Ana səhifə

Sünnələrin yerinə qəza namazı qılına bilər?


YazdırSend to friend
Sual Detayı: 
Sünnələrin yerinə qəza namazı qılına bilər?
Cavab: 

Qanuni bir bəhanənin xaricində namazı qəzaya buraxan kimsə, bir səhv etmiş və günaha girmiş olar. Beləliklə qəzaya qalan namazın, ən qısa zamanda qılınması lazımdır. Çünki beş vaxt namazın ədası fərz olduğu kimi, qəzası da fərzdir. Qəzaya qalan namazın qılınmasıyla yalnız borc ödənmiş olar. Günahın bağışlanılması üçün də ayrıca tövbə istiğfar etmək lazımdır.

 

 Namaz borcundan bir an əvvəl xilas olmaq üçün, haqqında Peyğəmbərimizin hədisi,olmayan nafilə namazların yerinə qəza etmək daha məqsədə uyğun olar. Ancaq, Hənəfi məzhəbinə görə, haqqında hədis olan nafilə namazların yerinə qəza etmək uyğun deyil. Bu barədə Hənəfi fıkıh kitablarında bu hökm iştirak edər:

 

 

 

"Qəzaya qalmış namazları qılmaq, nafilə namaz qılmaqdan çox daha əhəmiyyətli və çox daha uyğundur. Lakin beş vaxt namazın sünnələri, quşluq, təsbeh, tahiyyetü'l-mescid və evvabin namazı bundan müstəsnadır. Yəni bu sünnətə və nafilələr qəza namazları üçün tərk edilməzlər. 1

 

 

 

Hər şeydən əvvəl, namazlardan əvvəl və sonra qılınan sünnələr bir yerdə fərz namazların tamamlayıcısı hökmündədir və Peyğəmbərimizin (s.ə.s.) şəfaətinə vəsilədir. Bunun üçün, namazını qəzaya buraxan kimsə bir tərəfdən namazlarını qəza etməklə borcdan xilas olarkən, digər tərəfdən də sünnətləri qılaraq Peyğəmbərimizə olan bağlılığını göstərmiş olar.

 

 

 

1. Mövlana Eş-Şeyx Nızam. əl-Fetaval-Hindiyye. (Bulak: Mətbəəsi Emiriyye, 1310), 1:125; İbni Abidin. 1493; əl-Mezahibü'l-Erbaa, 1:492; Halebisi Sağar, s. 349.

 

 

Məmməd Paksu



16-03-2010 10:07:21