Ana səhifə

Təsəttürə necə keçə bilərəm?


YazdırSend to friend
Sual Detayı: 
Təsəttürə necə girə bilərəm?
Cavab: 

Sizə Ümid Meriç Xanımın reportajını göndəririk.

Türban problemini bir sosioloq gözüylə qiymətləndirən Meriç, 53 yaşından sonra necə bağlandığını da izah edir. Tarixi olaraq baxdığımızda, bu coğrafiyada qadınlar min ildir başını örtür. Başların açılması isə yüz illik bir tarixə sahibdir.

İctimaiyyət onu ən çox böyük alim Cəmil Meriçin qızı olaraq tanıyır. Yalnız qızı deyil, 33 il boyunca, gözləri görməyən atasının diktə etdiyi kitabları yazan, ona kitab oxuyan sekretarı, köməkçisi, gözü, əli... Və fikirdaşı... Amma Ümid Meriç, atasının qızı olmasından başqa, öz şəxsiyyətiylə də Türkiyənin öndə gələn ziyalılarından, əhəmiyyətli bir fikir və elm qadını... Prof. Dr. Ümid Meriç İstanbul Universiteti Ədəbiyyat Fakültəsində 30 il dosent və professor olaraq çalışdı. Ziya Göyalpın qurduğu ən qədim sosiologiya kürsüsündə ilk qadın professor və qadın nazir olaraq bölüm başçılığı və Sosioloji Araşdırma Mərkəzi müdirliyi etdi.

1999-cu ildə isə təqaüdçülüyünü istədi. Buna məcbur idi; çünki, o ilin 19 Avqust gecəsi, bütün Marmara böyük zəlzələnin sarsıntılarıyla sarsılmağa davam edərkən, o başını örtməyə qərar verdi. Çadra ilə təhsil üzvlüyünün uyğun gəlmədiyi bir ölkədə yaşadığı üçün ikisindən birini seçmək məcburiyyətində idi. Çadranı seçdi. Ümid Meriçlə örtünməsinin əhvalatını danışmaq üçün getdim. Amma o Allahla əlaqəsini izah etməyə daha çox önəm verirdi.

Əvvəl sizin fərdi hekayənizdən başlayaq istərsəniz; 53 yaşına qədər başı açıq bir qadın olaraq yaşadıqdan sonra necə örtündünüz?

Ümid Meriç: Mən dini bir tərbiyə almadan böyümüş, həyatının əhəmiyyətli bir hissəsini aqnostik(naməlum, bilinməyən — tanrıların varlığının və ya yoxluğunun bilinə bilməyəcəyini nəzərdə tutmaq) bir insan olaraq keçirmiş biriyəm. Sosiologiya professoruyam. Otuz il sosiologiya öyrətdim, yəni cəmiyyəti anlamağa və izah etməyə çalışdım. Amma sonunda elə bir nöqtəyə gəldim ki, öyrəndiklərim ağlımı qismən təmin etsə də ruhumu təmin etmədi.

Sosiologiyaya otuz ilimi verdim, nəticə böyük ölçüdə xəyal qırıqlığı oldu. Var olma ilə bağlı ən təməl suallarıma cavab tapa bilmədim və böyük bir ruhi böhrana qapıldım. İntihar etmək istədim, o şəkildə yaşamağa davam etməyim mümkün deyildi.

Necə suallar idi bunlar?

Ümid Meriç: Bədənin ötəsində ruhun olub olmadığı, ruhun mahiyyəti, ölüm fikri, ölüm qorxusu, yaxınlarımı itirmə qorxusu kimi var olma və var olmanın mənasına bağlı fəlsəfi suallar... Fərq etdim ki, mən, bu zamana qədər bədənimi bəsləyir amma ruhumu bəsləmirdim. Böyük bir böhranın sabahında ruhum bu aclığın həllini tapdı:

Namaz qılmağa qərar verdim. İl 1977 idi. Daha ilk namazımda varlığımın hikmətini anladım. Mənimlə hər an əlaqə halında olan Allahı kəşf etdim. Bu, Amerikanı yenidən kəşf etmək kimi bir şey idi.

-Allah`ı kəşf edincə elmdən uzaqlaşdınızmı? Sizi xəyal qırıqlığına uğradan elmə olan bütün etibarınızı itirdinizmi?

