Ana səhifə

Təsbihat fərz yoxsa sünnə namazlarından sonra edilir ?


YazdırSend to friend
Sual Detayı: 
salam.ALLAHrizasi ucun deyin gorum henefi meshebine gore tebihat ferz namazindan sonradi?yoxsa sunneden sonra?
Cavab: 

Və aleykumussalam.

İlk növbədə qeyd edək ki, namazdan sonra təsbihat və dua oxumaq fərz deyil; bunlar sünnədir. Edildiyi təqdirdə savabı və fəziləti çoxdur; edilməzsə da bir günahı yoxdur.

İstər Fərzdən sonra istərsə də sünnədən sonra olsun, hər ikisi də uyğundur. Önəmli olan namazın ardından dünyəvi bir iş etmədən təsbihat edilməsidir.

Rəsulullah sallallahu aleyhi va səlləm sünnət namazlarını mübarək hücrəsində qılardı. Əgər biz də sünnət namazlarımızı evimizdə qılacağıqsa o zaman həm fərzdən sonra, həm də sünnətdən sonra təsbihat etmək lazımdır. Çünki Rəsulullah sallallahu aleyhi va səlləm hər namazdan sonra təsbih, dua edərdi. Amma bilmək lazımdır ki, sünnət namazı evdə qılacam deyə məsciddən qaçmaq, sonra da sünnət namazı qılmamaq elə bidət işləməyin özüdür. Çünki Sünnətin tərki bidətdir. Müvəffəq edən Allahdır.



21-08-2014 09:59:18

Düğüme özel