq altında tutması məsələsi vardır ki, mənə görə ən təhlükəlisi də budur. Arzu və istəklərin; ehtiras və təmayüllərin; xülasə şəxsiyyətin ən daxili və səmimi əsasını təşkil edən şeylərin məruz qaldıqları sarsıntılar və ziddiyətli dalğalanmalar, şübhəli insanların zehinlərində meydana gətirdikləri nəticələrin bir eynisini də əxlaqi sahədə meydana gətirirlər.

    Hələ, irəli dərəcədə böyük şübhəçilərdə, bəzən heç bir şeydən mütəəssir olmamaq kimi bir sərtlik, qatılıq və cansızlık hökm etdiyi kimi, bəzən də, tamamilə yıxılmış mənəvi şəxsiyyətləri etibarilə, cəmiyyət insanı olma xüsusiyyətini  tamamiylə itirərlər.

   Şübhə, ictimai nəticələri etibarilə də çox təhlükəli bir xəstəlikdir. Ətrafından və ətrafında baş verən şeylərdən şübhəyə düşmüş bir kimsə, göz görə görə özünü min bir narahatlığın içinə atar, həm özünü, həm də ətrafını rahatsız edər. Və hələ, mütərəddid və şübhələrə mübtəlâ olanların, məsuliyyət narahatlığıyla, hərəkət etməli  olduqları yerdə geri çəkilmələri və yaxud hərəkət vaxtını qaçırmaq kimi vəziyyətləri o qədər təhlükəlidir ki; bəzən bir camaatın tamamiylə məhv olmasına səbəb ola bilər. Xüsusilə əhəmiyyətli və böyük işlərdə, siyasət və hərbidə, başı tutanların tərəddüd və şübhələri millətləri və orduları batırmağa kifayətdir.

   Əslində, özündən şübhə edənin başqaları üçün bir istinatgâh olması da düşünülə bilməz; çünki, özündən şübhə edənin, necə hərəkət edəcəyi müəyyən olmadığından, arxasında bir neçə dəfə yanılmağa məruz qalmış camaat var. Bunlar onun, ən məsum və məqbul davranışlarını da həmişə şübhəylə qarşılayarlar.

   Bununla yanaşı, şübhəçilərin böyük bir qisminin "olduğu kimi" qalmaq meylində olmalarına qarşlıq, az bir qisminin da, irəli getmək, həmlə etmək səyləri kiçik hesab edilməyəcək nisbətdədir.

   Xülasə, şübhəçilərin nə düşüncələrində, nə də iş və davranışlarında etidal və müvazinət yoxdur. Onlar içində, mövqelərini, peşələrini, məmuriyətlərini məsuliyyət qorxusuyla tərk edən o qədər çox insan vardır ki (maazallah) belələri kritik bir dövrdə bir millət və bir dövləti iflic edə bilər. Bunların irəli atılmaları bir macəra olduğu kimi, qorxudan qaynaqlanan tədbirləri də bir sönüb getmə və ətalətdir. Bəzilərinə görə bu hal bir iradəsizlikdən qaynaqlanırmış kimi görünsə belə, əslində heç də elə deyil. Əslində bu hal məqsədəuyğun və ardıcıl qərar verə bilməməkdən, həyatla əlaqəli ümumi əhval və hadisələrin bizə ifadə etdiyi müxtəlif çıxış yollarından birini seçim edə bilməməkdən qaynaqlanmaqdadır.

 



05-03-2017 07:52:07

Düğüme özel