Ana səhifə

Sübh namazını zöhrlə birlikdə qılmaq olarmı?


YazdırSend to friend
Sual Detayı: 
salam men subh namazlarini zohrle birge qila bilerenni ve qeza namazlarini dalbadal qilmaq olarmi?namaz
Cavab: 

 

  Və aleykumussalam. 

  Xeyir qıla bilməzsiniz. Hər bir namazın öz vaxtı var. Bu vaxtlar Qur`an-i Kərimdə bildirilib.

Sübh namazını qılabilməyən bir adam günəş doğulduqdan və kərahət vaxtı çıxdıqdan sonra günorta namazı girmədən qılsa həm sünnətini həm də fərzini birlikdə qəza edər.

Namazın mükəlləfə vacib olması və qılındığında da etibarlı sayılması ona bağlı olan "namaz vaxtları" nı bilməyi tələb edir. Bu vaxtlar Kitab və Sünnə ilə təyin olunmuşdur:

1) Sübh Namazının Vaxtı:

İkinci fəcrin doğmasından günəşin doğulmasına qədər olan müddət, səhər namazının vaxtıdır. İkinci fəcir; səhərə qarşı şərq üfüqündə yayılmağa başlayan bir aydınlıqdan ibarətdir. Bununla səhər vaxtı girmiş, şam namazının vaxtı çıxmış və oruc tutacaqlar üçün bu ibadət başlamış olar. Buna görə buna "Fəcr-i sadiq" deyilir. Bunun əksi, birinci fəcirdir. Bu, şərq üfüqünün ortasında yüksəklərə doğru, iki tərəfi qaranlıq və uzununa bir xətt şəklində yayılan bir bəyazlıqdır. Bu bəyazlıq qısa bir müddət sonra itir və onu bir qaranlıq izləyər. Bundan sonra ikinci sübh doğular. Bu birinci fəcrə, sabahın həqiqətən girdiyini göstərməməsi və yalançı bir parlaqlıq olması üzündən "fəcr-i kazib" adı verilmişdir. Bu fəcir gecə hökmündədir. Bununla nə işa namazı çıxmış və nə də sübh namazı vaxtı girmiş olmaz. Oruc tutacaqların bu müddət içində yeyib içmələri də caizdir.

Çünki Hz. Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurmuşdur:

Fəcr (şəfəq) iki dənədir. Birincisi yeməyi içməyi haram edən və özündə namaz qılmağı halal edən fəcrdir. İkincisi isə, sübh namazını qılmaq caiz olmayan, lakin yemək içmək halal olan fəcri kâzibdir "(əs-San`ânî, Subulus-Salam, 2. nəşr, ty, I, 115).

"Sübh namazının vaxtı ikinci fəcrin doğmasından, günəşin doğuşuna qədərdir" (Buxârî, Məvâkît, 27; Əbu Dâvûd Salât, 2; Ibn Mâcə, Salât, 2; Nəsai, Məvâkît, 15; Əhməd İbn Hənbəl, II, 210, 213, 223).

2) Günorta namazının vaxtı: Günorta vaxtı, günəşin göy üzündə çıxdığı ən yüksək nöqtədən qərbə doğru meyl etməsiylə başlayır və hər şeyin kölgəsinin bir misli uzanmasına qədər davam edər. Cisimlərin, günəş tam təpə nöqtədə ikən yerə düşən kölgəsi (fəy-i zaval), bunun xaricindədir. Günortanın bu vaxtına "əsr-ı əvvəl" deyilir. Bu, Əbu Yusuf, Imam Muhəmməd, Şâfiî, Malik və Əhməd b. Hənbəl`in görüşüdür. Əbu Hənîfə`yə görə isə, günorta vaxtı, fəy-i zaval xaricində, cisimlərin kölgəsi, iki misli uzayıncaya qədər davam edər. Bununla günorta namazı vaxtı çıxmış, əsr vaxtı girmiş olar. Buna "əsri-ı sani" deyilir.

Həcc ziyarətini yerinə yetirmək üçün dünyanın hər tərəfindən Məkkəyə gələn müsəlmanlar, namazlarını Hərəm-i Şərifdə qılmağa diqqət göstərərlər.

Cisimlərin kölgəsinin mislini hesablamada, zaval vaxtında bu cisimlərin sahib olduqları kölgə, uzunluğu etibar etmədə uzanan kölgəyə əlavə edilir.

Əksəriyyət fəqihlərin dəlili bu hədisdir: Cəbrayıl əleyhissalam, Hz. Peyğəmbər`ə namaz vaxtlarını öyrədərkən, ikinci gün hər şeyin kölgəsi bir misli olduğu zaman günorta namazını qıldırmışdır (Əbu Dâvûd, Salât, 2; Tirmizî, Məvâkît, 1; Nəsâî, Məvâkît, 6, 10,15; Ibn Hənbəl, I, 383, III, 330; Mâlik, Muvatta`, Salât, 9).

Əbu Hənîfə`nin dəlili isə, Hz. Peyğəmbər`in bu hədisidir:

"Zöhr namazını hava sərinlədiyi zaman qılın. Çünki günorta vaxtındakı istiliyin şiddəti, cəhənnəmin istiliyini xatırladar" (Buxârî, Məvâkît, 9, 10, Azan, 18). Ərəbistan bölgəsində istinin ən şiddətli olduğu zaman, hər şeyin kölgəsinin bir misli olduğu zamandır. Buna görə zöhrü yazda sərinə buraxmaq (İbrad) müstəhəb sayılmışdır (əl-Məvsilî, əl-İhtiyar, I, 38, 39; Zühayli, a.k.ə, I, 508).

Cümə namazının vaxtı da, tam günorta namazının vaxtı kimidir.

Bəli, namazların ardıcıllığına riayət etməklə qəza namazlarını dalbadal qılmaq olar. İslamiyyətdə yeni gün günəşin batması ilə başladığından namazlardakı ardıcıllıq belədir: Axşam, İşa, Sübh, Günorta, Əsr namzı.

Qəza və vaxt namazları arasındakı tərtib necə olmalıdır?

Qəza namazı nə zaman və neçə qılınır?

Qəza namazları necə qılınır?

Namazlar Hansı Vaxtlarda Qılınır?



14-09-2014 12:04:35