Ana səhifə

Sübh namazı.


YazdırSend to friend
Sual Detayı: 
Salam. Öncəki sualımı cavablandırdığınız üçün çox təşəkkür edirəm. Allah sizdən razi olsun. İnanin ki, mənə çox köməyiniz oldu. İndi sizi başqa bir sualla narahat etdiyim üçün bağışlayin. Bütün namazları vaxtında qılıb sübh namazlarını qəza etmək çox günahdı?
Cavab: 

Namazın fərzlərindən biri də vaxtında qılmaqdır. Bu baxımdan vaxtında qılınmayan namazlar qəzaya qalmış olar. Namazı qəzaya buraxmaq isə insanı məsul edər.

Qəzaya qalan namazın qəzasını etməklə birlikdə ayrıca tövbə istiğfarda olmaq və bir daha namazı qəzaya buraxmamağa diqqət yetirmək lazımdır.

Səhər namazı vaxtından sonrakı bir zamanda qılınsa qəza edilər. O günün səhər namazı günortaya qədər qəza edildiyi təqdirdə həm fərzini və həm də sünnəsini qəza edərik.

Qəza namazı camaatla qılınar. Ancaq bu namazı edən kişillerin eyni vaxtın qəzasını etmələri lazımdır.

Səhər namazı günortadan əvvəl qəza edildiyində vaxt içində qəza edilmiş olar. Sünnəsini qəza edərkən,

"Niyyət etdim Allah rizası üçün səhər namazının sünnəsinin qəzasını etməyə" deyilir.

Fərzini qəza edərkən,

"Niyyət etdim Allah rizası üçün səhər namazının fərzinin qəzasını etməyə" deyilir.

Səhər namazının əhəmiyyəti və fəziləti yuxu vaxtına rast gəldiyi üçündür. Hər kəsin yuxu kimi şirin və nəfsə xoş gələn bir şeyi buraxıb hər şeyin Yaradıcısına yönəlmək, Ona yalvarmaq, huşu ilə səcdəyə getmək, sonsuz aciz, zəif ikən, sonsuz qüdrət, zənginlik və qüvvət sahibi olan aləmlərin Rəbbinə söykənmək, Onu təsbeh və həmd etmək, Ona təzimdə olmaq, qüdsi bir ləzzətə, ülvi bir həzzə insanı məzhər edər. Buna nail olmaqla birlikdə Allahın hüzuruna qəbul edilmənin, ona həmsöhbət və dost olmanın, ayrıca müqəddəs bir vəzifəni yerinə yetirmənin rahatlığı və hüzuru insanın bütün mənliyini örtəcək.

Səhər namazı yuxu saatına rast gəldiyindən oyanmaq nəfsə ağır gəlməkdədir. İslam alimləri, yuxusu ağır olan kəslərin erkən yatıb namaz üçün oyanmalarını tövsiyə etmişlər. Gec saatlara qədər əylənib namazı keçirmələrini doğru görməmişlər.

Sırf qəsdi olaraq və ya laqeydlikdən yaxud qəflət və mühümsəməməkdən ötəri qəzaya qalan namazların qanuni bəhanəsi ola bilməz. Belə hərəkətlər, laqeydliklər insanı günaha aparar. İnsanın ilk hesaba çəkiləcəyi əməlinin namaz olması, bir vaxt namazını qəzaya buraxmanın bilərək və istəyərək meydana gəlmişsə cəzanı nəticə verməsi, işlədiyimiz pislik zərrə qədər belə olsa laqeydlik edilməyib bizə göstəriləcəyi həqiqəti, bizi daim diqqətə və ehtiyata sövq etməlidir.

Səhər namazına qalxa bilmək üçün hər cür tədbiri almaq lazımdır. Hətta bir səfər əsnasında, Peyğəmbərimiz (s.ə.s.) Hz. Bilalı səhər namazı üçün növbətçi buraxmışdır.

Əslində dinimizdə çətinlik yoxdur. İbadətlərimizi etmək çox asandır. Yalnız edəcəyimiz şey, diqqətli və oyanıq olmaqdır. Sırf laqeydlik üzündən namazı qılmamaq bizə çox bahalıya düşər. Səhər namazını qıldığınız gün daha canlı və şövqlü olarıq. Qılmadığımız gün isə dünyəvi işlərimizdə belə bir istəksizlik, çatışmazlıq olduğu kimi psixoloji quruluşumuzda da narahatlıq meydana gəlir. Məsələnin ührəvi məsuliyyəti isə daha kədərlidir.

Gecə yatağa girərkən maddi tədbir olaraq zəngli saatı qurmanın yanında, mənəvi tədbir olaraq da "İnna ateyna" və "Ayetelkürsi" kimi surələri oxumaq və dua etmək oyanmamıza kömək edəcək. Çünki Cənabı Haqqın bu iş üçün vəzifələndirdiyi mələklər vardır.

Onsuz da əsl məsələ, qalxmağı şüur altına yerləşdirməkdir. Dünyəvi kiçik bir mənfəət üçün lazım olduğunda yuxusuz qaldığımızı, mühüm bir iş arzuladığımız zaman oyandığımızı diqqətə alsaq, yalnız sünnəsi də "dünya və içindəkilərdən daha xeyirli" olan bir ibadət üçün nələrə dözə biləcəyimizi düşünmək çox çətin deyil. Qaldı ki bu sözü Peyğəmbərimiz (s.ə.s.) səhər namazının yalnız sünnəsi üçün söyləmişdir.

Səhər namazının vaxti ilə əlaqədar bir xüsus daha var ki, o da günəşin doğulmasına çox az bir vaxt qaldığında edəcəyimiz şeylərdir. Belə bir halda vaxt çox darsa dərhal dəstəmaz almaq lazımdır. Tualetə çıxmaq kimi başqa şeylərlə vaxt itirmək caiz deyil. Çünki namazın vaxtı çıxmaq üzrədir.
Yenə zaman qazanmaq üçün dəstəmazda yalnız fərz olan üzvləri yumaq, fərzi əda edə bilmək üçün iki rükət sünnəni tərk etmək caiz olduğu kimi, çox dar vaxtlarda vacibdir.

 



05-01-2010 05:45:36