Ana səhifə

Tahiyyətul məscid namazı nə vaxt qılınır? Zəval vaxtında tahiyyətul məscid namazı qılmaq olarmı?


YazdırSend to friend
Sual Detayı: 
Mescide girerken nece ruket mescid haqqi namaz qilinir ? Gun erzinde bir nece defe mescide daxil olunarsa her defe mescid haqqi namaz qilinmalidirmi ? Destamazi kenarda alib mescide girmiwemse destamaz haqqi qilmaliyammi ?
Cavab: 

Bu, bir müstəhəb namazdır. Belə ki: Bir məscidə sadəcə ziyarət üçün və ya öyrətmək və öyrənmək kimi bir məqsəd üçün girən kimsə, orada nafilə olaraq iki rükət namaz qılar. Bir məscidə bir gündə bir neçə dəfə bu şəkildə girilsə, bir dəfə belə namaz qılınması kifayətdir. Bununla, Allah'a ibadət edilən bir yerə gərəkli olan hörmət yerinə yetirilmiş olar.

Təhiyyətu'l-Məscid, bir məscidə girildiyində, oturmadan əvvəl qılınmalıdır. Fəzilətli olan budur. Oturulduqdan sonra da qılına bilər. Bir məscidə girib də, məşğuliyətindən və ya vaxtın kərahəti kimi bir səbəbdən dolayı Təhiyyətu'l-Məscid namazını qıla bilməyəcək olan bir Müsəlmanın: "Subhanəllahi vəlhəmdu lilləhi və lə iləhə illəllahu vallahu əkbər." deməsi də müstəhəb görülmüşdür.

Bir məscidə, hər hansı bir namazı qılmaq üçün və ya fərzi qılmaq və imama tabe olmaq niyyəti ilə girmək də, təhiyyətu'l-məscid yerinə keçər.

Kərahət vaxtında təhiyyətu'l-məscid namazı qılınmaz. Bir məscidə girib də məşğuliyətindən və ya kərahət vaxtı olması yaxud dəstəmazsız olması kimi səbəblərdən dolayı təhiyyətu'l-məscid namazını qıla bilməyən kimsə, "Subhanəllâhi vəl-həmdu li'l-lahi və lə iləhə illallahu vallahu əkbər" deyər.

(Böyük İslam Elmihalı, Ömər Nəsuhi Bilmən)

 

TAHİYYƏTU'L-MƏSCİD

Dəstəmaz(subha) namazı haqqında məlumat verərsinizmi?




25-07-2014 02:22:36