Ana səhifə

Sünni bir xanım şiə bir kişi ilə evlənə bilər?


YazdırSend to friend
Sual Detayı: 
Sünni bir xanım şiə bir kişi ilə evlənə bilər?
Cavab: 

Müsəlman bir xanım ancaq müsəlman bir kimsə ilə evlənə biləcəyindən əvvəl müsəlmanı tanıtmamız lazımdır. Müsəlman, İslam dininin bütün qəti hökmlərini qəbul edib heç birini rədd etməyən kimsədir. Yəni namaz, oruc, zəkat, həcc, dəstəmaz, qüsl və bənzəri əmrləri ilə; zina, içki, faiz və oxşar nəhyləri qəbul edib onlara inanan kimsədir. Amma zikr edilən şeylərin bütününü və ya bir qisimini qəbul etməyən kimsə müsəlman sayılmadığı kimi onunla evlənmək də caiz deyil. Evlənmə baş verdiyi təqdirdə evlilik həyatı qeyri qanunidir. Bunun adı istər sünni olsun, istər şiə olsun.

 

Demək ki evlənmənin ölçüsü İslamdır. Təəssüf ki, bu gün yurd içində və ya xaricində bir çox müsəlman xanım, vəziyyəti soruşmadan və İslamın hökmünü öyrənmədən müsəlman olmayan kimsə ilə evlənər və özünü qiyamətə qədər Allahın lənətinə müstahak edər.

 

Xəlil Günenc, Günümüz Məsələlərinə Fətvalar II. 119



06-02-2010 03:42:09