Ana səhifə

Təşəhhüddə kəlmeyi-şəhadəti söyləyərkən şəhadət barmağını qaldırmağın əsas mahiyyəti nədir və necə edilir ?


YazdırSend to friend
Sual Detayı: 
Tewwehhutde oturarken wehadet barmaginin qadirib salmaginin eSAS mahiyyeti neden ibaretdi?
Cavab: 

Namazın İlk və son oturuşlarında da Tehıyyât oxunarkən "lâ ilâhə" deyilincə sağ əlin şəhadət barmağını qaldırıb, "illâllah" deyərkən də endirilməsi sünnətdir.

Bunu edərkən də baş barmaq ilə orta barmaq halqa edilməli; digər iki barmaq da içə bükülməlidir. Bir çoxları bu sünnəti etməzlər. Buna görə tərki daha uyğun görülmüşdür. Etməsini bilməyənlərin etməməsi daha yaxşıdır.

Bunu etmənin hikmətlərindən biri: tam bunu edərkən dediyimiz kəlimə"heç bir ilah yoxdur" mənasını verməkdədir. Ondan sonra da "yalnız Allah vardır", deyirik. İşdə heç bir ilah yoxdur deyərkən Bir olan Allah`ın varlığını barmaq qaldıraraq halımızla göstərmiş oluruq.

 

Teşehhüdde (tahiyyatta) barmaqlar necə tutulmalıdır? İşarə barmağını nə vaxt qaldırmaq lazımdır?

Hənəfilərə görə: (1) Namaz qılan adam teşehhütte sağ əlini sağ budu üzərinə, sol əlini sol budu üzərinə qoyar və barmaqlarını açar. Bu vəziyyət eynilə iki səcdə arasındakı oturuş kimidir. Barmaqların arası az açılar, ucları dizlərin üzərinə qoyular, lakin ən səhih(doğru) olan görüşə görə, əllərlə diz qapaqları tutulmaz. Mutemed olan görüşə görə, kəlmeyi-şəhadət gətirərkən sağ əlin işarə barmağı, "La ilahə"nin "La"sında qaldırılıb üluhiyyətin isbatı əsnasında yəni "İlləllah" deyərkən endirilər ki, bu qaldırma və endirmə işarələri ilə Allahın bərabərinin olmadığı təsdiq edilmiş olsun. Oturuşda barmaqların heç biri yumulmaz.

Bunların dayandıklan dəlil, Sahih-i Müslim'də İbni Zübeyrdən rəvayət edilən və buna dəlalət edən bir hədisdir. Çünki Müslimdəki rəvayətdə yalnız işarə barmağının qaldırılıb endirilməsi ilə kifayətlənildiyi zikr edilmişdir.

Malikilərə görə: (2) Teşehhüt vəziyyətində sol əl sərbəst buraxılar və işarə barmağı ilə baş barmaq xaricində sağ əl yumular. Bu barmaqlar da kiçik barmaq, onu izləyən barmaq və orta barmaqdır. Bu barmaqların baş qisimi baş barmağın dibindəki ətli qisimə bitiştirilip işarə barmağı ilə onunla işarə edilirmişcəsinə uzadılar.

Teşehhüdün başından sonuna qədər işarə barmağının orta bir şəkildə sağa sola hərəkət etdirilməsi menduptur. Aşağı yukarı tərzində deyil.Bunun dayandığı dəlil Vail b. Hucrun rəvayət etdiyi hədisdir. Vail, Hz. Peyğəmbər (sallallahu aleyhi və səlləm)`ın namaz qılma şəklini izah edərkən belə deyir: "Sonra oturub sol ayağını yerə yatırtdı və sol əlinin ovuc qisimini budu üzərinə və sol dizi üzərinə qoydu və sağ dirsəyini sağ uyluğunun xəttinə gətirdi. Sonra barmaqlarından ikisini yumaraq halqa şəklində etdi, sonra barmağını qaldırdı və bu barmağını hərəkət etdirdiyini gördüm, dua edirdi. "(3-4)

Şâfii və Hənbəlilərə görə: (5) Birinci və ikinci teşehhütte oturarkən əllərin iki bud üzərinə qoyulması sünnətdir. Şâfiilərə görə, adam sol əlini açıb barmaqlarını bir-birinə bitiştirir. Belə ki, barmaqların ucları diz qapaqları ilə bərabər bir vəziyyətə gəlməlidir, yenə barmaqların uc qisimi bütünü ilə qibləyə qarşı yönəldilmiş və barmaqlarının arası açıq olmamalıdır. Çünki barmaqların arasını açıq saxlamaq baş barmağın qiblədən çevrilməsinə gətirib çıxarar.

Şâfiilərə görə teşehhütte oturan adam sağ əlini sağ budu üzərinə qoyar və əlin kiçik barmağı ilə onun yanındakını və orta barmağını yumar. Hanbəbilərə görə isə, baş barmağını orta barmağı ilə birlikdə halqa edər.

Sonra işarə barmağı ilə işarə edərək "İlləllah" sözündə barmağı qaldırar, lakin sağa sola hərəkət etdirməz. Hz. Peyğəmbər (ə.s.) belə etmişdir. Davamlı olaraq da yuxarıda İbni Zübeyrin rəvayətində keçdiyi üzrə barmağına baxar.

Şâfii və Hənbəlilərdə ən açıq olan görüşə görə oturan adam teşehhütte baş barmağını işarə barmağına bitiştirir. Bunun şəkli 53 rəqəmi kimi olar. Baş barmağı əlinin altına ovuc içinə götürmək surətiylə bu rəqəm görünüşü təmin edilər. Əgər baş barmaq ilə işarə barmağını birlikdə yollasa yaxud orta barmağın üzərində ikisini yumsa yaxud başları ilə ikisi arasında halqa etsə yaxud orta barmaqların ucunu baş barmağına bağlarsa sünnəti yerinə yetirmiş olar. Çünki bütün bunlarla əlaqədar hədislər gəlmişdir. Lakin birincisi daha fəzilətlidir. Necə ki Şâfiflərd də bu fikiri mənimsəmişlər. Çünki ravileri daha fakih kəslərdir.

Şâfiilər və Hənbəlilərin bu məsələdə dayandıklan dəlil İbni Ömərin rəvayət etdiyi hədisdir:

"Hz. Peyğəmbər (ə.s.) sağ əlini sağ dizi üzərinə qoyub əlli üç sayı şəklində barmaqlarını yumdu və işarə barmağı ilə işarə etdi. "(6)

Barmaqların hərəkət etdirilməməsinin dəlili Abdullah b. Zübeyrin rəvayət etdiyi bu hədisdir:

"Hz. Peyğəmbər (sallallahu aleyhi və səlləm) dua etdiyi zaman barmağı ilə işarə edər və barmağını hərəkət etdirməzdi. "(7)

Sa'd b. Ebu Vakkas'ın rəvayətində isə belə buyurulmaqdadır: "Mən barmaqlarımla dua edərkən Hz. Peyğəmbər (sallallahu aleyhi və səlləm) mənə uğradı, və "əhad, əhad" deyərək işarə barmağı ilə işarə etdi." (8)

 Haşiyələr:

1. ed-Dürrü'l-Muhtâr, I,474,231 - Neylü'l-Evtâr, II, 283.

2. eş-Şerhu's-Sağır, I, 330.

3. Beyhaki belə dedi: Hərəkət etdirməkdə məqsədinin onunla işarə etmək olması ehtimaldır. Hərəkətinin təkrarlanması deyil. Bu səbəbdən bu şəkildə İbni Zübeyrin rəvayəti və Əhməd, Əbu Davud, Nəsəsi və İbni Hıbban nezdindəki bu sözlər arasında ziddiyyət meydana gəlməməkdədir "Hz. Peyğəmbər (ə.s) işarə barmağı ilə işarə edər, onu hərəkət etdirməz, gözü bu barmağından kənara keçməzdi." Neylü'l-Evtar, II, 283.

4. Bu hədisi Əhməd, Nəsəsi, Əbu Davud, İbni Macə, İbni Huzeyme və Beyhaki rəvayət etmişlər. (Neylü'l-Evtar, II, 283.) Beyhaki İbni Ömərdən zəif bir hədis rəvayət etmişdir: "Namazda barmaqları hərəkət etdirmək, şeytana qorxu verməkdir."

5.  Muğnİ'l-Muhtâc, 1.172 vd.; Haşiyetü'l-Bacuri, 1,177; el-Muğnî, I, 534.

6. Bu hədisi Muslim rəvayət etmişdir. Bu keyfiyyətin əlli üç olması bəzi hesabçılara görədir. Çoxları bu şəklə 59 adını verməkdədirlər. Fakihler xəbərin ləfzinə dayanaraq əlli üç mənasını seçim etmişler­dir.

7. Əhməd, Əbu Davud, Nəsəsi və İbni Macə rəvayət etmişlər.

8. Bu hədisi Nəsəsi rəvayət etmişdir.

(İslam Fiqhi, Vehbe Zuhayli, II/39-40)



11-04-2014 07:19:49