Ümid Meriç: Qətiyyən xeyr. Elmi çox sevirəm. Pozitivist mənada tapınmasam da; acizliyini görsəm də, ona acizliyi içində hörmət edirəm. Amma elm dünya ilə əlaqədar bir mötərizə içidir. Mən axtardığım sualların cavabını səcdədə tapdım. Bu söylədiyim, ağlı inkar deyildir, ağıl ötəsinə keçməkdir. Onsuz da din ağıl üstüdür, ağıl ziddi deyil.

-Bəs ölüm qorxularınız necə oldu?

Ümid Meriç: Onu tamami ilə məğlub etdim. İndi ölümü çox düşünürəm. Ölüm mənim üçün yeni və çox daha böyük bir təcrübə; maraqlı bir səyahətin başlanğıcı olacaq. Ölüm mənim üçün böyümək, genişləmək, ruhumun bədən qəfəsindən xilas olub zaman və məkan məhdudiyyətindən qurtulması olacaq.

-Namaza başladığınız amma başınız açıq idi?

Ümid Meriç: Bəli... Doğrusu mən namazı örtünməkdən daha çox üstün tutdum həmişə. Səcdə huzurunu daha çox imtina edilməz gördüm. O dövrlərdə örtünməyi düşünmədim. Məsələn Həccə getməyi düşünürdüm amma başımı örtməyi düşünmürdüm. Universitetdə müəllimdim, cəmiyyət içində bir yerim və ictimai bir həyatım vardı. Ayrıca özünə baxan, bəzənməyi sevən bir qadındım; yoldaşıma gözəl görünmək, özümü bəyəndirmək istəyirdim. Yəni bütün bu faktorlar bir araya gəldiyi üçün hərhalda, örtünməyi ağlımdan keçirmirdim. Taa ki, 1999 dakı böyük zəlzələyə qədər...

-Nə oldu zəlzələdə?

Ümid Meriç: Belə deyim: Namaz qılmağa başlamağıma ruhumdakı böyük zəlzələ səbəb oldu. Başımı örtməmə isə, təbiətdəki zəlzələ... 17 Avqust zəlzələsinin üçüncü gecəsi Armudludayam (Türkiyədə bir yer). Zəlzələlər davam edir. Biz bağçada yatırıq. 19 Avqustu 20 Avqusta bağlayan gecə mənim içimə “Sabah qiyamət qopacaq!” duyğusu gəldi. Şam namazından sonra iki rükət daha namaz qılmaq gəldi içimdən, qıldım və ardından Allaha dua etdim; bu dünyanı bizə bağışlaması üçün dua etdim. O an bir utanc duydum içimdə. Mən Allaha kainatı bağışlaması üçün dua edirəm amma Allah`ın əmrini yerinə yetirmirəm, başım açıq. O anda o gecədən etibarən başımı örtməyə niyyət etdim. Daha ondan sonra heç kim saçımı görmədi. Bir müddət boyumu açıqda buraxan bir türban taxdım. O dövr keçid dövrü kimi bir şey idi. Sonra indi gördüyünüz kimi çadra örtməyə başladım. İndi ən böyük kabusum, başımı açıq görmək. Yuxumda tez-tez başım açılmış görürəm. Nə edəcəyimi bilmir, əlimlə, paltarımla saçlarımı örtməyə çalışır, qaçmaq istəyir, qaça bilmirəm. Necə çırpınaraq oyanıram, bilə bilməzsiniz.

-Başınızı örtmək sizə psixoloji baxımdan təsir etdi? Məsələn qarşı cinsin gözündə əvvəlki kimi kimi cazibədar görünmədiyinizi düşünmək və bunun ruhi təsirləri...

Ümid Meriç: Başımı örtmə qərarı verdiyimdə 50 yaşım var idi, qarşı cinsə mesaj vermə ehtiyacı duymadığım bir dövr idi yəni. Amma doğrusu çadranın cinsiyyəti sıfırladığını heç düşünmürəm. Qadınların çadralı daha gözəl olduqlarını düşünürəm. Ayrıca başım örtülü olsa da baxımlı bir qadın olaraq görünməyə diqqət yetirirəm. Məsələn bir az əvvəl fotoşəkil çəkdirmədən əvvəl gedib özümə əl gəzdirmə ehtiyacı hiss etdim. Bir az makiyaj etdim.

-Siz çadralı qadının daha gözəl olduğunu düşünə bilərsiniz amma təsəttürün əsas qayəsi qadının cinsi cazibədarlığını gizləmək, qarşı cinsi təhrik etməsini önləmək. Bu ana fikirə nə deyirsiniz?

Ümid Meriç: Təsəttürün elə bir tərəfi olduğunu qəbul edirəm. Amma məqsəd bundan ibarət deyil. Bir də qadınlığı arxa plana ataraq insani şəxsiyyəti ön plana çıxarmaq kimi bir funksiyası var. Belə düşünün, məqsəd yalnız cinsi cazibədarlığı masqalamaq olsaydı, qadınların yetmişindən, səksənindən sonra örtünmələrinə gərək qalmazdı, elə deyil?

-İndi də sosioloq Ümid Meriçə soruşaq: Türban hadisəsi ictimai baxımdan nə ifadə edir? Necə şərh olunması lazımdır?

Ümid Meriç: Türbanın sosioloji mənasından çox, fərdi mənası maraqlandırır məni. Və doğrusunu istəsəniz, ictimai qiymətləndirmələrin artıq çox çox edildiyini, tək-tək fərdlərin öz örtünmələrini mənalandırmasının daha əhəmiyyətli olduğunu düşünürəm. Tarixi olaraq baxdığımızda, bu coğrafiyada qadınlar min ildir başını örtür. Başların açılması isə yüz illik bir tarixə sahibdir.

Başa düşürəm, siz belə bir norma qoyulmuş olmasını sorğulayırsınız. Amma yenə də, başı açıq olmaq normal olaraq təyin olununca, normanın xaricinə çıxanların niyə çıxdıqları soruşulur...

Ümid Meriç: İlk öncə hər kəs eyni yoldan keçərək ya da eyni şeylərlə çatmır çadraya. Bir qisim var ki, çox da İslami səbəblərlə örtmürlər; ənənə olaraq örtənlər var;kənddən gəlib böyük şəhərdə başını örtənlər var; ailə təzyiqiylə örtənlər var; heç bir zaman tam mənimsəyə bilmədiyi müasirləşmə proyektinin bombardmanından xilas olmaq üçün türbanı bir şəxsiyyət sipəri edənlər və bu sipərin içinə gizlənənlər var. Bu son qrup çox heterogen (fərqli xarakterlərə sahib olan). Bunların içində namaz qılmadığı halda başını örtənlərə rast gəlirik. Halbuki baş örtmək İslamın beş şərtindən biri deyil. Sən başını örtürsən də, görəsən səhər namazına qalxırsanmı? Bir də mənim kimi Amerikanı yeni kəşf edənlər var. Ki bu son söylədiyim yalnız Türkiyəylə məhdud olmayan, dünya səviyyəsində yaşanan bir fenomen.

-Bu son qrupdan danışaq o zaman...

Ümid Meriç: Bu qrupda iştirak edənlər üçün baş örtüsü nə ənənədir, nə simvoldur, nə sipərdir, nə odur, nə budur. Allah-qul əlaqəsinə aid bir şeydir. Siyasətin də demokratiyanın da üzərində, çox daha üst mənada bir məsələdir. Var olma məsələdir. Demokratlıq bu dünya üçün lazımlı amma İslamiyyət eləmi? Mənim demokrat şəxsiyyətim bu dünyada qalacaq. Amma İslami şəxsiyyətim ölümümdən sonrada davam edəcək olan şəxsiyyətim. Bədənimə sahibəm və bədənimi Allahın istədiyi şəkildə istifadə etmə haqqına sahibəm. Bu qrupa daxil olan insanlar fərqli həyat təcrübələrindən keçərək, fərqli intellektual macəralar yaşayaraq, alovdan köynəklər geyə geyə, min bir müxtəlif acı çəkə çəkə kəşf edirlər Allahı... Mən bu cür imana çox əhəmiyyət verirəm. İmanın və İslamın bu şəkli çox möhkəm və qiymətli.

Qloballaşmaqla birlikdə bütün dünyada belə bir müddət yaşayaraq Müsəlman olmuş insanlar çıxır ortaya. Çünki qloballaşma insanların bir-birini tapmasını, tanış olmasını və qarşılıqlı təsir içinə girməsini asanlaşdırır.

-Avropada bəzi ölkələrdə məsələn Fransa da hicabıb qadağan edilməsi haradan gəlir? Kifayət qədər demokratiya olmamasındanmı; səhv dünyəvilik qavrayışındanmı?

Ümid Meriç: Həddən artıq Xristian olmalarından... Avropa hədən artıq Xristian. Hələ xaçlı ruhu daşıyırlar. Məncə Fransanın yeni bir Fransız Qiyamına ehtiyacı var. Fransız Qiyamının üç təməl dəyərini, azadlıq, ədalət və bərabərlik ümidlərini yenidən öyrənməyə ehtiyacları var. Mən ABŞ-dan daha çox ümidliyəm. Amerikanın səlib yürüşü olmadı, aristokrasisi olmadı, zənci təcrübəsini yaşadı. Ona görə daha ümidliyəm.

-Başörtünüzə görə universitetdən ayrılmaq məcburiyyətində qaldınız. Çünki cəmiyyət sahəsində başörtü taxmaq dünyəvi dövlətlə ziddiyyət təşkil edir, deyilir.

Ümid Meriç: Mən şəxsən başımı örtməyə qərar verdiyim zaman universitetdən ayrılmağı qərar vermişdim. Bu itki mənim qazandıqlarımın yanında o qədər kiçik bir itki idi ki üzərində düşünmədim belə. Amma bu, bu qadağanın yanlışlığını bağlamır. Əvvəlcə bu cəmiyyət sahəsini-xüsusi sahə ayrı-seçkiliyindən danışaq. Mənim özəl sahəm dövlətin müdaxilə sahəsinin xaricində qalan sahədir. Bu, konkret bir məkan tərifi deyil, bir anlayışdır. Yəni mənə evimin içində dövlətin müdaxilə etməməsi deyil sadəcə. Bir başqasına zərər verməyəcək şəkildə gəzmə haqqımı da qoruması deməkdir.

İnsan əvvəla paltarının içində oturar. Sonra evinin içində oturar. Bütün bunlar mənim xüsusi sahəm. Bədənim gəzir. Mən gəzirəm.

-Eyni qadağan siyasətdə də qarşınıza çıxmasaydı, siyasətə atılmağı düşünərdiniz?

Ümid Meriç: Tayyib Bəy xanımı və iki qızıyla mənim evimə gəldi. Siyasətə girməmi təklif etdi. Dördüncü təklifi idi bu. Tayyib Bəy, mən başımı örtdüm, bir daha açmam söz mövzusu deyil, bu səbəbdən siyasətə girməm də söz mövzusu deyil dedim. Çünki mənim başörtüm mənə təklif ediləcək bütün mövqelərdən, nazirlikdən, baş nazir məsləhətçiliyindən daha qiymətli. Amma çadra maneyəsi mənim siyasətə girməyi reddedişimin tək səbəbi deyil. Bir başqa səbəb, Cəmil Meriçin soyadını daşımam. Atamın soyadını siyasiləşdirmə haqqını özümdə görmürəm.

İkincisi mən şagirdlərimə sosioloji öyrədərkən həmişə bunu deyərdim: Siz böyük bir sarayın bütünündən məsulsunuz. Özünüzü onun otaqlarından birinə bağlayaraq bütünü görməkdən saxlamamalısınız. Son olaraq da mən özümü siyasətə uyğun bir tip olaraq görmürəm. Partiya intizamı və sairə kimi narahatlıqlar olmadan düşündüklərimi olduğu kimi ortaya qoymaq istəyərəm. Bunu çox böyük bir azadlıq olaraq görürəm. Həmişə həqiqətin səsi olmaq istəyərəm.

Amma hökumətin gedişatını çox yaxşı görürəm. Çox müsbət işlər edirlər. Bu yaxınlarda Tayyib Bəy yuxuma girib dua istədi. Tayyib Bəyi çox sevirəm. Onlar üçün dua edirəm.



10-03-2010 09:03:31

Düğüme özel


Bu səhifəyə daxil olmaq üçün səlahiyyətli deyil.

Üzv olmaq istəyirsinizsə Bura basın.

Əgər üzv deyilsinizsə Bura basın.

Şərhsiz