Ana səhifə

Təsəttürə (hicab) keçmək istəyən birinə valideyinlər icazə vermirsə , günah kimə yazılar ?


YazdırSend to friend
Sual Detayı: 
Əgər qiz hicaba kecmək istəyirsə.ama valideyn icazə vermirsə gunah kimə yazilir?
Cavab: 

Salam aleykum.

Valideynlər, itaət edilməsi gərəkən kəslərdəndir. Bu səbəblə onların halal istəklərinə tabe olmaq lazımdır. Ancaq valideyin də olsa haram istəklərinə tabe olunmaz. Allah`ın haqqı, valideyn haqqından daha önəmlidir. Bu baxımdan bir qız, örtünməsinə qarşı çıxan ailəsinin istəklərinə tabe ola bilməz. Onlara tabe olubda Allah`ın əmrini yerinə yetirməsə hər iki tərəf də günahkar olar. Çünki hər varlığın sahibi Allah`dır; öncə Onun istəklərinə tabe olunar. Allah`ın əmrlərinə itaətdə valideyn haqqı söz mövzusu ola bilməz.

Bundan başqa qəbirdə, həşirdə, siratda və axirətin digər aləmlərində bizə kömək olacaq olanlar, qızların örtünməsinə qarşı çıxanlar olmayacaq.

Bu hədislər, itaətin, Allah`ın razılığına uyğun olmasını şərt qoyur:

"Başınızdakılardan kim sizə Allaha üsyan etməyi əmr edərsə, əsla o xüsusda ona itaət etməyin." (İbn Macə, Cihad, 40);

"Allaha üsyan olan xüsusda itaət yoxdur. İtaət, ancaq halal olan şeydədir." (Buxari, Əhkam, 4; Müslim, İmarə, 39-40).

Allah`ın əmrlərini valideyinlərimizə izah etmək də bizim vəzifəmizdir. Çünki heç bir valideyn övladını cəhənnəmə atmaq istəməz. Aydındır ki dinimizin bu mövzudakı hökmlərini bilmirlər. Onlara dinimizin bu mövzudakı hökmlərini izah etmək lazımdır.

Əsla dinimizin əmrlərində güzəştə getməməliyik. Qoy onlar dünyalarından güzəştə getsinlər. Bir müddət gələn sıxıntılara gözəl və yumuşaq bir şəkildə səbr etməliyik.

 

Yoldaşım hicaba keçməyimə icazə vermir. Necə etməliyəm?



15-05-2014 12:07:40

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz