Ana səhifə

Təsəttürə girməyən qadınla evlənmək caizmi və təsəttürsüzlüyündən ötəri kişi məsul olar?


YazdırSend to friend
Sual Detayı: 
Təsəttürə girməyən qadınla evlənmək caizmi və təsəttürsüzlüyündən ötəri kişi məsul olar?
Cavab: 

Təsəttürsüz bir qızla evlənmək caizdir. Amma yoldaşının təsəttürlü olmasına əhəmiyyət verən bir insan üçün irəlidə problem ola bilər.

Kişi yoldaşının baş açıq gəzməsinə razılaşırsa özü də məsul olar. Ancaq özü razı olmadığı halda yoldaşı başı açıq gəzirsə məsuliyyət qadına aid olar. Kişi bundan ötəri məsul olmaz.

Həyat yoldaşını seçərkən ən çox diqqət yetirilməsi lazım olan nöqtələrin başında ideal birliyi gəlir. Həyatı birlikdə yaşayacağınız adamın həyatı nə gözlə gördüyü, hədəfinin nə olduğu və dəyər mühakimələri, ən çox üzərində dayanılması lazım olan mövzudur.

Həyat, kef arxasında, rahat içindəmi yaşanacaq, yoxsa ideallar arxasında, gərəyində fədakarlıqlamı? Qazanılan pul ilə daha yaxşı yaşamaqmı hədəflənəcək, yoxsa o qazanc ola bildiyincə xeyr yollarınamı sərf ediləcək? Uşaq sahibi olunduğunda, uşaq hansı prinsiplərə görə böyüdüləcək, ona necə bir təhsil veriləcək? İctimai həyatda kimlərlə necə bir dialoq qurulacaq? Bu kimi təməl seçimlərdə uyğunlaşma, yaxşı bir evlilik üçün şərtdir.

Sizin həyatınızı belə uğruna fəda edə biləcəyiniz ideallarınızı yoldaşınız yarım qulaqla dinləyirsə, hər sətirini dedik dedik oxuyub yaşamağa çalışdığınız kitablarınızı yoldaşınız dinlərkən mürgüləyirsə, siz teheccüde belə qalxarkən yoldaşınız şamı belə qılmadan yatırsa, buraxın sevgini, hörmət belə qalmaz ki aranızda.

Maraqlı bir araşdırma oxumuşdum. "Evlilikdə xoşbəxtliyin şərtləri nələrdir?" sualına hər iki cinsin ən çox verdiyi üç cavabdan biri, hətta birincisi ‘inanc və ideal birliyi' idi. (Digərləri də sevgi və cinsi uyğunlaşma imiş.) Ona görə evlənməyi düşündüyünüz adamda ilk baxacağınız nöqtə, eyni idealları paylaşmadığınızdır. Yəni sizə sizin yolunuzda ‘yoldaş' da ola bilməlidir yoldaşınız.

"Hələlik istədiyim kimi deyil, amma irəlidə düzələr" deyə də özünüzü aldatmayın. Ayənin verdiyi dərsi xatırlayın: "Sən sevdiyinə hidayət edə bilməzsən, ancaq Allah dilədiyinə hidayət edər." Dəyişəcəyinə dair zəmanətiniz varmı? Ya da o, zəmanət verə bilirmi? Ancaq fikir uyğunlaşması əhəmiyyətli deyərkən də ölçünü qaçırmayaq. Ən əhəmiyyətli nöqtədir bu, amma tək əhəmiyyətli nöqtə deyil. Lazımlıdır, amma kafi deyil. Bu nöqtədə xüsusilə bir fikir qrupu içində olan və idealları yolunda yaşayan kəslərin çox düşdüyü bir səhv vardır: yaxşısına pisinə baxmadan, sırf eyni fikirləri paylaşdığı üçün uyğunlaşmasız biriylə evlənmək. "Onsuz da mənim fikirimdə olan az; ideallarımı paylaşan birini tapsam, xasiyyətinə baxmaz evlənərəm" deyənlər çoxdur. Amma unutmayaq ki, məsələn Hz. Zeyd ilə Hz. Zeynəb də eyni yolda mücadələ edirdilər. Lakin bu xoşbəxt bir birlik qurmalarına çatmadı.



10-03-2010 09:05:09

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz